Sual Cavab

Salam
2013-07-31
Elnur bey cox sagolun cavab verdiyiniz ucun cox yaxsi olardi menim ucun de bu ama inanin ki bu mumkun deyil ne yoldasim ne qaynanam buna hecvaxt razi olmazlar.Men hec aile qurannan atamin evinde 1defe qalamisam oda berk xeste oldugum ucun.Menim orda 1gun bele qalmagima icaze vermezler qalsin ki usaq dunyaya gelene kimi.Buna nece razi sala bilerem onlari mumkun deyil.Bax bele cixilmaz bir veziyyetde qalmisam.Men hedinnen artiq cox stress eseb kecirirem cox uzulurem qorxuram usaga nese olar.Ama onlar hec bundan qorxmurlar.
Cavab: Salam. Uşağın hansısa psixoloji travma ala biləcəyindən dolayı Sizə hamiləlik dönəmini valideynlərinizin yanında keçirməyi tövsiyə etdim. Əgr bu alınmazsa o zaman maksimum bu aralar stress və bu kimi neqativ hallardan qorumağa çalışın. Bu haqda həyat yoldaşınızla söhbət edin. Çalışın onu günahkarlıq hissi ilə yükləyin. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Salam
2013-07-30
Elnur bey verdiyiniz mail adresine hec cure gondere bilmediyimnen mecburen bura yazdim istemirdim bura yazmaq.Cunki utaniram istemirem aile prablemimi hami gorsun.Size 1defede basqa saytda da yazmisdim.Men 9 aydiki aileliyem ama cox cetin veziyyetdem.Ailem yoldasim cox deyisib evvelki adam deyil,menimle tam basqaolub.Ustelik qaynanamda menimle yaxsi deyil ele bil meni incitmeye meni basqalarinin yaninda pert elemeye furset axtarir.Meni cox incidirler.Ozumde hamleyem hetta bir defe eseblesdim cox usagi itirmek tehlukem oldu.Doze bilmirem hergunum eziyyetdi ezabdi.Cox agir veziyyetdeyem inanin,ayrilmaqdi fikrim ama ailemi fikirlesirem qardasim var onnan qorxuram ki nese eliyer cavandi goture bilmez ama ozumde olurem.Yoldasimnan danisanda meni vurmagnan doymeynen qorxudur qururum sinib doze bilmirem.Cox pisem Xahis edirem mene bir sey deyin bir meslehet verin.Men neyniyim cixilmaz veziyyetdeyem.
Cavab: Salam Siz yaxşı olardı ki, bir müddət atanız evinə gedərdiniz. Bu uşaqğın sağlam dünyaya gəlməsinə səbəb olacaq. Uşaq dünyaya gələndən sonta isə yoldaşınızın, eləcədə qaynananın Sizə qarşı münasibəti dəyişəcək. Daha çox bətninizdəki uşağı düşünün. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
ayka
2013-07-30
salam.men 2ay olarki bir oglanla taniw olmusam.o menim ucun ideal biridi.arzularimdaki insandi hem gorunuw hem xasiyet cehetden.ama bizi basqa birisi taniw edib hemde dost kimi.men onunla daniwdiqda ozumu cox xowbext hiss edirem hemise onun yanimda olmasini isteyirem.ancaq onun mene dost gozuyle baxmasi ve basqa cur olmasini istememesi meni cox uzur.onun meni sevmesini cox isteyirem ve neyleyeceyimi bilmirem
Cavab: Salam Ayka Sevgi zorla olmur. Hazırda Siz qarşı tərəf aşiq olma mərhələsindəsiniz. Çalışın yanlışlığa yol verməyəsiniz. Bir müddət sonra Siz qarşı tərəfi bitkin bir formada "görə" bilərsiniz. Ona görə də qərar verməyə tələsməyin. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Salam
2013-07-30
Elnur bey menim aile heyatimda cox ciddi prablemlerim var.Bunlari burda paylasmaq istemirem,eger mumkunse mail adresinizi yazasiz men orda yazim size.Sizin calisdiginiz merkezle elaqede saxlamisam ama ora gelmeyede imkanim yoxdu evden cixa bilmirem cunki.Xais edirem eger siz ede bilmezsinize meslehet gorduyunuz mail adresi ile danisa bileceyim basqa birine yonlendiresiz.Siz olsaz daha yaxsi olar.
