Sual Cavab

gunel
2013-08-23
Salam.Sualima gore utaniram da,amma cox caresizem.Menim sevdiyim oglan var.Onu lap coxdandir sevirem.Biz onla is yoldasiyiq.Ozu de bilir.Ama o meni sevmir,hemise de bunu deyib.bizim aramizda kicik mubahise olmusdu,onla onnan sora isde danismiriq.Mene hec bir defe de olsa umid vermeyib.Ama soradan menle internetde,telefonda az-az danisirdi.indiye kimi. Adi dost kimi,yeni eslinde dostdan da soyuq.Men onsuz qala bilmirdim deye danisirdim.Ama hec vaxt bu sevgi sohbetini acmirdim.Ozu herden soz salib deyirdi ki,menim sevdiyim var,hec vaxt mennen qarsiliq gozleme.Men heqiqeten de hec vaxt qarsiliq gozlememisem hec vaxt.Cunki onla tanis olanda artiq onun istediyi qiz var idi.Bunu bilirdim.O mene tamam basqa bir qizi demisdi.Menim bir refiqem var,onla universitetde bir yerde oxumusuq,ise eyni vaxtda eyni yere girmisik,hele de biryerde isleyirik.O mene baci kimidi.Evveller bu oglanin bir ara bu qizdan xosu gelirdi.Bunu ozu mene demisdi.Ama o qiz bilmirdi.Sora refiqemin basqa sevgilisi oldu,o da day bu isteyinin qalmadigini bildirdi mene.Sora refiqem sevdiyi oglannan ayrildi,alinmadi munasibetleri.Hemise bu oglanla danisanda sevdiyi qizdan basqa qiz haqda danisirdi.Bir il kecib.Biz bu bir il erzinde onla bele adi is yoldasi kimi danismisiq.Dunen men oyrendim ki,refiqem sevgilisnnen ayrilannan sora menim sevdiytim bu oglan basqa bir dostu,bizim is yoldasimizla refiqeme xeber gonderib ki,onla munasibet qurmaq isteyir,fikri ciddidi.Am refiqem atkaz eliyib,mene de deye bilmeyib,pis olub.Ne bilim neyse.İndi bax siz deyin men neyniyim.Canimnan cox sevdiyim insan,menim bacim qeder cox istediyim qizi sevir.Ustelik biz her gun bir birimizi goruruk.Men neyleyecem.İcimde inanilamaz derecede aci var,canim cox yanir,cox pisem
Cavab: Salam GÜnel xanım Bir müddət bu mövzudan uzaqlaşmağınız faydalı olardı, Həm Siz, həm də rəfiqəniz. Bu qarşı tərəfə fikirlərini cəmləşdirməyə səbəb olacaq. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Selen
2013-08-23
Salam,deyismek istiyirem,butun heyatimi fikirlerimi,baxislarimi deyismek istiyirem,nece deyim,ozume yeni bir men gerekdir sanki,mene komek edin,evvelce neden basliyim sizce?
Cavab: Salam Selen Sizə psixoloqla əyani görüşüb, həyatınızı analiz edib, doğru bir hədəf seçib ona doğru getməyinizi tövsiyə edərdim. Bunu tək də edə bilərsiniz. Sadəcə peşəkar psixoloq Sizə zaman qənaət etməyi, doğru nəticələr əldə etməkdə böyük yardımçı olacaq. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Aynur.Memmedova
2013-08-23
Salam. Men aileli olub ayrilmisham. Aileli biri ile aramizda cox guclu bir bagliliq olub bir il davam edib yoldaşı bildi ayrıldıq.Bir aydır ayrıldıgımız bir defe de meni axtarmayıb. Cox pis veziyyetdeyem hec cure özüme gele bilmirem. Ancaq tekliye cekilmek yatıb hec durmamaq aglamaq isteyirem.
