Sual Cavab

samire
2013-09-27
salam hekim men 4 ildi nisanliyam ancaq bu 4 ilde qaynanam bir defede olsun menimle maraqlanmiyib indide nisanlimin xalasi oglunun toyudu meni aparmirlar nisannimda gedir ancaq meni aparmir deyir menim qohummun toyudu sen ne isin var cox ollam neyneye bilerem bu muddeti atladim ozme gelelmirem
Cavab: Salam Samirə xanım Bir qədər anlayış göstərin. Nə qədər çətin olsada. Daha çox diqqətinizi qaynananın hərəkət və davranışlarında motivin nədən ibarət olduğuna yönləndirin. Digər gəlinlərə qarşı da münasibət bu formadadırmı bunu aydınlaşdırın. Ailə tamdır, yoxsa natamam? Bütün bunlara aydınlıq gətirməyə çalışın. Ondan sonra konkret nələrsə söyləmək olar. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Aska
2013-09-27
salam..Menim ehvalatim uzundur..Bilmek olar psixoloqun 1 seansi neceyedir?
Cavab: Salam Ayka xanım 012 480-36-29 yaxud da 055 257-27-00 telefon nömrələri ilə əlaqə saxlayın, Sizə ətraflı məlumat verəcəklər.
RENA
2013-09-26
SALAM hekim.men ozumu cox narahat hiss edirem.herseyden qorxuram.heyecanlaniram.ama psixoloqa gede bilmerem.ozum nece bunlardan xilas ola bilerem?Xahis edirem yazardiz.
Cavab: Salam Rəna xanım Qeyd etdikləriniz üzərindən surumunuzla bağlı konkret nələrsə demək çox çətindi. O ki qaldı çıxış yolunu nədən ibarət olduğunu söyləmək. Bir qədər açıqlama verməyinizi rica edərdik. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Ayten
2013-09-25
salam.men biriyle 8ay sevgili olmuwam.ama 6gundu ayrilmiwiq.ama men cox pisem depresiyadayam.onu itirmey istemirem.meslehet vererdiz zehmet olmasa
Cavab: Salam Aytən xanım Bir qədər səbirli olun. Bu münasibətlərinizə obyektiv nəzər yetirməyə imkan verəcək. Çalışın bunu mübahisəyə istiqamətləndirməyin. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
mehriban
2013-09-25
Salam,elnur muellim.men ozumu demek olar ki hiss elemirem.mene ele gelirki olmusem yoxam bu heyatda.ve ya men durmusam seyr edirem ama heyat davam edir.yaddasim iki ovladimnan sonra cox zeifliyib.yoldasim cox gozel insandi.problemimiz demek olar yoxdu Ama men oz halimi hec kime basa sala bilmirem.qarsimdaki insana qulaq asiram.arada husum gedir harda kimle oldgmu derk etmirem.hami deyir yuxulusan ele bil.bir de bacim ve ya kimese sms yazanda deyir nolub fikrin basqa yerdedi.mene komek edin.bilmirem psixoloqa gedim yoxsa psixiatra.
Cavab: Salam Mehriban xanım Öncə psixoloji müayinə olunmağınızı tövsiyə edərdim. Ondan sonra qərar vermək olar. Mərkəzlə əlaqə saxlayın, Sizə müayinə üçün zaman təyin edərlər. Əlaqə telefonu 012 480-36-29 yaxud da 055 257-27-00 Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Terane
2013-09-25
salam hekim. 25 yasim var. 4 ayliq hamileyem. gundelik heyatimda ne ise bir ish gorende aglima pis fikirler (usagima nese olmasi) gelir ve hemin ishi tekrar tekrar tezeden edirem. ele bilirem elemesem usagima nese olar. misal ucun isigi yandiriram, aglima pis fikir gelir, mecburen isigi 3-5 defe yandirib sondururem. adi gundelik islerimde de ciddi problemler yasayiram. qapini acib-baglayanda, paltar geyinib soyunanda ve umumiyyetle her bir ishimde. bunun ne qeder mentiqsiz oldugumu bilsem de hech ne ede bilmirem. sizce ne ile baglidir. ne etmeliyem.