Cavab: Salam mail adresim elnur013#yahoo.com Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Saida Aliyeva
2013-07-30
Salam Elnur muelim. Meni bir turk isteyir.fikri ciddidi.Sadece menim ishim koryeram burdadi onunda orda..nece edek bilmirik..bu mene psixoloji tesir edir dushunmekden. bir yol tapmag isteyirem ama cixish yolu tapa bilmirik..cavablandiracagniz ucun evelceden size tshk bildirirem.
Cavab: Salam Saida xanım Məsafəli sevgilərdə çox zaman reallıq dəyərləndirilmir. Bu səbəbdən də bəlli bir müddət sonra problemlər yaşanır. Hər kəs qarşı tərəf haqqında ideal düşünür. Ona görə də ilk baxışdan problem o qədər də aktual olmur. Ona görə də Sizə tövsiyə edərdik ki, bunu detallı araşdırıb qərar verəsiniz. Buraya qarşı tərəfin psixoloji portretinin nəzərə alınması vacib məqamdı. Siz bunu bir psixoloqla da görüşüb dütallı analiz apara bilərsiniz. hazırda isə əgər hiss edirsinizsə qarşı tərəf fikirləşmək istiqamətində psixoloji basqı edir, məsafə saxlayın. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
aytekin
2013-07-29
Salam hekim.meslehetiniz ucun cox sag olun.bilirsiz o istirahet merkezinde isleyir.buna gore men cox qisqanc olmusam.meni ora devet etdi istirahete qohumlar ile birge.men diqqeti cox sevirem.ondan istediyim diqqeti gormediyim ucun hemise kefim pozulur.buda onu eseblesdirir.mene deyirki \"sen meni gorende hemise qasqabaqli olursan\"mende onu basa sala bilmiremki men senden ureyimdeki diqqeti gormediyim ucun bele oluram.bir defede olsa menle nisanli kimi 2 likde gezmedi.deyir men burda admistratiram,deyerlerki nisanlisiyla gezir.nebilim hekim.cox isteyirem hami kimi cemiyyet icinde menle yaxin kimi munasibet gostersin.sekil cekdirende mehriban olsun.bilirem meni cox sevir,ancaq bele xasiyyetlerin basa dusmurem.arada fikirlesiremki goresen menden basqa heyatinda biri olsa ona qarsida bele olar?yoxsa yalniz menim yanimda ozunu yaxin kimi gostere bilmir? Sizce necedi?Ancaq teklikde olanda cox mehriban olur diqqetcil olur,cemiyyet icinde yad olur.men necede bilerem?bilmirem .inaninki eseblerim cox pozulub.
Cavab: Salam Aytekin xanım Bir qədər anlayışlı olun. Onun həmin müəssisədə statusu var. Ona görə də davranmağa müəyyən dərəcədə məcburdu. Bunu mübahisələndirməyin. Önəmli olan onun Sizinlə ikilikdə olanda göstərdiyi münasibətdi. Diqqətinizi münasibətdə bu istiqamətə yönləndirin. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
aytekin
2013-07-29
Salam.menim nisanlim mene oz bibisi oglu onun xanimi yaninda el qaldirdi.adi sebebden cox cixmisdi ozunden.ozumu cox pis etdim.sonra tez gelib uzr istemeye calisdi pesman olmusdu.ancaq men cox pis olmusam.bagislasamda yadima tez tez dusur.ozumu onlarin yaninda alcalmis hiss edirem.mene bir meslehet verin xahis edirem.
Cavab: Salam Aytekin xanım Çalışın Bunu unudun. Bunun üçün Sizdə asosiassiyanız dəyişməlidi. Çalışın Qeyde etdiyiniz adamlarla bərabər bir də xoş vaxt keçirin ki, bu asosiassiya dəyişsin. Buna cəhd etsəniz problem də aradan qalxacaq. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
lale
2013-07-29
salam elnur bəy.Mən özümü xöşbəxt hiss etmirəm.Bilmirəm ə eim?Bir oğlanı çox sevirəm ama ayrılmışıq darıxıram indi.Onu geri qaytarmaq istəsəmdə alınmır.Nə etsəm yaxşı olar?
Cavab: Salam Lalə xanım Ondan qurtulsanız xoşbəxt olarsınız. Əmin olun. Onu düşünmək belə rahatlığınızı pozursa o zaman unudun. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
aynur ismayilova
2013-07-27
menim gizimin 9 yawi var.o meni cox pis giskanir oz atasina.men bilmirem ne edim?