Cavab: Salam Aynur xanım. Bu depressiyanən əlamətidi. Müayinə və müalicə almağınız vacibdi. Əks təqdirdə somatik problemlərə də yol aça bilər. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
NERGIZ19
2013-08-23
SAKLM MENIM PROBLEMIM ODUR KI MEN DERMAN ATA BILMIREM.NEFES BORUMDA ILISMESINDEN QORXURAM UMUMIYYETLE DERMAN ATMAGA QARSI MEDE FOBIYA VAR SIZDEN ETRAFLII PSIXOLOQ MESLEHETI ISTEYIREM. UMUMIYYELE DERMANIN NEFES BORUSUNA DUSME EHTIMALI NE QEDERDIR?COX ABSURT DUR DUZDUR AMMA MEN OZUMU INANDIRA BILMIREM
Cavab: Salam Nərgiz xanım. Dərmanın nəfəs borusuna düşmə ehtimalı demək olar ki, yox dərəcəsindədi. Əslində Sizdəki problem psixolojidi. Dəqiq diaqnozu söyləmək buradan söyləmək bir qədər çətindi. Həm obsessiya, həm də tanatos fobiyanın ılamıtlıri var. Bütün hallarda dəqiqləşdirmə aparmaq lazımdı. Sizə tövsiyəm bütün hallarda psixoloji müayinə və müalicə almağınızdı. Mərkəzlə əlaqə saxlayın, Sizə müayinə və müalicə üçün zaman təyin edərlər. Əlaqə telefonu 012 480-36-29 yaxud da 055 257-27-00 Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
fidan
2013-08-22
salam erim mene xeyanet edib.indi ne etsemde ona inana bilmirem.o yanimda olanda rahatam ama evden kenara cxanda hec cur yata ve yemek yeye bilmirem.beynimdeki fikirlerden ve qisqancliqdan xilas ola bilmirem sizce ne etmeliyem
Cavab: Salam Fidan xanım Bununla əlaqədar Sizə psixoloji reablitasiya vacibdi. Aldığınız Psixoloji travma Sizə qarşı tərəflə normal münasibət qurmağa mənfi təsirini göstərir. GƏləcəkdə Sizin münasibətlərinizə daha böyük mənfi təsir göstərməsin deyə Sizə psixoloqla görüşüb problemi həl etməyi tövsiyə edərdim. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
muslumet
2013-08-22
salam menim 16 yasim var ve men gelen il vereceyim imtahan haqqinda cox narahatam ve heryerde o haqda fikirlesirem bu menim derse olan maraqimida azaldib ve meni narahat edir geceler yata bilmirem bir sey olanda nervilenirem
Cavab: Salam Sizə bu aralar psixoloqla görüşüb düşüncələrinizə aydınlıq gətirməyinizi tövsiyə edərdim. Mərkəzlə əlaqə saxlayın, Sizə psixoloqla görüşmək üçün zaman təyin edərlər. Əlaqə telefonu 012 480-36-29 yaxud da 055 257-27-00 Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Elnur
2013-08-21
Salam.Mən əvvələr başqa qızlarla ünsiyyət qururrdum.Sonra onlar məni axtarmayanda mən özüm axtarırdım.İndi nişanlanmışam.Amma nişanlım məni 1 ayda axtarmasa ona zəng eləməy istəmirəm.Bunun səbəbi nə ola bilər?
Cavab: Salam Elnur müəllim. İçinizdəki günahkarləq səbəbindən qeyd etdiyiniz hal yarana bilər. Çalışın münasibətlərdə fasilələrə yol verməyəsiniz. Çünki, gələcəkdə lazım olmayan probemlərə yol aça bilər. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
afet
2013-08-21
salam hormetli psixoloq.men oz derdimi sizle boluwmey istedim.18yawim var.sevdiyim oglan ise 21 yawi.3ildi sevgiliyik...biz bunla cox dalawariq bariwiriq dimey olar ki her gun..pis pis sozler diyir mene. cox eseblewdirir meni dimey olarki gunum aglamaqnan kecir.onan ayrilada bilmirem.papasi bu yaxinlarda turmeye duwdu..cox vaxt deyir onun fikdrinden beleyem.arada mene qarwi pis olur aradada yaxwi..mene deyirki istemirem artiq heckimi senide istemirem tek qalmaq isteyirem..ama seherisi yazdiki seni sevirem bele hele.meslehetinize cox ehtiyacim var sizce bu oglan meni isteyirmi yoxsa?
Cavab: Salam Afət xanım Bu onun düşdüyü situasiya ilə bağlıdır. Atasının həbsdə olduöunu yazdınız. Bundan dolayı daha da aqressiv ola bilər. Bu aralar çalışın onunla mübahisə etməyəsiniz. Daha çox passiv formada dəstək olmağa çalışın. Bu ona Sizinlə münasibətə yenidən baxmağa inkan verəcək. Onun hazırda tutduğu Sizinlə bağlı deyil. Ona görə də bunu Sizi sevməməsi kimi dəyərləndirməyin. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
ceylan aksu
2013-08-20
verdiyim suala davam olaraq bu erimin heyatinda bawqa bir qadinin olmasindan sebb ola bilermi.