Cavab: Salam Təranə xanım Bu hamiləliklə əlaqədar yaşanan haldır. Həm depressiya, həm de obsessiyanın əlamətləri var. Sadəcə indiki durumda Sizə dərman qəbul etmək təqdir edilməyindən yaxşı olardı ki, psixoloqla görüşüb problem həll edərdiniz. Bu Sizə eyni zamanda hamiləliyi normal şəkildə keçirməyinizə də müsbət təsirini göstərəcək. Mərkəzlə əlaqə saxlayın, Sizə bu istiqamətdə çalışan psixoloqla görüşmək üçün zaman təyin edərlər. Əlaqə telefonu 012 480-36-29 yaxud da 055 257-27-00 Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
xalide
2013-09-25
salam. sizin bir movzuda meslehetinize ehtiyacim var. meni bir oglan isteyir amma aileli olub ayrilib. ayrilmaqlarinin sebebin bilirem. menim ucun problemi yoxdu. amma bawqalarinin ne duwuneceyi maraqlandirir meni. yeni en cox oz fikrim uox bawqalarinin fikri duwuncesi. xahis edirem mene meslehet verin ne edim men? menim 20 onunsa 26 yawi var
Cavab: Salam Xalidə xanım. Siz xoşbəxt olsanız heç kimsə irad bildirməyəcək. Önəmli həyatınızı doğru formada qurmağı bacarmanızdı. Digər məqamlar öz həllini tapacaq. Uğur olsun. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Konul
2013-09-25
Salam.onceden tesekkur edirem.24 yasim var.bu yaxinda 1 nefer mene evlilik teklif etdi hem de qohumdu.gozlenilmez oldu,amma ondan xosum gelirdi.munasibetimiz yaxsidi sadece cox qisqancdi.bu mene gelecekde problem olmagindan qorxuram.hem de onu sevdiyime de emin deyilem.cunki bir zaman sevdiyim olub.mene nece meslehet vererdiz?
Cavab: Salam Könül xanım. Münasibətlərin ilkin mərhələsində qısqanmaq normal hal kimi dəyərləndirilə bilər. Məncə problem Sizin qarşı tərəfi sevib-sevməməyinizlə bağlıdı. Siz bu məqamı özünüz üçün aydənlaşdırın. Çalışın diqqətinizi hazırki sevdiyiniz insana yönləndirin. Belə olduğu təqdirdə əsassız şübhələriniz də arxada qalacaq. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Nermin Quliyeva
2013-09-24
Salam! Menim 29yashim var,aileliyem,2 ovladim var.7 ildi aileli olmagima baxmayaraq,men heyat yoldashimla dil tapa bilmirem.Mene diqqet lazimdi,amma o aileni 2ci plana atir,deyir men ishimi gucumu atib aile daliyca dushe bilmerem.Heyatin menasini pulda gorur,duzdu maddiyatla temin edir,amma bu mene kifayet elamir.Ozumu cox tenha hiss edirem,herden bash goturub uzaqlara getmek isteyirem.7 ildi bu insani bu cur qebul edib heyatima davam eda bilmirem,fikir vermemeye calishiram,alinmir.Cox mesuliyyetsiz insandi,uzaq sefere cixir,orda nece gun qalmagindan asili olmayaraq 1 defe de zeng vurub melumatlandirmir,men hec,ovladlariyla da maraqlanmir.Adini da qoyub ki,men sene inaniram,etibar edirem.Mene meslehetiniz nedir?
Cavab: Salam Nərmin xanım www.pcc.az saytında Sizin sualınız cavablandırılıb. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Guler
2013-09-24
Salam bagiwlayin narahat edirem.men sevgilimle aramizdaki munasibettden cox narahatam.onu cox qisqaniram adi bi soze bele qisqaniram buda onu eseblewdirir.bi az gec daniwanda aglima cox pis weyler gelir.bu narahatciligimi aradan qaldirmaqcun neyenemeliyem?istiremki oda meni qisqansin.mene bi yol gosterin.qabaqcaadan cox sag olun.