Cavab: Salam Aynur xanım Siz yaxşı olardı ki, sualı www.narinc.az saytına ünvanlayardınız. Yaxud da 012 480-40-16, 055 254-27-00 telefon nömrələri ilə əlaqə saxlayın, Sizə ətraflı məlumat verəcəklər. Allaha övladınızı hifz etsin. Amin Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
aygun
2013-07-27
salam elnur bey men yoldasimnan 2 aydir ayrilmisam mene bir insan evlilik teklifi edir ama deyirki onun ailesi bilmesin menim aileli oldugumu biz terefdende heckim onlara demesin yalniz ozu bilsin sizce men ned edim mene biryol gosterin ayib olar onun fikriynnenrazilassaq sagolun cvbinizi gozleyirem
Cavab: Salam Aygün xanım Bir-birinizə zaman tanıyın. Tələsik qərar verməyin. Ola bilər Sizin birdaha ailə qura bilməyərəm fikriniz yanlış qərar verməyə səbəb olsun. Ona grə də tələsməməyi tövsiyə edərdim. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
,,???
2013-07-27
salam.men ozume cox qapali biriye/m.ve etrafdaki insanlardan bezirem.ama cox vaxta etrafdaki sevdiklerimi itirmek qorxusu ile yawayiram...ozumu qeribe bezende anormal hiss edirem...bilmirem nedense heyata yawama.nifret edirem.fikirlerimi toplayib hecne haqda duwune bilmirem...
Cavab: Salam Bu depressiyanın əlamətləri ola bilər. Yaxşı olardı ki, depressiya testini keçib bunu dəqiqləşdirərdiniz. Bu hal müşahidə olunarsa, müalicə almağınız vacibdi. Gələcəkdə böyük problemlər yaratmasın deyə. .Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
salam
2013-07-27
4 ildi evliyem, erim eve tez tez ickili gelir..cox esebi olmuwam, gece diwlerimi qicayiram...mene ne meslehet gorerdiz?
Cavab: Salam YAxşı olardı ki, həyat yoldaşınızı müayinə və müalicəyə dəvət edərdiniz. Gələcəkdə böyük fəsadlar olmasın deyə. .Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Nargile
2013-07-27
salam hekim.Sizden xahis edirem men tez cavab yazin..men cox narahatam ureyim tez tez doyunur ele bilirem ureyim dayanacaq,bir yerde dayana bilmirem ehval-ruhiyyem asagi olur,danismaq istemirem,uzun muddetdi men bele oluram,beynime pis pis fikirler dusur,hec yere getmek istemirem,ele bil mexaniki is gorurem..Pis xeber esidende onu yaddan cixara bilmirem mene aidiyati olmuyan insan haqqinda da olsa bele,bu meni hem narahat edir hemde her seyden bezdirir,meselen toya gedirem ele bil narahat oluram ele bil beynim gerginlesir hamida deyir sene ne olub bir tehersen ondan sonra cox xecalet cekirem goren mene ne olub deye. yasim 42-di..evvelceden size derin minnatarligimi bildirirem
Cavab: Salam Nargilə xanım Qeydb etdiyiniz narahatçılıq psixologiyada panik atak adlanır. Müalicəsi var. Dərman müdaxiləsi və psixoloji konsultasiya vacibdi. Mərkəzlə əlaqə saxlayın, Sizə müayinə və müalicə üçün zaman təyin edərlər. Əlaqə telefonu 012 480-36-29 yaxud da 055 257-27-00 .Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
aysu_aliyeva
2013-07-26
mən oğlanlardan nifrət etmək istəyirəm. mənə yol göstərin
Cavab: Salam Aysu xanım Siz yaxşı olardı ki, nifrət etmə səbəbini aradan qaldırasınız. Qeyd etdiyiniz hal Sizə həyatda heçnə qazandırmaz. Çalışın ümumiləşdirmə aparmayın. 1-2 nəfərə görə bütün oğlanlara nifrət etmək olmaz.Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
zulfiyye
2013-07-25
salam elnur bey yoldasimnan problemlrimolanda anamgile tez zeng edirki gelin qizinizi aparin anamgilde gelende deyirki hara gedirsen mennen dalasir doyur meni men ne etmeliyem bele hallarda davamizinda sebebi ozudur mene deyirki qardasinnan ne danisirsan atannan ne danisirsan aglina basqa pis pis fikirler getirir inanain daha bezmisem menim ailemde ziyali adamlardi yaziqlar cixilmaz veziyyetde qaliblar her gun meni pis pis yoxlayir elim harasa deyib goyerenkimi tez deyirki neyulemisenki bele olub daha gucum qalmayib men ne edim
