parvana aliyeva2013-05-04 salam men 1 oglanla 5 il bir birimizi istedik munasibetin 5-ci ili men ayrildim cunki elci gondermedi cox pis oldum cox pis martda elci cixdi basqa oglan mende gordum xsma geldi hal-hazirda xsma gelmir ama men onu istemek isteyirem yaxsi oglandi aileside yaxsidi bilmirem ne edim komek edin xahis edirem Cavab:
Salam.Bu elə bir qərardır ki bunu ancaq siz verə bilərsiniz.Siz nə istəyirsiniz? Sırf ailə qurmaq xətrinə mi ailə qurursunuz? Diqqətli olun və tələsməyin.Uğurlar PCC-nin psixoloqu Mələk Kərimova
umka2013-05-03 salam.menim 14 yasim var ve mende olum qorxusu yaranib.bu yaxinlarda olu insan gormusdum.ondan sonra bele oldum.evveler geleceye inamim guclu idi.indi ise bele deyilem.hetta birden istahim da olmur. bu yeniyetmelik dovru ve yaxud da olu gorduyume gore ola biler?xahis edirem cavablandirin.onceden tesekkurler.sag olun. Cavab:
Salam.Siz travma yaşamısınız bu da sizə çox pis təsir edib.Bu nə vaxt baş verib,siz bu hadisə də iştirak etmisiniz?PCC-nin psixoloqu Mələk Kərimova
umka2013-04-30 salammenim 14yasim var ve mende olum qorxusu var.sizce bu yeniyetmelik dovrunden ola bilermi?evveller bele deyildim .10 gun bundan qabaq masinla gederken olu gordum sonra bele oldum.bu qorxudan da bele olarmi?xahis edirem cavab yazin.tesekkurler Cavab:
Salam.Təbii ki,travma almısınız.Bu uzun müddət davam etsə təhlükəlidir.Amma yenidirsə özünüzə zaman tanıyın.PCC-nin psixoloqu Mələk Kərimova
sevda2013-04-29 Salam.Menim aile heyatimla bagli ciddi problemim var.Yoldashimin mene xeyanet etdiyini oyrendim.Peshman oldugunu soyleyir bir de etmeyeceyini deyir,meni sevdiyini deyir.Amma menim ona inamim itib artiq.1ovladimiz var onun xetrine yoldashimi bagishlamaq isteyirem,amma artiq iller kecib yene unuda bilmirem.Sizce men ne edim ki hec olmasa 1gun,1saat da olsa unudum?Hergun evde yalniz o barede sohbet edirem,hetta yuxuda da yadimdan cixmir,..evvelceden teshekkur. Cavab:
Salam.Uşağınıza həm ata,həm ana lazımdır.Yoldaşınız səhv etdiyini başa düşməyə də bilərdi. Bağışlamaq ən ali hissdir. Sizə çox çətindir bunu başa düşürəm.Amma siz bir anasınız və siz öz sağlamlığınızı,ruhi sağlamlığınızı da qorumalısınız.Siz olub bitən bir hadisəni keçmişdə qoyun və gələcəklə əlaqədar məqsədləriniz olsun.Mütləq nələrləsə məşqul olun.Uğurlar.PCC-nin psixoloqu Mələk Kərimova
Ceyla2013-04-29 Salam,menim cox savadli ve tecrubeli psixologa ehtiyacim var.Mumkunse tovsiyye etdiklerinizden deyin,telebeyem,evveller de psixoloqda olmusam sadece istenilen effekti almamisam ve etiraf edim ki,pullarimi bosuna xerceldiyime heyfislenirem.Bu psixalogiyami daha da korlayir,men guvene bileceyim ve meni sagalda bilen psixoloqa ehtiyac duyuram,xahis edirem bu movzuda mene komek edin. Cavab:
Salam.Konkret nə sizi narahat edir? Mərkəzimizlə əlaqə saxlaya bilərsiniz.PCC-nin psixoloqu Mələk Kərimova (012 480 3629)
Heqiqet2013-04-28 salam menim 12 yasim var.buna baxmayaraq bir cox problemlerim var?