Cavab: Salam Ceylan xanım. Bunu qəti şəkildə söyləmək çətindi. Daha çox stress və gərginliklə bağlayardım. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
salam cox hormetli psixoloq
2013-08-20
kecen defe size sual verdim ama nedense cavab vermediz.bir daha verirem.demeli bezen mene ele gelir ki indi bu deq dunyaya gelmishem cox qeribe hisdir.bu mende evveller de olmushdu texminen 11 14 yash araliginda olmushdu.indi 19 yashim var ama yene de bu problemnen uzlesirem cox da derinliye getmemishem ki neden ola biler.ama yuz faiz bilirem ki bilirem ki ilk ne sebeb olubsa indi de sebeb odur.esas sualim odur ki yeniyetmeliyde filan bu normaldi? onsuz 11 14 yash araligi da yeniyetmeliye kecid sayila biler.diqqete gore teshekkurumu bildirirem.Allah komeyiniz olsun Inshallah
Cavab: Salam. Bəli bu yeniyetməliklə bağlı ola bilər. Yəni səbəbsiz olaraq əhval-ruhiyyənin dəyişməsi bu yaşda normaldı. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
nergiz 19
2013-08-20
salam.MEN YENE SIZI NARAHAT EDIREM.MENDE DERMAN ATMAGA QARSI FOBIYA VAR.HER ZAMANAN AGRIDAN QOVRULSAMDA DERMAN ATA BILMIREM.ELE BILIREM KI DERMAN ATSAM ILISIB NEFES BORUMDA QALACAQ COX QORXIRAM NE EDIM>?
Cavab: Salam Nərgiz xanım Bu obsessiv fikirlərdi. Sizə link göndərirəm orada obsessiya haqqında mütəxəssis fikri yer alıb. Tanış ola bilərsiniz. http://www.youtube.com/watch?v=fVFh4sq9bD8 Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
nergiz
2013-08-20
salam menim 19 yasim var.MEN YUYULMUS PALTAR GORENDE YENI ONLARI QATLAYANDA OZUMDEN ASILI OLMAYARAQ DIS QICAMALARI YARANIR.HEMCININ YUN MATERIALDAN HAZIRLANMIS JAKET VE SAIRE DISIMI QICANDIRIR BU NE ILE ELAQEDARDIR.?COX SAGOLUN
Cavab: Salam Nərgiz xanım Səbəblər müxtəlif ola bilər. Bunun üçün öncə psixoloji müayinə olunmağınızı tövsiyə edərdim. Bu problemi tez bir zamanda aradan qaldırmaqda faydalı olacaq. Mərkəzlə əlaqə saxlayın, Sizə müayinə üçün zaman təyin edərlər. Əlaqə telefonu 012 480-36-29 yaxud da 055 257-27-00 Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
shebnem shahlarzade
2013-08-20
anam mənə bir söz deyən kimi əsəbiləşirəm. mən nə edim. mənə yol göstərin. anamı, atamı çox incidirəm.
Cavab: Salam Şəbnəm xanım Bu əsəbi, gərgin olmağınızdan dolayı baş verir. Müalicə almağınızı tövsiyə edrədim. Bu ailədaxili münasibətlərin normallaşmasına səbəb olacaq. Fikrinizi ailə üzvlərinizə bildirin, düşünürəm Sizə müalicə almaq prosesində yardımçı olacaqlar. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Gulnar
2013-08-20
Salam.Men cox pis veziyetdeyem.Artiq heyatimdan bezmisem.Problemlerim bitmek bilmir kecmisde buraxdigim sehvler meni rahat yasamaga qoymur.Ailemin qohumlarimin gozunden dusmusem.Amma hec kes herseyin deqiqliyin bilmir menede inanmirlar bilmirem neyleyim.
Cavab: Salam Gülnar xanım Öncə Sizə qarşı iradların nə olduğunu aydınlaşdırın. Bu müəyyən olunandan donra çalışın bir müddət bu kimi mövzulardan uzaq dayanın. Bu müddət Sizə qarşı inamın bərpa olunmasına səbəb olacaq. Müdafiə olunmağa qalxsanız haqsız olduğunuzu da ortaya qoymuş olarsınız. Bir müddət proseslərə boş verin. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
ceylan aksu
2013-08-19
salam hormetli psixoloq.onceden tewekkurumu bildirirem.eger er oz yoldawina ayiq deyil yuxulu iken yaxinliq edirse,ve yalniz oz istediyi zaman,yoldawi dedikde ise her defe bir bahane uydurursa o er yoldawini sevirmi sizce.