Cavab: Salam Zülfiyyə xanım Qeyd etdiyiniz hal paranoid şəxsiyyət tipində rast gəlinir. Belə ki, onlar hər şeyə şübhə ilə yanaşır, onlara qarşı hansısa xəyanətlər edilə biləcəyindən ehtiyat edirlər. Şübhəsiz ki, bunun bir əsası olmur. Bunun səbəbi həm genetik ola bilər, həm də sonradan qazanılan psixoloji travmadan. Psixoloji travmaya isə böyüdüyü mühit, ailədaxili konfliktlər təsir edir. Bütün haııarda yoldaşınızın psixoloji müayinə və müalicə alması vacibdi.Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
sevinc
2013-07-25
salam elnur bey yoldasim en adi meseleni problem edib mennen dalasir ailesi ne dese ona ianir bacilari meni teqhir edir dalasir 2 gun sonra barisir menimde cox pisime gelir yoldasimin yaninda mene teqhir edirler yoldasim onlarin ustunnen gelir bilmirem neyleyem bezmisemda mene bir yol gosterin
Cavab: Salam Sevinc xanım Dözə bilərsinizsə bir qədər səbirli olun. Bu müddət ərzində çalışın həyat yoldaşınızla münasibəti tənzimləyin. Bəlli zamandan sonra sonra bərabər bu problemləri arxada qoyacaqsınız. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
shebnem83
2013-07-25
men çox esbileşirəm mən kömək edin. mən pis iş elemişəm nə ede bilərəm
Cavab: Salam Qeyd etdiyinizə əsasən yalnız onu deyə bilərik, bir qədər dincəlin. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
aysu
2013-07-25
elnur bey salam eger yoldasim gelib uzr istemese ayrilmaq daha meqsede utgundur?yoxsa barismaq sizce nece etsem daha yaxsi olar cox sagolunki oxudunuz meni cvblandirisiniz ALLAH sizden razi olsun
Cavab: Bir qədər də səbirli olsanız gəlib üzr istəyəcək. Ən azından atanız ondan yaşca böyükdü. Burada qürurundan da keçə bilər. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Aynura
2013-07-25
Salam. Menim bir refiqem var evlidir. ama mene bedbext oldugunu deyir. sebebi ise Heyat yoldawi onunla Cinsi yaxinlig etmemesidir. Refiqemin 24 Yoldasinin ise 36 yasi var. ne qeder yaxinlig etmek istesem de gah yorgunam deyir gah da agriyiram deyir. ayda bir defe yadina dusur ya dusmur. Refiqem de buna gore yoldasindan ayrilmagi dusunur. 2 usagi da var. ne qeder desem de fikri qetidir. ailesinin dagilmasini da istemirem. (ailede basqa bir prablem yoxdur. yoldasi cox gozel xasiyete malik biridir. hem de dindardir xeyanet edene oxsamir) refiqem ne etmelidir. bu barede mene bir fikir bildirin ailesini ehtirasa gore dagitmasi meni narahat edri. indiden sag olun
Cavab: Salam Aynura xanım Öncə rəfiqənizə göstərdiyiniz bucür qayğıya görə təşəkkür edirəm. Onu qeyd etmək lazımdı ki, rəfiqənizin düşüncəsi hazırda həyat yoldaşının gözəl xüsusiyyətlərinə deyil, cinsəlliyə yönəlib. Bu səbəbdən də bunu aradan qaldırmaq üçün istənilən alternativlərə hazır kimi görünür. Bu isə gələcəkdə böyük problemlərə yol aça bilər. Öncə burada dəqiqləşdirilməsi lazım olan çoxlu məqam var ki, onlara aydınlıq gətilirilməlidir. Ola bilər ki, hansısa narahatlıqdan dolayı bu hal həyat yoldaşında baş verib. Yaxşı olardı ki, rəfiqəniz qərar verməmişdən öncə psixoloqla əyani görüşsün bir çox məqamlara mütəxəssislə birgə nəzər yetirsin. Ondan sonra qərarı verə bilər. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
E....R anonim
2013-07-24
Salam. xahis edirem prableme komek edin. menim atam evel icki aludesi olub. bu ay hekim sayesinde tergiyib. ama esebleri tam korlanib. kontroldan cixib bize deyir sizden nifret edirem (bunu psixoloji olaraq qebul edirik) esas mesele odurki deyir ya ozumu oldurecem yada sizi. inanin cixilmaz durumdayig. ne edeceyimizi bilmirik. sebebsiz yere dava salir. anamizi tek qoymaga da qorxurug nese eder. bize bir cixiw yolu gosterin. xahiw edirik etrafli izah edin
Cavab: Salam Öncə onu qeyd edim ki, problem psixolojidi. Bir müddət atanız əsəbi, aqressiv olacaq. Bur müddət belə davam edər. Siz yaxşı olardı ki, ona anlayış göstərəsiniz. Birdə yaxşı olardı ki, onun diqqətini dinə yönləndirəsiniz. Bu şox faydalı olacaq. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
salam
2013-07-24
xahiw mene komek edin.sevglim menle qabaqki kimi hereket etmir,ne diyirem soyuq yanawir.ailelermiz arasindada razlawma olubdu.amma bu axir vaxtlar sanki heminki oglan deyil.bu ne mena verir??????