Cavab: Salam Gülər xanım Problem psixolojidi. Psixoloqla görüşməyinizi tövsiyə edərdim. Bu problemi tez zamanda aradan qaldırmaqda faydalı olacaq. Həyatınızı da rahat şəkildə davam etdirəcəksiniz. Mərkəzlə əlaqə saxlayın, Sizə psixoloqla görüşmək üçün zaman təyin edərlər.Əlaqə telefonu 012 480-36-29 yaxud da 055 257-27-00 Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Aysu
2013-09-23
Salam axsamiviz xeir olsun,men aileliyem ama qaynanamla qaynatam imkan vermir yoldasimla yaxsi olum yolldasimlada bi dil tapa bilmirem onuncun once atasi anasi iwi bir oglumuzda var ama bizle maraqlanmira hec,men neyniyim heryolu denemisem ama dyir men beleyem
Cavab: Salam Aysu xanım Bir müddət boş verin. Heçnə deməyin. Bu qarşı tərəfin dəyişməyinə səbəb olacaq. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Gulnar
2013-09-23
salam.dunen size yazdim ama oz yazdigimi gormurem.cavabida gelmeyib.xahis edirem yazin
Cavab: Salam Gülnar xanım Bütün suallar birmənalı olaraq cavablandırılır. O cümlədən Sizin də sualınız cavablandırılıb. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
xalide
2013-09-23
cox sagolun elnur bey tezlikle elaqe saxlayacam
Cavab: Sizdə Allaha əmanət olun, Xalidə xanım.
xalide
2013-09-23
cox sagolun elnur bey. eslinde menim bir problemimde var. bir hadise haqqinda qerar vermek lazim olanda iki fikirli oluram. bilmirem ne edim. 2 fikir arasinda qaliram. sehv etmek istemirem. bele olanda etrafdaki insanlar bunun menim bürcumle elaqeli oldugunu deyirler. burcum ekizlerdi. ozume qapali biriyem. qera verende ozum verirem amma bezi vaxtlarda sehv qerar verirem. birde hec vaxt oz fikrim menim ucun onemli olmuyub qerar verende başqalarini fikirleşirem oz xoçbextkiyimi yox. her kese yaxşiliq edirem amma pislik gorurem. mende pislik ede bilmirem. etrafimdaki insanlarin mene inanmagi guvenmeyi cox onemlidi menim ücün. amma heqiqetende biriyle danişmaga sizin meslehetlerinize cox ehtiyacim var. bir daha sagolun
Cavab: Salam Xalidə xanım Psixoloqla əyani görüşüb problemi həll etməyiniz tövsiyə edərdim. Mərkəzlə əlaqə saxlayın, Sizə psixoloqla görüşmək üçün zaman tyin edərlər. Əlaqə telefonu 012 480-36-29 yaxud da 055 257-27-00 Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
vusale
2013-09-22
Salam 26yasim var 4ovladim.ozumde esebiyem yoldasimla bit birimizi anlamiriq men sevgi qaygi diqqet nevazis isteyirem menimle daha fix vast kecirtmesini isteyirem o ise ancaq is dostu tanisi ve idmani fikirlesir.deyinende deyir ki usaqliq edirsen men alle kimi ana kimi xosbextem ancaq qadin kimi yox .ozumde coxhesas insanam vele seyler menim pisxalogiyama tesir edir ozume qapandirir mene meslehet verin komk edin
Cavab: Salam Vüsalə xanım Diqqətinizi bir müddət uşaqlara yönləndirin. Bir də çalışın həyat yoldaşınız da uşaqların tərbiyəsi prosesində aktiv iştirak etsin. Bu Sizi bir-birinizə yaxınlaşırmaqda faydalı olacaq. Nəzərə alın ki, 4 uşaqğın maddi qayğıları da az olmur. Prosesə obyektiv yanaşmanız müansibətin normallaşmasına müsbət təsir göstərəcək. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Gulnar
2013-09-22
salam.men esebiyem hemise mualice alirdim kecib gedirdi.1ile yaxindir ki aile qurdum.eseblerim duzelmisdi 1ay hec bir seye eseblesmedim.sonra qaynanam mene cox zulumlar verdi.5aydan sonra usaga qaldim.ekiz idiler.5ay yariminda esebden usaqlarim acildi.erimede cox eseb kecirmisem.eve cox gec gelirdi.men de dalasirdim.indi esebden geceleri yata bilmirem.seher 9da yatiram 12de dururam.her seye eseblesirem.hec kimin sesini esitmek istemirem.bilmirem neyniyim mene komek edin
