Sual Cavab

wrong www
2013-10-29
salam.men her zaman psixoloq meslehetlerine guvenen birisiyem.yeniyetmelik dovrunde psixoloq yardimi ile rahatliqla sehvlere yol vermeden bu dovru kecdim.ve indiye kimi de xarakterimle bagli hec bir problemim olmayib.her zaman yasimdan 10 addim onde olmusam.yasidlarimdan daim zekamla 1 addim onde olmusam.cox zeki birisi olduguma inanan birisiyem.lakin bu son zamanlarda cox deyisdiyimi hiss etdim.ve teesufki bu deyisiklik menfi yondedir.isimdeki gerginlik ve sexsi heyatimdaki yalnizligim meni aqresiv birisine cevirib.her kese qarsi aqresiya ve ters davranis numayis etdirirem.meni en cox narahat eden meselerden biriside ozumden yasca boyuk insanlara qarsi olan reftarimdi.onlara ters bir cvb verdiyimde ozumu cox pis hiss edirem lakin uzr istemeyide bacarmiram.mene komek etmeyinizi xahis edirem.nece ozume hakim ola bilerem?
Cavab: Salam Sizə psixoloji konsultasiyaya qatılmağı tövsiyə edərdim. Təcrübə olduöundan düşünürəm əyani korreksiya problemi tez bir zamanda aradan qaldırmağa səbəb olacaq. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
unutulmayan aci
2013-10-29
salam.xaiw edirem mene komey edin cox xaiw edirem.men ailemle baglidi.menim atam adlanan wexs nece biridi hec ata demeyede dilim gelmir.o meni balacaligimdan hetda doguldum gunden istemyib.men xestelenende korpe olanda aglayanda anama deyibki apar tulla onu istemirem sesini ewitmek.hele anam hamile olarken vurub nece defelerle anami.menden sonra qardawim oldu.atam oglan ovladi isetyirdi.sonrra biz boyuduk.bir gun men qardawimla oyun oynayirdim 10 yawinmzad olardi.anamalada atam oturmuwdu divanda.atam anama dediki hansini isteyirsen usaqlardan?anam dedi ikisinide atam ise dedi men oglumu.men o sozu qulaqlarimla ewitdim.sonra eve nese alib getiridi ama bidene qardawima alirdi mene yox.mende pis olurdum .sonradan boudum.texnikuma daxil oldum.ve atam anama dediki men opnu oxutmayacam.menim imkanim yoxdu onu oxutasi.ama anam yene borc xercle oxutdu dava qirginla zad.sonradan bu il qutardim geldim evimize.gelemmeiw olardim.her gun evde dava qirgin.atam cox terbiyesiz bir insandi.agzindan cixmayan soyuw qalmayib.adam hec qiz ovladinin yaninda soyer?qonaq gelende ele dava cixardir evde anami agladir.men padruqalarimi getire bilmirem eve o derecde pis medeniyyetsizdir.anamda deyirem bowan men artiq yawaya bilmirem.men necee defe eseblerimden mualice almiwam ama artiq duzelnmir.hamisida atama gore.onun esebinden.men anamla nefes aliram oda xestedi.anamin anasi variydi birde ionu isteyirdim ananm kimi.ama rehmeet gedib kecen il.ondan sonra anam dehwet gunlere duwdu.ama taam o qeder merifetsizdiki olen insanin qebrine soyur.ve bugun men iwe gedende qiwqirdi menasiz yere soydu butun bina ewidirdi sesini.cox pis oldum dedim senin kimi ata oldugu ucun pewmanam.anam ne yaxsi onda evde yox idi.anaam o qeder eseb kecirdibki biraz qiwqiran kimi ueyi gedir.ele qiwqiridki menim ureyim yerinden cirilib cixirdi.iwe gdende aglaya getdim.ve eve geleden qardawima dedimki men yawaya bilmirem.gor o bizi ne gunlere salib.aanamda deyirem men ana bu eve kimese elci gel deye bilmerem.cunki men biliremki o menim toyumu yasa cevireck.toy edende deyecekki menim gucum catmir mebel zad almaga.o qeder bi qeyret insandi.ama anam yenede herweyini kecir deyir ailedi.aam men doze bilmiremn.gelecekde heyat yoldawima desemki soyme deyecek deyecek guya sen hansi aileden cixmisankio?men hemiwe bawi asagi olacam.sonra anam aglkadi.telefonu goturub dedim gelme eve.sen kimi ata lazim deyil bize.rahat ol anam orda aglayir men burda.ikimizide xeste saldin gelem eve deyib adboy verdim.sonra zeng eledi goturmedim.sonra qardawim goturdu aglayib deyibki haqqinizi halal eliyin gelmiyeem.qardawimda dedi atat baci qelet edir mende qiwqiridm dedim lazim deyil gelmesin.sonra qardawimda cixdi getdi evden ama bilmirem hara getdi.evden cixib getmek isteyirem amam anam gore qaliram.isteyen yerlerim var meni ama men ne uzle elci getirim eve?ve yaxud men onda gore sevmediyimle niye evlenmeliyem?komey edin qurban olum ayaqlarinizin altinda olum komey edin nolar.yalvariram komey edin