Cavab: Salam Uyğun bir zamanda onunla nə baş verdiyi ilə bağlı söhbət edin. Bəlkə onu naraht edən nələrsə var. Hansı ki, bunu Sizə söyləyə bilmir. Ona bunu Sizə söyləməyə şərait yaradın. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
elnur beye
2013-07-24
salam elnur bey men bir nece defe yazmisam size sizde cox sagolun cvblandirdiniz yoldasim zengetmisdi dediki valdeyinleri at gelim seni goturum mend ededimki gel atamnan uzr iste oda qebul etmedi mende dedimki bosanacam gelmesen oda dediki ozun bilersen sabah erizemi verecem sizce duzgun etmisem yoxsa onun dediyi ile razilasmaliydim cvbinizi gozleyirem sagolun aysu
Cavab: Salam Çalışın valideynlərinizlə onun münasibəti bərpa olunsun, ondan sonra barışın. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
leman
2013-07-23
salam men heyatimda olan insani sevdiyimi nece bile bilerem?mene cox insan seni sevirem deyib amma kimese inanib onunla elaqe qyra bilmirem inamim yoxdu ele bilirem men ona he dedikden sora her wey bitecek
Cavab: Salam Ləman xanım.Səbəbsiz darıxdığınızı görəndə onu sevdiyinizi hiss edərsiniz.
elnur beye
2013-07-23
salam bagiwlayin yene narahat edirem onlara deyiremki gelsinleruzr istesinler ama hec ele bil meni tanimirlar yoldawimnandaki xeber yoxdur hele atasi gelib deyibki ogluma qiz yoxdur sizce neyliyim ne vaxta kimi gozleyim yoxsa ayrilim hecne de etmemiwem desemki nese hormetsizliyim olub inanin onuda etmemiwem atam meni gozleyirki erizemi verem men ne edim getmiwdim evime ki paltarlarimi goturem getdimki paltarlarim yoxdur yoldawimda ne qeder senedler var aparib ozunnen cvbinizi gozleyirem
Cavab: Biraz da səbirli olun, yoldaşınızın atacağı addımı gözləyin. Çünki, sənədləri də özü ilə aparıb. Ona görə də gözləmək daha yaxşı olardı.Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
elnur beye
2013-07-22
salam elnur bey cox xahiw edirem mene bir yol gosterin men2 ildirki aileliyem yoldawimla cox mubahisemiz olub biz bir birimizi cox sevib aile qurmuwduqheckim razi deyildi meni onlara vere ama valdeyinlerim ewitdi meni ve razi oldular onun bir bowanmiw bacisi var yoldawimin onun bowanmaginda nese sebebi olub hemiwe deyibki menim ailemi sen dagitmisan seninde ailen olmayacaq evdede hami onu ewidir anasi atasi bir defe olsun heckim agzina vurmurki gelinnen iwin yoxdur anasi dada meni gunahkar cixardir yoldawim mene yemek cekende nese bir mehriban soz deyende nevaziw gosterende tezz ozlerini gosterirler yoldawimi qiziwdirirlar yoldawim1 il menim ustumnnen geldiama sonra anasi nece ele aldisa da onlarin sozune inanir mende nese dyendeki mene bele edirler inanmir anasi qoymur mene inana mende 1 defe olsun hormetsizlik etmemiwem yatana kimi iwleyirem ozumede vaxtb ayira bilmirem xeste olanda 1efe meni hekime aparmayiblar hAMIsini anan edib indide yoldawimi qiziwdirirlarki anasigilnen elaqesini kessin guya anam meni bowatdirmaq isteyir anamda hec qariwmir hele mene deyirdiki bala doz otur onlar haqqinda mene nese demirdi axirinci defe yoldawim meni doyduki anannan elaqeni uz mende dedimki niye anam menim heyatimdir anamin ne pisliyini gormusen anamda ona o qeder hormet edirki siqaret puliuna kimi verirdi ama xeyri yoxdu atama dedimki meni gelsin gotursun atamin yaninda meni doydu atam araya girende atamida doydu men geldim bir defe olsunki onlardan heckim uzr xahliga gelmedi hele bizi bowlu cixarttilar bilmirem ne edem mene bir yol gosterin atama hele etdiyi ucun cox pis olmuwam hami deyir bowan 15 gundurki mennen maraqlanmirki neyleyirem ozude gizlenib haradasa atamda polise veribki qardawimin elinnen qan cixmasin mene bir yol godterin ne meslehet gorursunuz bele hadiselerde.men ne edim cvbinizi gozleyirem alimsiniz insanlari taniyirsiniz mene bir yol gosterin