1.anam mene guvenmir
2.men megitasiyaya baslamaq isteyirem amma anam deyirki gic gic seylernen mesgul olma eslinde megitasiyaya cox ehtiyacim var
3.8 yasinda bir bacim var.amma men onunla yola getmirem.O hemise ne isteyirse onuda edir.aglamasin deye valideynlerim mene deyirki onu yola ver.O meni coz bezdirir.Onu yola vermeyden bezmisem.Xahis ediremki mene komek edesiz. Cavab:
Salam.Bacın bir daha o yaşda olmayacaq. Bəlkə də o sənin diqqətini çəkmək istəyir. Onunla arada birlikdə oyna.O zaman daha yaxşı münasibətiniz olacaq və səni az incidəcək.Ana həyatında ən dəyərli varlıqdır.Ola bilər ki yaş dövrü ilə əlaqədar bu hisslərə qapılırsınız.Səbirli ol.Uğurlar PCC-nin psixoloqu Mələk Kərimova
orxan2013-04-27 salam.men heyat yoldasimi cox sevirem deli kimide qisqaniram o mene cox sadiqdir amma aciq biruze verirki ana atasini qardas bacisini menden usdun tutur atasi evine gedende evmize gelmek isdemir gunlerle orda qalir cox gec gec mene sevgisin gosderir men ne edim xahis edirem komek edin. Cavab:
Salam.Nəzərə alın ki,sevdiyiniz insanın həyatında da ailəsi, boyüdüyü mühit var.O özünü orada yaxşı hiss edir və siz onu istəyirsinizsə onun özünü yaxşı hiss etməyini də arzulamalısınız. Münasibətlərinizə aydınlıq gətirin.Açıq söhbət edin və duyğularınızı ifadə edin.PCC-nin psixoloqu Mələk Kərimova
behruz2013-04-27 salam mene maraqlidi oz ata anasini erinden usdun tutan qadini neylemek olar ?yeni ne edesenki onun ureyine giresen ? ya ayrilmaq yaxsidir? Cavab:
Salam.Valideyn hər bir insanın həyatında böyük qüvvədir.Siz öz rolunuzla valideynlerin rolunu qarışdırmayın.Siz bu qadının könlünə girmək üçün ona və onun dəyər verdiyi insanlara hormət etməlisiniz.Bu sizi daha da yaxınlaşdırar.Sizin üçün bu insan həqiqətən də dəyərlidirsə bu sizə mane olmamalıdır.Əksinə yaxşı ailə münasibəti olan qadın bunu öz ailəsində də görməyi arzulaya bilər.Diqqətinizi qayğınızı əsrgəməyin.Uğurlar PCC-nin psixoloqu Mələk Kərimova
Azade2013-04-27 salam hekim menim 36 yasim var prablemim ozumden asli olmayaraq hec neye inanmiram ozme qapaniram eseblesirem estafurullah amma allaha inanmiram gunah oldugunu bilsemde ozmu ele ala bilmirem buna gore ne meslehet gorersiz? Cavab:
Salam.Son zamanlar həyatınızda nələr olub? Bunu araşdırmaq lazımdır.Sizi nələrsə böyük ehtimal narahat edir və bu fikirlər ağlınıza gəlir.PCC-nin psixoloqu Mələk Kərimova
meri rehimova 2013-04-252013-04-26 Salam cox sevdiyim ve yardim ede bileceyine inandiqim Einur bey.Men qizimi yad birine ere vermiwem.Qaynanasi goruwmeyimizi istemir.Behanesi de odur ki guya men ona cadu edib oqlunu elinden alacamMelumat ucun deyim kimenim maddi durumum yaxwidir.Ele onlarin da.Lakin sakit durmur.Gedib gelmirem ki qizimin qulaqi dinc olsun.Duzmu edirem?Ikincisualim odur ki bele adamlari sizin elmde nece adlandirirlar ve onlarlr nece reftar etmek lazimdir.Kurekenim anasinin erefin cox zaman saxlamasa da ailesini de mudafie etmir.Bele veziyyetde men ve qizim ne edek?Bununsonu yaxwi ola bilermi?3ildir dozuruk.Coxsaq olun. Cavab:
Salam Meri xanım.
Xoş sözləriniz üçün öncə təşəkkür edirəm. Qarşı tərəf haqqında konkret nələrsə söyləmək bir qədər çətindi. Daha çox paranoid düşüncəyə bənzəyir. Bu Sizinlə bağlı deyil. Daha çox qarşı tərəfin Sizə qədər kimsələrdən gördüyü, yaxud da özünün bu işlərlə məşğul olma səbəbindən baş verə bilər. Bütün hallarda bu kimi hallar müəyyən travmatik olaylardan sonra yaranır. Hələ ki, bir addəm atmamağınız yaxşı olardı. Əks ətqdirdə müdafiə olunmağa çalışacaq. Bu da münasibətlərin pisləşməsinə, ən azından kürəkənin Sizə qarşı əks mövqedə dayanmasına səbəb ola bilər. Zamanın axaına buraxsanız yaxşı olardı.