Cavab: Salam GÜlnar xanım Sizə psixoloji yardım almağı tövsiyə edərdim. Bunu nə qədər tez həyata keçirsəniz bir o qədər yarana biləcək problemlərin qarşısını zamanında ala bilərsiniz. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Aysel
2013-09-22
salam.bilmirem bu cur suallari kime unvanlamaliyam.amma meni narahat eden cpxciddi bir wey var.heyatimda bele xeste gormemiwem.qaynanam yerien iweyir.hamini taniyir kecmiwi yadindadi,her wey yadindadi.bele baxirsan normal insandi.amma cox esebidi.yeni tez tez aglayir.herden uwaq kimi olur,herden adamla dava edir.adam yerien iweyir.bilriki iy gelir osvijitel aldirir coxlu.yeni iy geldyini derk edir.cox berbad yerde yatir durur ve orda da yemek yeyir.dehwetdi...7il bundan qabaq koma kecirdib.bu xestelyin adi nedi?mualicesi var??
Cavab: Salam Aysel xanım. Bu yaşla da əlaqədar ola bilər. Bütün hallarda yaxşı olardı ki, həkim müayinəsindən keçsin. Bucür situasiyalarda dərman müalicəsi psixoterapiyadan daha faydalı olur. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Adile
2013-09-21
Salam, qardaşımın 20 yaşı var.Anam onu tek büyüdür və demək olar ki, pis xüsusiyyətləri yoxdur.son 1 aydır ki siqaret çəkməyə başlayıb.mən təhsilliyəm, onunla da tez-tez söhbətləşirik.mənə öz dostları,istəkləri, onu narahat edən, sıxan problemlərdən şərait düşdükdə danışırıq. qabiliyyətlidir, yaddaşı güclüdür, ətrafında olan əksər dostları herbiçi, dindar, siqaret çəkməyən həmyaşıdlarıdır.2 il hazırlaşmasına baxmayaraq universitetə daxil ola bilmədi. onun siqaret çəkməyi anamı çox esebləşdirir. anam atamla yaşadığı çətinlik, söz-söhbət, ayrılıq (2005-2008) bağlı sinir xəstəliyi (nervinoz)tutmuşdur. Nə desəm də, istər söhbət, istər əsəbləşmək, istər ağlamaq ona təsir etmir.mənə nə məsləhət görə bilərsiniz?
Cavab: Salam Adilə xanım Siz yaxşı olardı ki, qardaşınızı psixoloqla görüşdürəsiniz. Çünki Sizin tövsiyələrinizi o subyektiv qəbul edir. Ancaq psixoloq yardımı ona öz hərəkət və davranışlarında düzəliş etməyinə böyük təsir göstərəcək. Mərkəzlə əlaqə saxlayın, Sizə psixoloqla görüşmək üçün zaman təyin edərlər. Əlaqə telefonu 012 480-36-29 yaxud da 055 257-27-00
refiqe
2013-09-20
men her gece ozumu ois hiss edirem mene birsey deyin xais edirem
Cavab: Salam Rəfiqə xanım. Psixoloqla əyani görüşüb iş dünyanızda nələr baş verdiyinə aydınlıq gətirə bilərsiniz. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
xalide
2013-09-19
salam menim sevgilimle problemim var. men olan inamini itirib nece gundu daniwmiriq. mene inanmagini isteyirem her weyin yaxwi olmagini isteyirem. ailelrimizde bilir daniwdigimizi. onunla nece bariwa bilerem men sehvlerimi bilirem. onu nece inandirim? her weyin yaxwi olmagi ucun ne ede bilerem? xahiw komek edin biraz. her weyden once twk edirem. gozleyirem sagolun
Cavab: Salam Xalidə xanım İlkin mərhələdə sms formasında qarşı tərəfə anlatmaq istədiyinizi yazın. Bu ilkin münasibətinizin formalaşmasına səbəb olacaq. Artıq ondan sonra nə baş verdiyini bunu aradan qaldırmaq üçün nə etmək lazım olduğunu qarşı tərəfə çatdırın və ondan Sizə yardımçı olmasını istəyin. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