Cavab: Salam Xanım Situasiya kifayət qədər dolaşıqdı. Ortada atanıza qarşı da hörmətsizlik var. Bir qədər səbirli olun. Qarşı tərəf fikirləşsin. Bəlkə birmənalı Sizə döndü. Yox əgər bu baş verməzsə düşünürəm boşanmanız yaxşı olardı. Çünki ortada bütün körpülər qırılıb. Döyülmə adi hala çevrilə bilər. Əgər qaaq Sizə əl qaldırarkən valideynlərinizi şüuraltı da olsa düşünürdüsə bu o onların özünə belə əl qaldırıb. Yəni o baryeri də keçib. Ona görə də gəlib üzr istəməsə ayrılmağınız məqsədəuyğundu. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
shams
2013-07-22
Salam doktor menim 22 yasimvar boy 160 ceki 66 di istediyimi elde etmedikde sixiliram hemise neilese mesqul olmaq isteyirem bos dura bilmirem islemek istirem lakin butun gun evdeyem kiminlede tanis olsam yola getmirem kime yaxsiliq ediremse uzaq durur mene men ne edim oz dunyami isiqlandirmaqcun ne edim?onceden twkrler
Cavab: Salam Şəms Öncə Sizin həyata baxış tərzinin dəyişməlidi. Ondan sonra Sizin ətrafa münasibətiniz də dəyişəcək. Komplekslər də Sizin ətrafa münasibətinizə öz mənfi təsirini göstərir. (Boyunuzu və çəkinizi xüsusi qeyd etdiyiniz üçün deyirəm) Siz yaxşı olardı ki, bütün bunlara həll etmək, həyatınızı normal şəkildə davam etdirmək üçün psixoloqla əyani görüşərdiniz. Bu Sizə problemi tez bir zamanda həll etməkdə böyük yardımçı olacaq. Mərkəzlə əlaqə saxlayın, Sizə psixoloqla görüşmək üçüçn zaman təyin edərlər. Əlaqə telefonu 012 480-36-29 yaxud da 055 257-27-00 Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Adınız 
Sualınız 
1234567891011121314151617181920
2122232425262728293031323334353637383940
4142434445464748495051525354555657585960
6162636465666768697071727374757677787980
81828384858687888990919293949596979899100
101102103104105106107108109110111112113114115116117118119120
121122123124125126127128129130131132133134135136137138139140
141142143144145146147148149150151152153154155156157158159160
161162163164165166167168169170171172173174175176177178179180
181182183184185186187188189190191192193194195196197198199200
201202203204205206207208209210211212213214215216217218219220
221222223224225226227228229230231232233234235236237238239240
241242243244245246247248249250251252253254255256257258259260
261262263264265266267268269270271272273274275276277278279280
281282283284285286287288289290291292293294295296297298299300
301302303304305306307308309310311312313314315316317318319320
321322323324325326327328329330331332333334335336337338339340
341342343344345346347348349350351352353354355356357358359360
361362363364365366367368369370371372373374375376377378379380
381382383384385386387388389390391392393394395396397398399400
401402403404405406407408409410411412413414415416417418419420
421422423424425426427428429430431432433434435436437438439440
441442443444445446447448449450451452453454455456457458459460
461462463464465466467468469470471472473

LOGİN

 Email
 Parol
Qeydiyyat