Cavab: Salam Ceylan Bu kimi hallar sevgisizlikdən daha çox qarşı tərəfin psixoloji gərginlik yaşadığı məqamlar baş verir. Öncə bu gərginlik qarşı tərəfdə aradan götürülməlidi. Ondan sonra qeyd etdiyiniz məqama sevib-sevməməyə diqqət etmək olar. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
aynur
2013-08-19
salam..men geceler cox qorxuram..uwaq vaxtindan bu yawa kimi qaranliq qorxusu var mende bunu nece aradan qaldira bilerem, onceden tewekkur.
Cavab: Salam Aynur xanım Bu fobiyadı. Müalicəsi var. Öncə müayinə olunmağınız lazımdı. Ondan sonra dərman müdaxiləsi və psixoloji konsultasiya problemi aradan qaldıracaq. Mərkəzlə əlaqə saxlayın, Sizə müayinə və müalicə üçün zaman təyin edərlər. Əlaqə telefonu 012 480-36-29 yaxud da 055 257-27-00 Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Ayshen
2013-08-19
Cox minnetdaram size sualimi cavablandirdiginiz ucun.Inanin,heyat yoldashim meni sizin yaniniza getirse internetde bashagrisi vermerem,amma o buna da pis baxir.Elnur bey,men cox qisqancam,en cox davalarim ele bu sebebden yaranir.Men ona qarshi qetiyyen istiqanli deyilem,hec cur ona qarshi isti ola bilmirem.Hami mene deyir ki,ona qiliq goster gor nece deyisir?Bunu da men bacarmiram.Her gun ozumu hazirlayiram amma onu gorende ele bil bashimdan qaynar su tokulur.Onu ozumden iteleyirem,amma isteyirem ki,iteledikce o mene gelsin.Bu da mumkun deyil axi.Tesir eks tesire beraberdir.Ne ozumle bacarmiram,ne de onunla.Ne men ona uygunlasha bilmirem,ne de o mene.Qalmisiq bir evde ayri adamlar kimi.Bilirem ki,gunum gun deyil,amma bosansam bundan daha pis olacaq...Eseblerim yerinde deyil deye onu yola vere bilmirem.Sudan cixmiw baliq kimi cirpina-cirpina qalmisam.Boyuklerimiz de var,bizi basa salirlar,oyud-nesihet verirler.Amma alinmir ki alinmir.Belke her ikimizin yash dovrundendi? Menim24 onun 25 yashi var.O xolerik tipdir,men sanqvinik.O ejdaha ili,ekizler burcudur,men ilan ili,baliq burcu.Men ilan kimi sanciram,o da ejdaha kimi od puskurur.Yeni gorun nece caresizem ki,artiq burclerde de care axtariram munasibetimize.Qisasi,men bir normal aile yaratmaq isteyirem men genis meslehet verin.Size de minnetdaram.Allah butun dileklerinizi heyata kecirsin.Amin.
Cavab: Salam Ayşən xanım. Öncə burada qeyd etdiklərinizi həyat yoldaşınızla paylaşın. Problemin psixoloji olduöunu qarşı tərəfin diqqətinə çatdırın. Siz ilaah deyil ki, mənim qəbulumda olasınız. Mən mütəxəssis deyərkən yalnız özümü nəzərdə tutmurdum. Məni düzgün başa düşün. Mərkəzlə əlaqə saxlayın, Sizi xanım psixoloqun qəbuluna yazarlar. İkinizdə seansda iştirak edə bilərsiniz. Düşünürəm bu problemi aradan qaldırmaqda böyük faydası olacaq. Mərkəzin əlaqə telefonu 012 480-36-29 yaxud da 055 257-27-00 Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Gulnar Quliyeva
2013-08-18
Salam. Men sizin testlerinizi iwlyirdim. Bele ki, hafize ve yaddawiniz necedir? testini iwledim ve netice bele oldu ki,yaddawim cox gucludur. bu musbet cehetim imiw. Amma bunun pis yanida var imiw. Bele ki, bu menim gergin olmagima sebeb olurmuw. Heqiqetene beledi. Cox gergin oluram gun erzinde. Hetta kicik bir weye reaksiya vere bilirem yani tez eseblewib ozumden cixiram. Amma bu iki il erzinde men universitete hazirlawacagam bunun ucun gerginliyimi atmaliyam ne tovsuye edersiniz
Cavab: Salam Gülnar xanım Birmənalı olaraq dərslərə köklənməyinizi tövsiyə edərdik. Bu Sizə ətrafda baş verənlərə qarşı biganə olmağınıza səbəb olacaq. Əks təqdirdə kənar hadisələr Sizin oxuma prosesinizə mənfi təsir göstərəcək. Uğurlar.Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Sebnem.