Cavab: Salam Təəsüflər olsun ki, bucür valideynlərimiz də var. Siz üzülməyin, atanızla oturun söhbət edin, və onu da qeyd edin ki, mən bucür davam edəcəyi təqdirdə gələcəyimi sizinlə görmürəm. və evdən çıxıb gedə bilərərm. Əgər atanız fakt qarşısında qalsa düşünürəm dəyişəcək. Özünüzdə bu xəsarəti tapın və nunla danışın. Düşünürəm bu ona davranışlarında dəyişiklik etməyə səbəb olacaq. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Gunka
2013-10-29
Salam. Meni bir oglan isteyir,ozude delicesine.Bunun sevgisi mene qarwi coxdandi ama men yeni bilmiwem,onu tanimaq ucun wans verdim,ama sevgisine qarwiligim yoxdu hele.Cox qisqanc insandi, bildiyime gore bunlarin evinde 2 gelin var qardawlarinin yoldawlaridi,bu gelinleri erleri evden bayira cixmaga qoymur,ancaq mawinla aparirlar mawinla getirirler.Bir addim tukana bele cixa bilmezler,men biliremki buda bele olacaq,men evvelden iwlemiwem.serbest boyumuwem.,cox yere ozum gedib gelmiwem.men bu muhute nece oyrewecem bilmirem.2 gun evvel mamamla toya gedirdim bu mene icaze vermedi,dediki eminqizi deyil dayin qizi deyil hara gedirsen.cox dil tokdu cox qadaga qoydu ama men mehel qoymayib getdim,cunki biz hele ne niwanliyiq nede men onun sevgisine hele qarwiliq vermemwem ozude bunu bilir.indi ise mennen inciyib guyaki bitirib her weyi ama tez tez mesaj yazir,hemde bir mehlede qaliriq evimizin yaxinligindaki salond a iwleyirem,eve gedib gelende mene baxir arxamca gelir.ama cox qisqanc cox qeddardi,onun bele olmamasi ucun ne ede bilerem.Ne edimki qardawlari kimi bu bele olmasin.Mene meslehet verin.tewekkurler
Cavab: Salam Gunka Hələ ki, münasibətlərinizin ilkin mərhələsidi. Ona görə qaydaları indidən qoymağa çalışın, əgər güzəştə getmək fikriniz varsa indidən gedin. Öncə onun nə dərəcədə ciddi olduğuna diqqət etmək lazımdı. Bu bizə güzəştlərə getməkdə yardımçı olacaq. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
aida
2013-10-28
Salam,siz mene shizofreniya ile bagli sayt deye bilersiz testle yoxlamag isteyirem ama duz olsun..
Cavab: Salam Aida xanım Mütəxəssis Psixiatrla görüşüb bunu həyata keçirməyinizi tövsiyə edərdim.
Jale
2013-10-28
salam,hekim.Men bu aralar cox uzgunem,sixintiliyam,sebebiise son zamanlar heyatimda hec istemediyim weylerin olmasidir, birini cox sevirem,amma o ise meni sadece dost gozunde gorur,amma eledirse niye mene 8 martda uzuk alirdi,bawqa hediyyeler verirdi?sebebini bilmirem((o xoarice getmiwdi,menim cox darixdigini her cumlesinde bildirirdi..amma malesef bu gozel,xwbext gunler sadece 1 ay cekdi,sonrlar z-az deyiwmeye bawladi,sebebini hec anlamiram,may ayindan umumiyyelte deyiwdi(men ise ne edeceyimi bilmirem,cox periwanam,her wey edirem,onu unutmag ucun....amma bacarmiram,bilirsiz-her gece dua edirem (gece yarisi)ve inaniram ki, o evvelki kimi olacag,,,menle indi hec elaqe saxlamir,xarice getdi geldi,elaqe saxlmadi,men 100 defe yazanda o bir cavab yazirdi,men cox hovselesizem,hem de cox qisqanc,ozume eseblewirem,az qala nifret edirem ki, men niye buna bu qeder deyer verirem,ozum ona buna meslehet verirem,amma aglimureyimle bacarmir(sosial webekelirn birinde meni blok edib,o birinde ise bu gun yazdim,eslinde 2 gun bundan qabab da telefonuna yazdim ki,amma cavab gelmedi(indi de sosial webekelrin birinde ona yazim,nece yazmiwam size ele de gonderirem--salam,yene ureyim durmadi,yazmamali idim belke de...amma yazmagimin sebebini ise bilmirem)necesen?inwallah yaxwi olarsan.eslinde fikrimi nece ifade edim bilmirem....ne demekistediyimi bilirsen yeqin,amma mence blok edende de sebebini deyerler,men ozumu gunahsiz hissetmirem,gunah menim de var tebii ki,demek istediyim cox wey var eslinde bilirem burda yazsam oxumayacagsan,ne vaxtsa uz-uze gelsek sadece bir soz deyecem....nece isteyirsen ele de qebul et,.sene cox deyer verirem,hec bir oglana vermediyim deyerive men eminem ki, hec bir xanim meni sene verdiyim deyer kimi deyer vere bilmez,eslinde deyere layiqsen,en gozel sevgiye layiqsen cunki,sen sensen!cox darixiram,hemiwe darixmiwam,mence bu qederimtahan yeter,aci vermek yeter....bunlari yazdim hekim,bilmek isteirem sizce bu necedir,nece qebul edecek,cox qprxuram pis cavab yaza((men daha nese yazim?nese edim yoxsa yene 2 aydir sakit durdugum kimi sakit durum,amma sakit olmagla da hec ne olmur,men nese etmeliyem?cox tewekkur edirem evvelceden..