meryam qulamova
2013-09-18
salam..menimde problemim her seyi ureyimle fikirlesmekdir...ureyimle coox danisiram...2 ovladim var//bu gunun stresle kecirmeyimle baqli ola bilermi?gun uzunu cox yoruluram...ama ele bil icim boshdu..tez sixilirem...eseblesirem. her seye..bezirem beynimde ele bil gurultu var..her seyden de bezirem.xais edirem mene komek edin..mene meslehet verin...evvelceden tesekkur
Cavab: Salam Məryəm xanım Öncə dəqiqləşdirmə aparmaq lazımdı, Sizi stressə salan nədi? Ondan sonra həmin məqam üzərində korreksiya işi aparmaq lazımdı. Bu stressi aradan qaldırmaqda bizə faydası olacaq. İstənilən halda psixoloji müayinə və müalicə almağınızı tövsiyə edərdim. Bu Sizin övladlarınızla müansibətinizə də müsbət təsir göstərəcək. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Ulviyye
2013-09-17
salam menim problemim ailem en esasda anam cox ustume dusur menden cox naraziliq edir hemise nasukurluk edir. oturub durub eledikleriniburnumdan tokur inanki bezmisem cox olub ozume qesd edim psixalogiyam pozulub ozumu toplaya bimirem ne olar mene komek edin
Cavab: Salam Ülviyyə xanım Diqqət edin, ananız Sizdə ən çox nələri qüsur tutur. Və Sizdən gözləntisi nədir. Bunu aydınlaşdırmağa çalışın və onun qeyd etdikləri məqamlarda obyektivlik varsa düzəldin, yoxsa fikrinizi, keçirdiyiniz psixoloji sarsıntını onun diqqətinə çatdırın. Düşünmürəm hansısa valideyn övladının pis olmasını istəsin. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Mehbare
2013-09-16
Salam men mektub yazmısdım xahıs edırem cavablandırın.meslehetınıze ehtıyacım var.
Cavab: Salam Mehbare xanım. Sualınız cavablandırılıb.
xumar
2013-09-15
salam.ozum haqda qisa melumat verim ve sora esas meseleye kecimki belke mene derinnenen komeklik gosteresiniz.menim 22yawim var.kecen il inst qurtadim ve iwlemedim.yeni evdeyem.kecen il payizdan mende urekbulanmalar qusmalar halsizdiq hallari bawladi.evveller mede problemim vardi onu tam mualice eledim ama bu hallar kecirdi.buda mene pis tesir edirdi.mecbur yemek udmaq..iwtah olmuya olmuya urek bulana bulana.onuda qeyd edimki hemiwe 40kiq olmuwam arigam.bu bir il erzind ebutun hekimlerde analizlerde oldum.ama bu qusmagim kecmirdi.ve iwtahsizliq halsizdiq..medaxirda fevral ayinda men nevropotoqa muraciet eledim oda mene antidepresant yazdi.onnan sora men 3gece yata bilmedim.skoru geldi ustume.bir yaznnan qaytarmag bir yannanda 3gece yuxusuluq meni oldururdu.heqiqeten olmek istirdim.axirda mart ayinda men bawqa nevropotoqda oldum o mene etaperazin yazi gune yarim tablet.onnan sora mende urekbulama qaytarmalar kecdi.ama indi sentyabrdi ve men qeribe hallar kecirmeye bawlayiram.iw axtarmagada halim yoxdu qorxuram.oturdugum yerde meni isti basir heyecan gelir aglamag tutur meni.istemirem mamamnan bawqa kimse olsun yanimda.bu hallarima gorede heyatimi qurmaga qorxuram.bu hallarnan men nece aile qurum?qerar vere bilmirem..arigligimi cox derd elirem.eslinde simpatik qiza heqiqeten ama cox ariqam buda meni bir yannan fikre salir.cunki iwtahim iten kimi dahada solgun xeste kimi oluram.mene komek eliyin men ne edim????nece bu hisslerden azad olum enerjili olum.yayda uzguculuyede getdim daje.amama arada tutmalarim olur ve bunun derinlewmeyinnen qorxuram.cox hessasam hemde.uwaqliqdan herweye derinniyine varmiwa fikirlewmiwem.arsiz deilem yeni.mene komek edin xaiw elirem men ne edim?