2013-08-18
Xmmm..cox sagolun.Anladim.Diqqetiniz ucun tesekkurler.
Cavab: Sizdə Allaha əmanət olun, Şəbnəm xanım. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Sebnem.
2013-08-18
Salam..Hekim.Menim problemim beledi.Tez-tez qorxuram.Geceler yuxunan ayiliram.Intuisiyam cox gucludu,cox seyleri hiss eliyirem.Ve artig aglima nelerse geldiyinde onlarin heqiqet olduguna inaniram.Tez esebilesirem,hissiyatimnan qorxmaga basliyiram.Bezen sebebsiz agliyiram.Aglima gelenler olmaga basliyir ve supeler icerisindeyem heran.Butun ve s.problemler meni zeifledir.Fikrimi cemliye bilmirem.Her zaman neyise dusunurem.Sizce men ne etmeliyem.?
Cavab: Salam Şəbnəm xanım. Öncə psixoloji müayinə olunmağınızı tövsiyə edərdim. Ondan sonra konkret diaqnoz və müalicə prosesi ala bilərsiniz. .Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Ayshen
2013-08-17
Sualimi cavablandirdiginiz ucun minnetdaram.Men onu sevmirem.Heyata baxiwlarimiz muxtelif prizmalardandir.Oturub sohbet edende cox weyde fikirlerimiz uygun gelmir,men bunu ona hiss etdirmesem de,icimde sarsiliram.Men ali savadliyam,islemeye,evden tek cixmaga qoymur,uwagimin evde bagri catlasa bele heyete dusub onu sakitlewdirmeye qoymur.Men de esebiyem amma icime vururam.O ise evi sindirib dagidir.O bir binalarda qalan camaat da ewidir sesini.men isteyirem o ailesine vaxt serf etsin,o ise cayxanalarda,colde-bayirda vaxt oldurur.Biz de ana-bala curuyuruk evde.Qaynanali yerde qaliram ozu de.Problemim bir deyil yeni.Butun bunlarin muqabilinde menden sevgi,diqqet,hormet teleb edir.Ona nifret edirem ve sevgi gostermirem.O da bundan wikayetcidir.Bu pisliklerin icinde men onu nece sevim axi?Bele veziyyetde bosanmagimizi uygun gorursuz?Mene ne meslehet ederdiniz?Evvelceden minnetdaram.
Cavab: Salam Ayşən xanım. Qərar Sizindi. İstəməzdik bizim münasibəti əsas götürüb boşanasınız. Ailəni bir araya gətirmək istiqamətində çaba göstərsəniz pis olmazdı. Boşanma qərarını isə ata ailənizlə bir yerdə verə bilərsiniz. .Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Ayan
2013-08-16
Hekim,cox sagolun meslehetinize gore.Amma mene ele gelir ki,meni evvelki kimi sevmir.Hem her defe ele demeyinden,hem de artiq hiss etmirem sevgisini.Men zng etmesem o etmir.Onsuz da tez-tez goruwe bilmirik,uzaqda oluruq.Elaqemiz ancaq tel-ledir.Zng de elemir,sms de yazmir.Sonra da deyir darixmiwam.Bax,men hardan bilim ki,darixib?Deyir iwim var,vaxtim yoxdur.hec ne demirem.Diger terefden de etrafdakilar deyir ki,seven ogul harda olsa vaxt tapar.Ozlerine bildirmesem de gorurem ki,hardasa heqiqet de var.Incisemde herweyi problem etmek istemirem.belke ona deyim bunlari?amma qorxuram meni sehv bawa duwer.Nece edim ki,meni sevib-sevmediyini bilim?anlasin ki,bu hemiwe davam ede bilmez.Bir gun olmaya da bilerem,qiymetimi bilsin.Ne edim men?