Cavab: Salam Jalə xanım Sizə elə gəlir ki, daha da nələrsə etməlisiniz. Xeyr, etdikləriniz yetər. Bir müddət də ona heç nə yazmayın. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
elnur
2013-10-28
salam menim anamin bu aralar cox bawi agrayir evded davalr cox olur biz de o qeder bezmiwem daaa bu evden getmek isteyirem sadece anamin yaxsiliqini istiyirem biraz daniwan kimi bawi agriyir menimde 12 yawim var mene de bir care deyin cox yorulmuwam bu heyatdan bu yasimda
Cavab: Salam Elnur bəy Narahatçılığınızı ananızla paylaşmağa çalışın. Buna görə çəkinməyin. Birgə çıxış yolunu da tapa bilərsiniz. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Gulnar
2013-10-28
Salam.Men sizinle nece goruse bilerem.Hiss ediremki yene psixoloqa ehtiyacim.Qadin olsa daha yaxsi olar cunki tam meni basa dusen insanla danismaliyam.Zehmet olmasa burdaki xanimlardan birinin nomresin mene gonderin men vaxt teyin edib gorusum.Isde oldugma ola bilerki siz dediyiniz vaxtlarda goruse bilmeyim.Ozum teyin ederem.Tesekkur.
Cavab: Salam GÜlnar xanım Gün ərzində 012 480-36-29 yaxud da 055 257-27-00 telefon nömrələri ilə əlaqə saxlayın, Sizə xanım psixoloqla görüşmək üçün zaman təyin edərlər. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
KEMALE
2013-10-28
SALAM.... Aileliyem 2 ovladim var. Usaqlarma qarwi ifrat derecede mesluyyetliyem daima xesdelenecekler deye narahat oluram her saniye \"yaxsisan \" soruwub usaqlarin psxologyasna pis tesir edirem amma ozmle bacara bilmirem narahat oluram hec kime usaqlarmi etibar ede bilmirem.Adi yungul xesdelendiyleri zaman men gunlerle iwdaham olmur heycan ishala getrib cixarir . Birde onu qeyd edim ki bununla bagli malice almiwam nertoluq yaninda hec bir tesri olmayib .Ne meslehet gorerdiniz komeynize ehtiyacm var bu hal meni cox uzur onceden cox teewekkurler ...