Mhery2013-04-25 Salam. Mən sizin Azərikimya istehsalat biiriylnə işə dfczəlmək fce7fcn mfcraciət edirəm. 1991-ci ildə Sumqayıt şəhərində anadan olmuşam. Orta təhsilliyəm. 3 nf6mrəli Peşə liseyini kompyuter fczrə operator ixtisası fczrə bitirmişəm. B, C kateqoriyalı professional sfcrfccfclfck vəsiqəm var. 2009-2010-cu illərdə cəbhə bf6lgəsində Kompyuter operator vəzifəsində xidmət etmişəm. Sizdən artıq dərəcədə xahiş edirəm, məni f6z mfcəssisənizdə işlə təmin edəsiniz. Ailə vəziyyətimiz e7ox e7ətindir. Əvvəlcədən Sizə dərin minnətdarlığımı bildirirəm. Sizə mfcraciətimi şərh yerindən yazdığım fce7fcn fczr istəyirəm. Cavab:
Salam.Siz ünvanı səhv salmısınız. Bizim mərkəzimiz Psixologiya konsultasiya Mərkəzidir.PCC-nin psixoloqu Mələk Kərimova
Nigar2013-04-21 Salam.menim 16 yasim var.abituriyentem.her ay imtahanlarim olur.kifayet qeder ugur qazaniram.amma menle reqabetde olanlara qarsi cox kinliyem.onlarla eyni otaqda imtahan verdikde fikrim dagilir yaxsi netice gostere bilmirem.amma onlar olmadiqda neticem cox yaxsi olur.mennen asili olmayaraq onlara cox nifret eliyirem.onlari gormemek,tamamile yaddan cixarmaq istiyirem amma alinmir.onlara qarsi acigimi evdekilerden cixiram.duzgun hereket elemediyimi bilirem.amma basqa bir sey de elimnen gelmir.cavabinizi gozleyirem Cavab:
Siz mükəmməllik axtaran, hər zaman 1 ci olmağı arzu edən bir fikir oyatdınız məndə. Rəqabət inkişaf üçündür sadəcə.İmtahan həyatınızda olan seçimlərdən sadəcə olaraq biridir.Sizin üstün ola biləcəyiniz insanlar olduğu kimi, sizdən də üstün insanlar həmişə olacaq.Sadəcə olaraq imtahanlarda düşüncələrinizi daha yaxşı nəticə almağa çalışıram,özümü yoxlayım kimi istiqamətlərə yönləndirin.Pcc-nin psixoloqu Mələk Kərimova
Ayten Hemidova2013-04-20 Salam cox saqolun cavaba gore.Melek xanim usaq oglan uwagidir.Bu yayda dirseyi sindigindan emeliyyat kecirdi...Evin tek uwagidir.Eslinde o,nizamli intizamli uwaq idi,valideyn sozunden cixmirdi.Litseye qebul olduguna gore valideynlerinden ayri yawayir.Derslerine qarwi laqeydlik yaranib.Bir sozle oxumaga qeti meyli qalmayib....6-ci sinife qeder elaci olub.Erkoyun uwaq idi,emeliyyatdan sonra daha cox nazi ile oynadilar...Biraz da aileden uzaqdi deye bilmek olmur ki,bu kecid dovrudur yoxsa artiq xasiyyet kimi formalawir.Onunla nece davranaq ?Xahiw edirem sualima cavab yazasiniz Cavab:
Salam Aytən xanım.Bu oğlan uşaqlarının bir çoxunda müşahidə etdiyimiz haldır.Amma bu yaş dövründə ailədən uzaq olması təbii ki,ona təsir edir.Tək uşaq olması və uzaqda olması da ona olan diqqəti artırır.Çalışın danlamaq yerinə edə bildiyi işlər üzərində durun. Nəyə marağı var, nə olmaq istəyir, nələr edir buna çatmaq üçün vs.? Ana ata ilə münasibətləri, dostlarına diqqət edin.Uğurlar PCC-nin psixoloqu Mələk Kərimova
Reqsane2013-04-19 salam menim takinti yeni okb sexsiyyet bozuklugu adlanan xesteliyim var mence internetden arasdirdigim qederile cunki menim aglima pis fikirler gelir adi neden qorxuramsa hetta ozum bele onlara lee fikir soyelyiremki meselen filan sey bele olmasa filan orqanimi verecem hetta soz bele verirem adi her hansi bir ada baxanda ozume guzgude baxanda menim17 yasim var ve ozumu cox pis hiss eleyirem adi indi yazini yazanda bele aglima psi pis seyler gelir bilmirem niye bele olur dmeek olarki butun gunum aglamaqnan kecir Cavab:
Salam Rəqsanə xanım.Mütləq psixiyatristlə görüşün.Bunu çox uzadıb özünüz həll etməyə çalışmayın.PCC-nin psixoloqu Mələk Kərimova
Yusif2013-04-19 Salam.Menim boyuk qizimin 7 yashi var.Onda sanki fasilelerle bele bir donem olurki,pis sheyler dushunmeye ve demeye bashliyir.BU gunlerde yenede bashliyib ele danishmaqa ve bu biziz cox narahat eleyir.Meselen,deyir pis olduqunu bildiyim halda filan sheyi elemek yada demek istedim.Size deyimki dedikleri cox vaxt heqiqetende cox naragat eleyecek sheyler olur ve biz bilmirik ona nece reaksiya verek.Dediyimiz ancaq odurki bele sheyer fikirleshme,ancaq ozumuzde bilirikki bu meselenin helli deyil.Bu haqda sizden bir meslehet almaq isteyerdik! Cavab:
Salam Yusif bey.Bir az mənə qaranlıq qaldı bu pis dediyiniz şeyler nədir?Gizli aqresiyası ola bilər və bu zaman zaman bu şəkildə özünü göstərə bilər.Yaxşı olar ki, nələrə baxdığını, kimi nümunə ala biləcəyini diqqətlə analiz edəsiniz.Mütəxəssislə görüşmənizdə də fayda var. PCC-nin psixoloqu Mələk Kərimova (C.Cabbarlı 44,Caspian Plaza,480 36 29)
Nezrin Memmedova2013-04-19 Cavaba gore tesekkur edirem. Bes hadiseler qarsisinda reaksiyani nezaretde saxlamaq ucun ne ede bilerem? psixoloqa muraciet etmeliyem yoxsa nece? Cavab:
Salam öz duyqularınızı fərq edin, davranışlara nəzarəti gücləndirə bilərsiniz.Bunu özünüz edə bilmədikdə psixolqa müraciət edə bilərsiniz.PCC-nin psixoloqu Mələk Kərimova
Nezrin Memmedova2013-04-18 Salam. Belke siz mene komek ede bilersiz :( Menim 26 yasim var , hele de mama papa menimle yemek ustunde dava edirler. Ehvalim yaxsi olanada yemek yeyirem, pis olan kimi istahim itir. Mence mende psixolojidi. Az yemek yeyenem. Bunu duzelde bilerem mi? Cavab:
Salam.Bu çox təbiidir.Adətən bəzi insanlar əsəbi olduqlarında daha çox yeyir, bəziləri isə az yeyir.Sadəcə olaraq hadisələr qarşısında reaksiyanıza nəzarəti öyrənə bilərsiniz.Uğurlar PCC-nin psixoloqu Mələk Kərimova
Ayten Hemidova2013-04-17 Salam.Hekim menim bir yaxinim-13 yasli uşaqdir.Xasiyyətində çox dəyişikliklər var.Derslerini oxumur,valideynlerine qarsi herketlerinde deyisiklik var.Ozunden razi olub.Bu yayda bir depresiiya kecirdi.Bilmirik ki,onunla nece davranaq.Nece bir yol izləyək ki,nəticəsi yaxşı olsun. Cavab:
Salam. Depresiya keçirdi deyirsiniz.Buna necə qərar vermisiniz? Bu uşaq oğlandır, yoxsa qız? Yaş dövrü ilə bağlı belə xüsusiyyətlər uşaqlarda görülə bilər.Amma bunu aydınlaşdırmaq ancaq mütəxəssislə mümküdür. PCC-nin psixoloqu Mələk Kərimova
anonim2013-04-15 bir defe anami bir psoxoloqla gorushdurdum eslinde ama hekimin psixoloq oldugunu bilenden sonra hechne danishmadi hekime ve yazdigi dermanlarida qebul etmedi chox chresizik aam baresinde Cavab:
Salam.Əvvəlcə psixoloqla görüşdürüb onun müalicəyə ihtiyacı olduğuna inandırmaq lazımdır.Təbii ki, bunun üçün onun istəyi olsa yaxşı olar.Səbirli olun.Onu sevdiyinizi və sağlığının sizin üçün vacıb olduğunu deyin.PCC-nin psixoloqu Mələk Kərimova