Cavab: Salam Ayan xanım Yaşadığınız narahatçılığı qarşı tərəflə paylaşın. Düşünürəm bu münasibətlərinizə müsbət təsir göstərəcək.Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
rehimli humay
2013-08-16
mənim həyat yolldaşımla tez tez mübahiselerim olur.Hər şeye qısqanıram Mənə xəyyanətin görməmişəm ,amma qorxuram ki,nə vaxtsa eder mən nece əmin olum ki,məni sevir və mənə xəyanət etməz
Cavab: Salam Humay xanım. Bu xarakterinizdən irəli gələn bir problemdi. Yaxşı olardı ki, bunu həll edəsiniz. Böyük ehtimalla bunun kökündə uşaqlıqda almış olduğunuz psixoloji travmalar dayanır. Onu bu gün həyat yoldaşınızla münasibətə yansıdırsınız. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
shebnem83
2013-08-16
mene komek edin. adresinizi yazin. stress kechirmishem. mene yol gosterin.
Cavab: Salam Şəbnəm xanım 012 480-36-29 yaxud da 055 257-27-00 telefon nömrələri ilə əlaqə saxlayın, Sizə ünvan haqqında məlumat verəcəklər. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
shebnem83
2013-08-15
Salam. Mən adam yanında telefonla danişa bilmirəm. Mən nə edim.Kimsə məni şantaj edəndə ona inaniram. Mən nə edim. psixoloq Elnur bəy.
Cavab: Salam Şəbnəm xanım Özgüvən hhissinizin aşağı olma səbəbindən bu hal baş verir. Bunu aradan qaldırmaq lazımdı. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Ayan
2013-08-15
Salam aleykum hekim.Xahiw edirem mene komek edin.Men biraz kok xanimam.Sevgilim de mene demiwdi ki,biraz ariqla.ele her zng edende soruwur.Menim de eseblerime toxunur,amma hec ne demirdim.Cox eseblewirdim hardasa ariq qiz gorende.Aglima nese bawqa wey gelirdi.Isteyirdim ikiye bolum o qizlari yeni o derecede.Halbuki hec kimi tanimiram.Men de isteyirem ariqlamaq.Ne qeder eziyyet cekirem gorurem hele 1kq gucle ariqlamiwam.idmanla da mewgul oldum,sadece medeme,qarnima guc duwdu.Sonra xestelendim.Onun da xeberi yoxdur hec.Axirinci defe soruwanda dedim ki,ele niye deyirsen?beyenmirsen meni?deyir xetrine deyir?zarafat edirem.Dedim ki,menimle bele zarafat eleme.Ele hemiwe men anlayiwli olmaliyam?sakitem deye bele eleyir.Neyleyim men?
Cavab: Salam Ayan xanım ÇAlışın qarşı tərəfin dediklərini aqressiya kimi qəbul etməyin. Çünki, belə olduğu təqdirdə Siz problem daha da dərinləşir. Dolayısı ilə əsəbiləşəndə Siz daha çox yemək istəyəcksiniz. Arıqlamağı əgər qarşı tərəf problem edirsə öncə psixoloji durumunuz sağlam olmalıdı. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Adınız 
Sualınız 
1234567891011121314151617181920
2122232425262728293031323334353637383940
4142434445464748495051525354555657585960
6162636465666768697071727374757677787980
81828384858687888990919293949596979899100
101102103104105106107108109110111112113114115116117118119120
121122123124125126127128129130131132133134135136137138139140
141142143144145146147148149150151152153154155156157158159160
161162163164165166167168169170171172173174175176177178179180
181182183184185186187188189190191192193194195196197198199200
201202203204205206207208209210211212213214215216217218219220
221222223224225226227228229230231232233234235236237238239240
241242243244245246247248249250251252253254255256257258259260
261262263264265266267268269270271272273274275276277278279280
281282283284285286287288289290291292293294295296297298299300
301302303304305306307308309310311312313314315316317318319320
321322323324325326327328329330331332333334335336337338339340
341342343344345346347348349350351352353354355356357358359360
361362363364365366367368369370371372373374375376377378379380
381382383384385386387388389390391392393394395396397398399400
401402403404405406407408409410411412413414415416417418419420
421422423424425426427428429430431432433434435436437438439440
441442443444445446447448449450451452453454455456457458459460
461462463464465466467468469470471472473

LOGİN

 Email
 Parol
Qeydiyyat