Cavab: Salam Kəmalə xanım Düşünürəm Sizə psixoloji dəstək lazımdı. Mərkəzlə əlaqə saxlayın, Sizə psixoloqla görüşmək üçün zaman təyin edərlər. Əlaqə telefonu 012 480-36-29 yaxud da 055 257-27-00 Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Samir
2013-10-27
Salam. Men homoseksualam. Qadin ruhu ile kishi bedeni ile yashamaq dozulmezdi. Sabah bir cehennem axsam basqa bir cehennem. Guzguye nifret edirem. Diger hemcinslerim kimi exlaqsizliq etmek isdemirem. Sevmek ve sevilmek isdeyirem, baxmayaraq ki, bilirem bunun mumkunsuz oldugunu. Cox cetindi. Olmek isdeyirem. Gelecekden ne olacaq bilmirem. Men ne edim? Nece yasayim? Mene komek edin. Xais edirem
Cavab: Salam Samir bəy Sizə psixoloqla görüşüb problemi həll etməyi tövsiyə edərdim. Ola bilər ki, bu Sizdə obsessiv fikirlərdi. Bugün bu situasiyada olan gənclərimiz var. Hansı ki onlar homoseksual deyillər, sadəcə homoseksual olmaqdan qorxurlar. Ona görə də Sizə də öncə psixoloqla görüşməyi, sonra isə gələcək həyatla bağlı konkret istiqamət götürməyi tövsiyə edərdim. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
xedice
2013-10-27
salam elnur bey.men ozume borc bilirem ki,ailemi dagitmayam. men ona helede yalvarmaga haziram.teki ailem dagilmasin,qizim atasiz boyumesin.bugun isden cixib.helede telefonu qucaginda gezdirir.aramiz yenede soyuxdu.isdemiremki,mennen ancaq yataqda mehriban olsun.men isteremki,semimi olaq.birde onu deyimki nevaxt menle yaxsi munasibet qurur onda biliremki, onun heyatina kimse var.meni subhelendirmemek ucun bunu edir.men onu cox gozel taniyiram.indi ise aramizi duzeltmek ucun bilmirem ne edim.onu qizdan aralamaq ucun ne edim.cox sagolun
Cavab: Salam Xədicə xanım Ona daha yaxın olun. İmkan verməyin aranızda souqluq yaransın. Başqa qadın hər zaman boşluqda kişinin həyatına daxil olur. Buna imkan verməyin.Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
ULVIYYE ABBASOVA
2013-10-27
salam menim bir tanisim var5 ildir ki ailelidirler ovladlarida var.son zamanlar qadin yoldasinin telefonunda baska xanimdan gelen sevgi msjlari gorub yoldasina deyib yoldasi inkar edib indi qadin ne etmelidir?
Cavab: Salam Ülviyyə xanım Bir müddət bu məsələyə qayıtmasın. Hıyat yoldaşının hərəkətlərini müşahidə etsin. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
MEN NURANE TELEBEYEM DERBENT INCESENET VE MEDENIYYET INSTITUNUN PSIXOLOGIYA VE KULTUROLOGIYA FAKULTESININ 5CI KURS TELEBESIYEM
2013-10-26
SALAM HEKIM MENIM ELEDE WIKAYETIM YOXDU SADECE SIZDEN XAHIW EDIREMKI MEN NECE EDE BILEREMKI TAM BU IXTISASA YIYELENIM YENIKI MENIM ESLINDE BU PSIXOLOGIYA IXTISASINI SEVMEMIWEM VALDEYINLERIMIN TEKIDI ILE BU IXTISASA YIYELENIREM AMMA TEDRICEN BU IXTISASA HEVESIM ARTIR MEN NECE EDE BILEREMKI DAHADA BU IXTISASI BEYENIM VE ONUN DERINLIKLERINI OYRENIM AMMA OZUMUNDE BEZEN PSIXOLOGA EHTIYACIM OLUR BEZEN OZUMU COX TENHA SAYIRAM RUH DUWGUNLUYUM OLUR BEZI YUNGUL DEPRESIA YAWAYIRAM SIZDEN XAHIW EDIREMKI MENE MU MOVZUDA KOMEK EDESINIZ.SIZI TELEVIZORDA COX DINLEMIWEM SIZI DINLEDIKDE MENEVI RAHATLIQ TAPIRAM EVVELCEDEN TEWEKKUR EDIREM.VE CAVABINIZI COX TEZLIKLE GOZLEYIREM.