anonim2013-04-15 anamda shizofreniya elametleri olaraq dediyim onu oldureceklerini fikirleshir. onu izlediyini deyir kimlerinse, evde oz ovladalrindan , heyat yoldashdan bele qorxur. yemeyin e zeher qatdigini fikirleshir. paltarlarini ele bilir ki evde kesirler qaychiyla . butun gunu agliyir. hekimede getmek istemir hech bir shekilde deyir men xeste deyilem. Cavab:
Salam.Mütləq psixiyatristə göstərin.Gecikdirməmənizdə fayda var. Mərkəzimizdə də sizə kömək edəcək həkimlərimiz var .PCC-nin Psixoloqu Mələk Kərimova
anonim2013-04-15 salam hekim menim anamda shizofreniyanin elametleri var. ama mualice olmaq istemir umumiyyetle xesteliyini qebul etmir. evde onunla nece munasibet qurmaliyiq nee mualice etmek olar ev sheraitinde? cavabiniz uchun onceden teshekkurler Cavab:
Salam.Bu diaqnozu kim qoyub?Mütləq psixiyatristlə görüşün. PCC-nin psixoloqu Mələk Kərimova
sema2013-04-13 hörmətli xanım.Bir qızı olan dul kişi ilə evlənən qadın 12 ildən sonra xəbər tutur ki, yoldaşı qızı ilə görüşür.bu zamana qədər yoldaşı bu barədə hər şeyi gizlədib. Bir şənlikdə qızı lapdan götürüb gəlibki, bu mənim qızımdır.həmin qadın bu şənlikdə çox pis vəziyyətə düşdü.Yoldaşı deyir ki, sən kimsən ki, mən səndən icazə alım.Sizcə qadın indi necə hərəkət etməlidir. Cavab:
Salam Sema xanım
Xanım bununla bağlı rəsmi orqanlara müraciət ertməklə tədbir görə bilər.
Xanim Melikova2013-04-11 Salam. Men uzun zamandir yaddas zeifliyinden eziyyet cekirem. Fikrim daginiq olur, qeydiyyat goturmesem cox seyi unuduram.Halbuki evveller yaddasim cox guclu idi her kes heyret ederdi menim diqqetime ve yaddasima ama son zamanlar cox seyi unuduram :| kecmisimi bele cox xatirlaya bilmirem sizce sebebi nedir? Cavab:
Salam Xanım
SƏbəb müxtəlif ola bilər. Öncə Sizə müayinə lazımdı. Ondan sonra isə müalicə. Mərkəzlə əlaqə saxlayın, Sizə müayinə və müalicə üçün zaman təyin edərlər. Əlaqə telefonu 012 480-36-29 yaxud da 055 257-27-00
Aygun2013-04-10 salam menim 17 yawim var. menim size cox ehtiyacim var... men cox tekem menim ele vaxtlarim olurdu ki hec neyi vecime almirdim... daniwdigim oglan var idi.. onu cox sevirdim.. biliriz onanada ayrildim... men cox semimi ve ureyi yumuwaq qizam.... m=men onana ayriliandansonra pislewdim... kopudlawdim pis oldum qeder insan olmaga bawladim onunla kecirdiyim gunler duwunub deli oluram pewman oluram men onu cox sevirdim ama o bawqalari ile daniwiwrdi... indi teze bir oglan cixixb menen cidi olmagini deyir ... o isteyir ki men ona he deyim o elci gondersiin.. amma men inananmiram.. ozume cox qapilmiwam... men neyleyim ki o gunleri yadan cixarib heyatima davam edim mene komek edin Cavab:
Salam Aygün xanım
Qarşı tərəfi tanımağa çalışın. Əgər ciddi olduğunu, eyni zamanda onunla xoşbəxt olacağınızı düşünürsünüzsə rəsmiləşdirə bilərsiniz.
Elnur Rüstəmov PCC-nin psixoloqu
gulu2013-04-09 men ozune cox qapanig insanam unsiyyet qurmagi da bacarmiram her weyi ozume derd edirem neyniye bilerem?cox fikircilem Cavab:
Salam.Bunu müəyyənləşdirmək elə həll doğru bir addımdır.Mərkəzimizlə əlaqə saxlayın.Qrup terapiyaları sizə yaxşı təsir edir.Fərdi konsultasiya almanız da məsləhətdir.PCC-nin psixoloqu Mələk Kərimova
nil2013-04-05 Hislerimnen nece emin ola bilerem?yeni ona bagliyam yoxsa onu sevirem Cavab:
Salam.Bu qərarı ancaq özünüz verə bilərsiniz. Sizi tanımadan bu haqda bir şey demək çox çətindir. PCC-nin psixoloqu Mələk Kərimova
|