Cavab: Salam Xumar xanım Əgər Sizdə orqanik bir problem yoxdusa Sizə psixoloqla görüşüb problemi həll etməyi tövsiyə edərdim. Düşünürəm psixoloji yardım tez bir zamanda bu problemdən azad olmağa kömək edəcək. Mərkəzlə əlaqə saxlayın, Sizə psixoloqla görüşmək üçün zaman təyin edərlər. Əlaqə telefonu 012 480-36-29 yaxud da 055 257-27-00 Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Gunay
2013-09-14
men imtahanlardan cox qorxuram valideynlerimin umidin puc etmekden qorxuram yaddawim cox zeifdir buna gore ozumu pis hiss edirem xaiw edirem mene bir meslehet verin
Cavab: Salam Günay xanım Öncə dəqiqləşdirmə aparmaq lazımdı ki, bu nə ilə bağlıdı. Diqqət dağınızlığıdır, yoxsa yaddaş zəifliyi və s. Bundan bunlardan sonra düşünürəm Sizə konkret yardım göstərmək olar. Yaxşı olardı ki, psixoloqla görüşüb bu məqamlara aydınlıq gətirərdiniz. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Aylin
2013-09-13
salam menim 17 yashim var.. 11-ci sinifde oxuyuram .Ali mektebe hazirlashiram.hazirliglara bashdamisham. hevesle bashdaddim ama axir vaxtlar ozumu pis hiss eliyrem yaddashim chox zeifdi. bildiyim bir shey birden-bire yadimnan chixir ne qeder isdiyirem yada salim alinmir. Ailem guvenir mene . her gun menim qizim 600 bali kechecey kimi sozler diyirler. ama men chox qorxuram onlarin umidderin qiraram diye . dersder chox gec chatir mene. chox vaxt agliyib sakitdeshirem yoxsa esebden deli oluram . Instuda girmiyecem qorxusu meni her gun oldurur.xaish eliyrem bir soz diyin neyniye bilerem men . indiden teshekkurler.
Cavab: Salam Aylin xanım Diqqət dağınıqlığı bu halın yaranmasına səbəb ola bilər. Nəzərə alın ki, hazırlığa yeni başlamısınız. Ona görə də nə qədər tez roblemi aradan qaldırmağa qalxsanız bir o qədər hazırlıq prosesi yaxşı keçər. Siz yaxşı olardı ki, ailənizdə danışıq bu aralar psixoloji dəstək də alasınız. Düşünürəm ailəniz Sizin bu fikrinizə anlayışla yanaşacaq. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Adınız 
Sualınız 
1234567891011121314151617181920
2122232425262728293031323334353637383940
4142434445464748495051525354555657585960
6162636465666768697071727374757677787980
81828384858687888990919293949596979899100
101102103104105106107108109110111112113114115116117118119120
121122123124125126127128129130131132133134135136137138139140
141142143144145146147148149150151152153154155156157158159160
161162163164165166167168169170171172173174175176177178179180
181182183184185186187188189190191192193194195196197198199200
201202203204205206207208209210211212213214215216217218219220
221222223224225226227228229230231232233234235236237238239240
241242243244245246247248249250251252253254255256257258259260
261262263264265266267268269270271272273274275276277278279280
281282283284285286287288289290291292293294295296297298299300
301302303304305306307308309310311312313314315316317318319320
321322323324325326327328329330331332333334335336337338339340
341342343344345346347348349350351352353354355356357358359360
361362363364365366367368369370371372373374375376377378379380
381382383384385386387388389390391392393394395396397398399400
401402403404405406407408409410411412413414415416417418419420
421422423424425426427428429430431432433434435436437438439440
441442443444445446447448449450451452453454455456457458459460
461462463464465466467468469470471472473

LOGİN

 Email
 Parol
Qeydiyyat