Cavab: Salam Nuranə xanım Sizi Mərkəzə dəvət edərdim. Düşünrəm gələcəkdə psixoloq kimi yetişməyinizdə Mərkəzin xidmətlərinin Sizə faydası olacaq. Əlaqə telefonu 012 480-36-29 yaxud da 055 257-27-00 Əlaqə saxlayın, Sizə ətraflı məlumatda verəcəklər. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
aysu
2013-10-26
salam men ne etsemde ailemi razi sala bilmirem.hemise nese eksik qalir.ozlerinde yox yalniz mende sehv gorurler.oz sehvlerini deyendede sebebkar kimi meni gosterirler
Cavab: Salam Aysu xanım Ailə nə zaman Sizə qarşı güvənsiz oldu? O məqama diqqət edin, prosesi oradan başlayaraq düzəltməyə çalışın. Düşünmürəm ki, Sİzə qarşı güvənsizlik səbəbsiz olsun. Biraz obyektiv olaq. Anlayışa görə təşəkkürlər. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Sevinc
2013-10-25
Salam doktor.Menim 33 yashim var.Evli deyilem.25 yashimda nishanli olmusham. O ili anam xestelikden vefat etdi. Sonra nishanlimdan istemesem ayrilamq mecburiyyetinde qaldim.Radikal qruplarin tesiri ile hem ozu, hem davranishlari deyishmishdi. Atam anamin vefatindan 4 il sonra evlendi.Men qohumlardan meslehet gordum, lakin anamla her zaman edavet saxlamish bibim onu bashqa bir qadinla tanish eledi ve evlendiler. Bir evde yashayiriq. Onu anamin yerinde yox, bir refiqe kimi gormeye calishdim ki aldigim zerbelerden sonra heyatima davam ede bilim. Dava-dalashi sevmediyim, ve iti bucaqlari hamarlashdirmaga calishdigim ve bezen de yersiz diplomatiklik gosterib oz menafeyimin ziddi olaraq guzeshtler gedecek xasiyyetim uzunden analigim evde meishet meselelerinde mene hokmranliq etmeye bashladi. Ozu menden 12 yash boyukdur, bir evliliyi olub, evladi yoxdur. 4 ildir mualicele olunur ki evladi olsun. Ancaq deyesen ana ola bilmeyeceyini anladi ve butun iynelerini uzerime yoneltdi. Evveller mehriban davransaq da her zaman mueyyen seddi qoruyurdu ve metbextde hereketlerimi mehdudlashdirmaqdan ve bunu uzume soylemekden cekinmirdi.Men de yigdim yigdim ve sonunda vulkan kimi puskurdum. Anlatmaga calishdim ki men onun evladi deyilem ki onun istediyi davranishlari sergileyim. 6 aydir ki danishmiriq lakin bu veziyyet meni qane edir, cunki istediyim yemeyi bishirirem ve her xirda meselelere gore mene mudaxile eleye bilmir. dalashdigimiz zaman atamdan cekinmeyerek mene hem heqaret etdi hem de bohtan atdi. Atam heqaretleri susdurmaq evezine her ikimizi gunahlandirdi.Cunki hec birimizle munasibetleri korlamaq istemirdi. bele dushunurem ki bu qadin evladi ola bilmeyeceyini anladigi ucun butun hikkesini menden cixardir, hetta mubahise zamani onu her zaman ayirmaga calishdigimi demishdi. bele dushunur ki men ve emim yoldashlari birleshib ona cadu elemishik. Halbuki hem men hem de o namaz qiliriq. ne qeder gulunc. Men de dedim ki cadu edecek gucum olsaydi evlenerdim.:) Zeif insan deyilem, qarshima ne qeder cetinlik cixirsa, heyata bir o qeder daha cox sariliram. Mene tesir eden, atamin edaletsiz movqeyidir. Yoldashi cadu olundugunu inandigi ucun oz otaginin qapisini acarla baglayib gedir ishe. Atam da bir nece defe gelib ve otagina kece bilmeyib. Buna baxmayaraq ele dushunur ki guya meni kenardakilar oyredir. ve yoldashinin bu qapi baglamagina da onun sebebi var deye cavab verir. Amma nedense menim onlarla bir sufre arxasina oturmaq istemediyimi anlaya bilmir. 1.Men 2 radelerinde nahar edirem. Onun yoldashi ise ishden 4-de gelir deye o zaman nahar edirler. Evvel bunu dedim. yene israr etdi. o zaman men de 2-ci sebebi dedim ki meni, anami namusumuza toxunacaq shekilde tehqir eden, bohtan atan, utanmadan anamin yashadigi, vefat etdiyi o otagi cadu behanesiyle baglayib geden qadinla ne bir sufrede oturmaq, ne de onun bishirdiyi yemeyi yemek fikrinde deyilem. ve onu da elave etdim ki, eger onun butun hereketlerinin sebebiyyeti menasiz behanelerdirse, menim esasli sebeblerim var. Men bu veziyyetde qisamuddetli olsa da en cox tesir eden atamin onun her cumlesine inanmasi ve menim yalan soylediyimi dushunmesidir. Indi de analigim evladi olmayacagini bildiyi ucun ayri yashamaq behanesiyle evimizi satdirmaga calishir ki ozune ev payi elde etsin. Menim en zeif noqtem sebirsizliyim ve esebi olmagimdir. Lakin butun bu hadiseleri bilerekden yaratdigini bildiyim ucun ozumu ele almagi bacariram ve calishiram ki haqli iken haqsiz duruma dushmeyim. Yegane istedyim, oz ailemi qurub onlardan uzaqlashmaqdir. Lakin ozum qerar verdiyim shexsle ve qerar verdiyim zaman. Cunki anamin vefat edeceyini bildiyim ucun nishanlanmishdim ilk defe yaxshi tanimadan. ikinci defe evdeki mubahiseler uzunden bele bir sehv etmek istemirem. Men sadece yashamaq ve xoshbext olmaq isteyirem. Hem anam ucun, hem de ozum ucun. Cunki bu heyatda ne olursa olsun yashamaga ve mubarize aparmaga deyer. lakin menden asili olmayan sebeblerle artiq atamla munasibetlerimiz korlanib. Bir cox ifadelerin de atama yox, o qadina aid oldugunu anlayacaq derecede yaxshi taniyiram atami. Bagishlayin bele genish yazima gore. Men cox zamanimi oz otagimda, kecirirem ve ya ishde. Onlarla munasibetlerden maksimum qaciram. Cunki her defe kecirtdiyim stressler hem menevi hem fiziki cehetden butun gucumu alir. Artiq atamla da cox munasibetde olmaq istemirem. Onsuz da cox danishan birisi deyil ve bizim sohbetimiz maksimum 3-4 deq-den artiq olmur. Biz atamla yalniz mubahise zamani uzunmuddetli danishirqi, daha dogrusu o ittiham edir men ise mudafie olunuram ki, artiq ne ozumu izah etmek, ne de mudafie olunmaq istemirem, cunki netice onsuz da eynidir. Men sadece yashamaq isteyirem, stressden ve gerginlikden uzaq. Bunun ucun ne etmeliyem? teshekkur edirem.
Cavab: Salam Sevinc xanım Situasiya dərindən analiz olunub çıxış yolu tapılmalıdır. GÖrünən tək bu ki, atanız bu situasiyada hər iki tərəfin könlünü almağa konflikti balanslaşdırmağa çalışır. Hər ikisi ona yaxın adamdı. Biraz məsələyə atanız mövqeyindən yanaşsanız onu anlayaqsınız. Düşünürəm ailə qurmaq haqqında düşünsəniz problem qismən tənzimlənəcək. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Zuleyxa
2013-10-25
Salam hekim. Men 3 ildir aileliyem ve 2 yasinda bir oglum var. Menim yoldasim cox kobud ve soyuq insandir. Bu meni narahat edir,mene lazimi qaygini,diqqeti gostermir ve men bundan cox inciyirem,hiss edirem ki depressiyaya dusrem.Isden gelen kimi kompyuterde oz isleri ile mesgul olur. Evde ozumu bir qadin kimi hiss etmirem. Men de isleyirem,ozumu isime, ovladima serf etmisem. Yoldasimdan bir istilik gormurem. Amma biz sevib aile qurmusuq, danisanda yene de sevirem deyir amma bunu hereketleriyle gostermir. Pis verdisleri yoxdur,icmir,siqaret cekmir,ailesine yaxsi baxir,maddi ehtiyacimiz yoxdur. Lakin bir qadin kimi menimle soyuqdur,cavan aile oldugumuz halda cox gec gec yaxinliq edirik.Butun bunlar meni cox eseblesdirir.O isiyle bagli olaraq basqa qizlarla unsiyyetde olur sosial sebekede,amma bir defe de xeyanet etmeyib mene,bunu deqiq bilirem. Sadece basqa qizlarla unsiyyeti de meni qiciqlandirir.Cox qisqaniram. XAhis edirem mene meslehet veresiz. Tesekkur edirem
Cavab: Salam Züleyxa xanım Diqqət kişi və qadın üçün fərqli anlamlar kəsb edir. Əsas diqqətinizi yoldaşınızın Sizə və ailəyə qarşı münasibətə yönləndirin. Qeyd edirsiniz ki, xəyanət etmir, evdə olur və s. Bu kimi məqamları pozitiv dəyərləndirə bilsəniz düşünürəm Sizdə həyat yoldaşınıza qarşı münasibət müsbət istiqamətdə dəyişəcək. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
okean
2013-10-24
salam mene komek edin;
Cavab: Salam. Buyurun necə kömək edə bilərik?
zera
2013-10-24
salam men cox heyacan kecirirem hedsiz urek doyuntuleri geceler yata bilmirem ;butun sinirlerim pozulub mene bir meslehet verin xais edirem/
Cavab: Salam Zera xanım Bu panik atakın simptomlarına daha çox oxşayır. Bütün hallarda dəqiqləşdirmə aparmaq lazımdı. Ona görə də Sizə psixoloji müayinə olunmağı tövsiyə edərdim. Ondan sonra aradan qaldırmaq üçün konkret tədbirlər görmək olar. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
seva
2013-10-24
salam.men cox aqressivem.herden davranishlarimi ve en esas ses tonumu idare ede bilmirem..gunlerce agladiqdan sonra sakitleshirem..eslinde sebebin de bilmeden bu hal mende artiq suretle bas verir..men ne edim?
Cavab: Salam Seva xanım Aradan qaldırmaq üçün öncə psixoloji müayinə tələb olunur. Bu bizə konkret problemin nədən ibarət olduğunu müəyyən etməyə imkan verəcək. Ondan sonra müalicə proesini həyata keçirmək olar. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Jale Eliyeva
2013-10-24
Salam Elnur bey,menim heqiqeten de sizin deyerli fikirlerinize cox ehtiyacim var!bilmirem nece bawlayim-amma birini cax sevirem ve unuda bilmirem,her ne ediremse....bu menim ucun mumkunsuz bir weydir!amma o insan meni axtarmir,aramir,o mene sadece dost kimi baxirdi,oz dediyine gore amma onu da deyim ki,men onu nece sevdiyimi bilirdi, ...amma ne edeceyimi bilmirem,onun fikirlerini bilmirem,amma nedense icimde cox boyuk umid var,men bilirem ki, o qayidacag mene,heqiqeten bele hiss edirem, nedenini ise bilmirem,.HER GUN ALLAHA DUA EDIREM,VAXTLI VAXTINDA,DUALARIN ZAMANINA KIMI OYRENMIWEM,SUREKLI YUXULARIMDA GORUREM,DEMEK OLAR KI, HER GUN,MUXTELIF YUXU YOZMALARA BAXIRAM VE BIR YUXUDA BAW VERENLERI ARD-ARDA BIR NECE YUXUDA GORUREM,VE YUXUYOZMALARA DA NEZER SALANDA O INSANLA YENIDEN ELAQE QURULACAG,GORUW OLACAG KIMI YOZULUR,DEFELERLE AYRI-AYRI YUXUYOZMALARDA RAST GELMIWEM,SIZDEN XAHIWIM ISE,MEN NE ETMELIYEM,NECE MUBARIZE APARMALIYAM,YENI QISACASI WABLON SUAL OLSADA MEN NE EDIM? EVVELCEDEN COX TEWEKKUR EDIREM!
Cavab: Salam JAlə xanım Xoş sözlərinizə görə təşəkkür edirəm. Düşünürəm lazım olanları edibsiniz. Bu səbəbdən də bir qədər dincəlməyiniz faydalı olardı. Diqqətinizi kənar şeylərə yönləndirin.Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Sebine
2013-10-24
Salam.yoldawim mene xeyanet edir ve bunu gizletmekden cekimmir.niye bele etdiyini soruwanda xowuva gelmir cix get atavinevine deyir.3 ildi evliyem ve 2 uwagim var.ailemi dagitmaq istemirem amma bawqa caremde yoxdu.bele yawamaqdan bezmiwem.hec mene fikir vermir mnnen maraqlanmir.nece davranacagimi nece edeceyimi bilmirem mene komek edin.
Cavab: Salam Səbinə xanım. Qarşı tərəfə heç nə deməyin, diqqətinizi uşaqlara yönləndirin. Bir müddət sonra etdiyi hərəkətlərinə görə özü vicdan əzabı çəkəcək. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
ruhengiz
2013-10-23
Salam hekim menim bezi komplekslerim var insanlarla unsiyyet qurmaqda auditoriya qarsisinda cixis etmeye cetinlik cekirem bunu nece aradan qaldira bilerem
Cavab: Salam Ruhəngiz xanım Kmleksləri aradan qaldırmaq üçün Sizə psixoloqla əyani görüşüb problemi həll etməyi tövsiyə edərdim. Mərkəzlə əlaqə saxlayın, Sizə psixoloqla görüşmək üçün zaman təyin edərlər. Əlaqə telefonu 012 480-36-29 yaxud da 055 257-27-00 Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
sebnem
2013-10-23
salam ,menim elede problemim yoxdu.ama universteti yeni bitirmisem ve iwlemek istyrem hergun evde oturmaqdan bezirem buna gorede cox aqressiv oluram.niwanlim yigir onunla da kobud daniwiram bele getse men qocalanda da iwsiz ve tek qalacam
Cavab: Salam Şəbnəm xanım Əsəbiləşməkdənsə harada vakansiya var onları araşdırın, SV hazırlayıb yollayın, özünüzü inkişaf etdirməyə çalışın. O zaman iş probleminiz də həll olacaq. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
lamiya
2013-10-23
salam, insanlarin menim haqqimda duwunduklerini nece oyrenebierem?
Cavab: Salam Lamiyə xanım Onlarla rahat olun, o zaman Sizin haqqınızda nə düşündüklərini obyektiv dəyərləndirə bilərsiniz. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Leyla
2013-10-23
Salam Hekim.men 17 ildir aileliyem.men aile qumamisdan qabaq ali tehsil almaq isteyirdim.mene elci gelende soz verdilerki seni oxudacayiq .amma toydan sonra defelerle doyuldum soyuldum hetta yoldasim terefinden burnum da qirildi. Menim 19 yasim var idi. Cox saf tecrubesiz idim.ailem ise mene sahib cixmirdi.fikirlesirdim ki bosansam tekce neyleyecem hem de yoldasim usagimi elimden ala bilerdi.o vezifede idi.onun oz ata anasi bosaigi ucun bilmirdi aileni nece idare elesin.o meni cetinliye dusende hemise tek qoyurdu meni hec vaxt mudafie elemirdi.men onun mene elediklerini unuda bilmirem yadima dusende ona niftet edirem. Indi menim 2 usagim var .ussqlarim inistuta hazirlasirlar.men artiq doze bilmirem bu insandan bosanmaq isteyirem. Fikirlesirem bele elesem bu usaqlarima pis tesir edecek.amma men artiq yorulmusam .herden basimi goturub cox uzaqlara getmek isteyirem ki hec Kim meni tapmasin.usaqlarim olmasa onun yaninda 1 saniye bele durmaram.17 idle bir defe uzum gulmedi ureyim acilmadi .o Adam hemise menim onumu kesdi arzularimi ureyimde qoydu .menim heyatimi mehv eledi . Mene cixis yolu gosterin
Cavab: Salam Leyla xanım Bundan sonra ayrılmaq düşünmürəm Sizə nələrisə qazandırsın. Ən yaxşı halda uşaqlarınızın oxuyub təhsil almağına diqqətinizi yönləndirin. Onlar həyatlarını yaxşı formada qurduqda bu Sizdə həyatınızı boşuna yaşamadığınızı göstərəcək. Bir xanım üçün bucür yaşamaq əlbəttə ki çətindi. Ancaq bu əziyyətin bir mükafatı da olacaq. Övladlarınıza diqqətinizi yönləndirin. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
23-10-2013
2013-10-23
Salam.Biz sevgilimle cox tez tez dalawiriq ama bir birimizi cox sevirik.Meni hec cure bawa duwmek istemir xahiw bir meslehet men ne etmeliyem?
Cavab: Salam Çalışın bir müddər prosesi diqqətdə saxlayın, mübahisə etməkdən qaçın. Bu bəlli bir zamanda sonra aranızdakı dalaşmaya son qoya bilər.Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
xedice
2013-10-23
salam elnur bey.8ildi evliyem bir qizim var.yoldasimla severek evlenmisik,evveler hiss edirdim ki,ferqli ferqli insanlarla mene xeyanet edir.15gun bunnan qabaq gece telefonuna baxdim telefonda oxudugum mesajlar meni deli etdi.is yoldasiyla subay qizla mene xeyanet edir.agladim sesime durdu mesajlari ona gosterdim hirslendi .niye menen icazesiz telefona girmisen dedi.men yalvardim ayaxlarina dusdum ailemizi dagitmayaq dedim.and icdi qizimizin canina ki, o qizdan qurtardim.duzdu inanmasamda ozumu inandirmaga calisdim.qiz isden cixib.men her gun aglayiram ozumu oldurmek isdiyirem.hiss edireki,helede qurtarmayib.son 5gundurki mene yaxin gelmir kusluyuk.bilmirem ne edim deli oluram.isdiyirem bosanim birden ozume ne ise ederem qizim ortaliqda qalar.cox xais edirem mene komek edin.
Cavab: Salam XƏdicə xanım Öncə Sizə geniş ürəyə sahib olduğunuza görə təşəkkür edirəm. Yoldaşınızı bu əməlini bağışlayıbsınız. İndi çalışın ona dəstək olun ki, bucür hallara yol verməsin. Çalışın onunla söhbət edin, adətən bucür hallar psixoloji problemlərdən dolayı baş verir. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Adınız 
Sualınız 
1234567891011121314151617181920
2122232425262728293031323334353637383940
4142434445464748495051525354555657585960
6162636465666768697071727374757677787980
81828384858687888990919293949596979899100
101102103104105106107108109110111112113114115116117118119120
121122123124125126127128129130131132133134135136137138139140
141142143144145146147148149150151152153154155156157158159160
161162163164165166167168169170171172173174175176177178179180
181182183184185186187188189190191192193194195196197198199200
201202203204205206207208209210211212213214215216217218219220
221222223224225226227228229230231232233234235236237238239240
241242243244245246247248249250251252253254255256257258259260
261262263264265266267268269270271272273274275276277278279280
281282283284285286287288289290291292293294295296297298299300
301302303304305306307308309310311312313314315316317318319320
321322323324325326327328329330331332333334335336337338339340
341342343344345346347348349350351352353354355356357358359360
361362363364365366367368369370371372373374375376377378379380
381382383384385386387388389390391392393394395396397398399400
401402403404405406407408409410411412413414415416417418419420
421422423424425426427428429430431432433434435436437438439440
441442443444445446447448449450451452453454455456457458459460
461462463464465466467468469470471472473

LOGİN

 Email
 Parol
Qeydiyyat