Fuad M.2013-04-04 Salam. Mən harda yazılar, rəqəmlər görsəm onları özümnən asılı olmadan toplayıram. Məsələn hansısa elan görüm ordakı söz sayına baxıram, hərfləri sayıb tək ya cüt olmağna fikir verirəm. Nömrə olsa onu toplayıram cəmdə neçə olduğna baxıram tək ya cüt ədəd olduğna baxıram. Nədəndi bu? Cavab:
Salam.Bu obsessiv kompulsiv əlamətlərdir.Yaxşı olar ki,mütəxəssislə görüşəsiniz.PCC-nin psixoloqu Mələk Kərimova
elya2013-04-01 Salam.menim ehvalim tez tez deyisir.bir de ellerim sacimda olur.arada bir yoluram.buna sebeb sizce nedi? Cavab:
Salam.Daxilən bir gərginliyiniz ola bilər. Yaxşı olar ki,psixoloqla görüşəsiniz.PCC-nin psixoloqu Mələk Kərimova
havin2013-04-01 Salam.yoldasimla bir birimizi 7 il sevib evlenmisik.iki ovladimiz var artiq.uc ildi ki aile qurmusuq.basda cix maddi sixintilar yasadiq ama indi sukur her sey yaxsidi.ama aramizda soyuqluq var.evvel men subhelenmeye basladim yoxladim telefonlari ve s.qaynanamla da aramizda bir az soyuqluq var.bilmirem bu sebeblerdenmidir ya yox yoldasim mennen gunu gunden uzaqlasir..intim munasibet normaldir.ama cox aqressivdi.gunu gunden sanki deyisir..munasibetimizi evvelki tek isti elemekcun sizden meslehet isteyirem.onceden tesekkur.. Cavab:
Salam.Yaxşı olar ki,bu məsələni yoladaşınızla açıq bir şəkildə danışasınız.Onu başa düşməyə çalışın. Daxili hisslərinizə qapılıb münasibətlərinizi zədələməyin.Bərabər edəcəyiniz işlər planlaşdırın.Nələr onu aqressiv edir? Bunu aydınlaşdırmağa çalışın.Pcc-nin psixoloqu
Mələk Kərimova
SenSiz SeninLeyem2013-04-01 Salam.Mende bir problem var ve 3 ildi devam edir.hec kim sebebini bilmir.problemde odur ki,men ilde 1 defe 3-4 gun oyanmadan yatiram.oyandigim ilk gun ise geze bilmirem.sora yene her sey normal oz gaydasinda devam edir.sebebini neden ola biler?onuda qeyd edim ki,15 yasim var.pessimistem :/ heyatdan bezmisem.hec bir hekim bunun sebebini tapa bilmiyib. Cavab:
Özünüzü verdiyiniz ad maraqlıdır."Sənsiz səninləyəm".15 yaşında həyatdan bezmişəm deyirsiniz.Yaş dövrü ilə əlaqədar ola bilər.Amma yaxşı olar ki,psixoloqla görüşəsiniz.PCC-nin psixoloqu Mələk Kərimova
sabita maharramova2013-03-30 salam men evde kucede is yerinde hec kimle unsiyyet quramiram sohbet edemirem coxdandir beleyem ozmu tek hiss edrem hec kimle qaynib -qarisamiram halbuki cox istiremki hami kimi olum sohbetlere qarsim danisim ama olmer mene komek edin saq olun Cavab:
Salam. Bunun böyük ehtimal səbəbləri var.Psixoloqla görüşmənizdə fayda var.PCC-nin psixoloqu Mələk Kərimova
vuqar nezerov2013-03-28 Melek xanim men bu veziyttden uzun zamandirki eziyet cekirem demek olarki usaqliqdan..bunun hek yolunu tapir bir defelik hell etmek olarmi bunu mutexessisle? Cavab:
Salam.Əgər fiziki bir probleminiz yoxdursa,bunu həll etmək olar.Sadəcə olaraq bu qısa bir müddətdə həll edilmir.Mərkəzimizlə əlaqə saxlayın.Sizi tanımadan aydınlaşdırmaq çətindir.PCC-nin Psixoloqu Mələk Kərimova (012)4803629
elya2013-03-28 Salam,men insanlara qeti guvenmirem.yoldasim cox yaxsidi.ama nedense hemise meni aldatdgni dusunurem..bu mene de ezab verir.cox aqressivem..ne edim ki bu subhelerden qurtulum?? Cavab:
Salam.Qısqançlıq müəyyən dozada ər arvad münasibətinə yaxşı təsir edir.Amma heç bir səbəb olmadan,əssassız bu hisslərə qapılırsınızsa bu xroniki qısqançlıq halını alır.Belə davranış sizən münasibətinizi poza bilər,münasibət pozulduqca isə bu fikirlər ağlınıza daha çox gəlməyə başlayacaq. Özünüzə xoş gələn işlərlə məşğul olun,duyğularınızı yoldaşınızla da paylaşın.Özünüzü sevin.Axı bütün insanlar güvənilməz ola bilməzlər? Bu düşüncəni təkrarlayaraq özünüzü buna inandırmamağa çalışın.Uğurlar .PCC-nin psixoloqu Mələk Kərimova
khanar2013-03-27 salam. Mənim problemim ondan ibarətdir ki. Evdə ayrı cür, çoldə (işdə) ayrı cür oluram. İşdə, bayırda hami ilə nəzakətli, səbirli davranıram, amma evə gələndə anamla, bacımla kiçik bir probem üstündə mübahisə edirəm. Çox sözü, məni qıcıqlandırır.. Ona qarşı aqressiv olduğumu hiss edirəm. Ailədə münasibətlər normaldır. Sadəcə çöldə olduğum kimi ailədə ola bilmirəm..Çox aqressiv oluram evdə. Cavab:
Salam.Işiniz gərgindir? Çox vaxt işdə yaşadığınız və ifadə etmədiyiniz mənfi duyğular evdəkilərdən çıxardılır.Bu bir növ yön dəyişdirmədir.Özünüzü anlamağa nələrə əsəbləşdiyinizi analiz edin.Yaxşı olar ki sizi sakitləşdirə biləcək üsullardan istifadə edəsiniz.Məs,havaya çıxma,komediya izləmə, idman vs. Artıq bu sizə bağlıdır.PCC-nin psixoloqu Mələk Kərimova
salam2013-03-26 mən həyatda həişə haqsızlıqlarla rastlaşıram. yenə də bunu yaşadım. bir illik bir layihəyə qoşulmuşdum. 20 nəfər iştirak edirdi.ən yaxşı 10 tələbə ən axırda seçilib xarice göndəriləcəkdi 1 həftəlik. təlimlər oldu , bitdi, 10 nəfər də seçildi. amma seçilənlər arasında mən olmadım. halbuki özümü seçilənlər içində görürdüm. hamı da şoka düşmüşdü. əminəm ki mənə qarşə haqsızlıqlar ediblər. özlərinə də dedim. amma hec sübut da etmək istəmə
dilər. əsəbdən hislərimi cilovlaya bilmirəm.haqsızğa dözə bilmirəm. mənə necə davranmağı məsləhət görürsüz? Cavab:
Salam.Əgər indiki andan sonra bu işlə əlaqədar heç nə edə bilmirsinizsə əsəbləşərək də heç nəyi dəyişməyəcəksiniz.Əgər müəyyən bacarıqlarınız varsa heç vaxt ümidinizi itirməyin və özünüzü şərtləndirməyin ki,mən də alınmayacaq.Hər hadisə başqa bir hadisəyə keçiddir.Təmkinli olun və ruhi sağlamlığınızı qoruyun.Uğurlar Mələk Kərimova
2013-03-252013-03-25 salam menim 20 yawim.xorek yemek istediyim halda yemirem..her zaman kokelmek qorxusu meni narahat edir..eslinde kok deyilem amma her yemek yedikden sonra narahat oluramki kokelecem bu fikirler meni yorur nece azad olmaq olar bunan Cavab:
Salam.Yazdıqlarınız tipik anoreksiya nevrozadır.Bu tip insanlarda yazdığınız xüsusiyyətlərlə bərabər uşaqsayağı xasiyyətlər,anaya hədsiz bağlılıq da görülür.Psixoloqla görüşmənizdə fayda var.PCC-nin psixoloqu Mələk Kərimova (012)4803629
vuqar nezerov2013-03-25 salam mende tez tez heyecan bas verir ureyimde tez te qorxu hisleri olur kutle icerisinde sixiliram ve uzun zamandir mende tez tez bas gicellenme urek bulanmalar olur bilmek istiyrem heyecandan veya qorxu hislerinden bu bas vere biler?bas vere bilerse men ne etmeliyem?xais cavab yazin Cavab:
Hörmətli Vüqar Bəy yazdiqlarınızdan belə nəticəyə gəlmək olur ki, daha çox panik atak simptomlari göstərirsiniz.Bunu mütəxəssislə aydınlaşdırmaq və həll etmək olar.PCC-nin psixoloqu Mələk Kərimova
vaqif esgerov2013-03-25 men 3 4 il erzinde cox udarlar almiwam heyat mene cox sinaqlar verdi allahin komeyi ile cixdim wukur allaha wer weyim var amma ruhum aqriyir oturduqum yerde ele bilirem ki ozumnen gedecem ureyim tez tez doyunur hec neye hevesim qalmayib ne gezmeye ne dolanmaqa bir adam zeng eleyen kimi heyacanlaniram bir sozle nervilerim yerinde deyil hansi nevropatoloqa gediremse eyni dermanlari yazirlar icirem elece yatiram ayri komek elemir mene bir meslehet verin lazimdirsa gelim wexsen qebul edin meni Cavab:
Salam Vaqif bey siz çətin mərhələlərdən keçsəniz də bunun sizdə izləri qalıb.Mütəxəssislə görüşmənizdə fayda var.PCC-nin psixoloqu Mələk Kərimova (012) 4803629
Salam2013-03-24 Salam. Menim 20 yasim var. Ilk defediki birine vuruldum ve onu cox sevirem. Biz bir-iki defe danisdiq,1 defe 15 deqiqelik gorusduk. Men ona \\\"seni nece gore bilerem\\\" dedim, dedi \\\"gel qonagim ol\\\" basqa cure mumkun deyil. Bildim ki, ciddi deyil ve onu tanimaq isteyen her qiza bele deyer. Evvel onu deyismeye calisdim. Olmadi. Indi ise unutmaga calisiram. Alinmir. Depressiyadayam. Yanlis insani cox amma cox sevirem. Cavab:
Salam.Duyğularınız çox yoğundur.Bəzən qadınlar qarşıdaki insandan daha çox xəyallarında yaratdıqları obraza aşiq olurlar.Tələsməyin reallığı görün və razılaşın.PCC-nin psixoloqu Mələk Kərimova
Gunel2013-03-23 salam,sizi cox ehtiyacim var.menim bibim oglu meni istyr coxdandi menle sevgilimin arasina girir,sevgilimde onun dostudu,ozumun 18yawi var sevdiyimin ise 21.uje 5ildiki sevirik bir birimizi,ama merdim azarlar imkan vermir..bibimoglu bizde evdekilere dediler ki bele men kimi istediyimi.atam meni doydu.anam meni helede daniwdirdmir.cox bezmiwem.telefonimuda elimden aldilar,bilmirem ne edecm,ozumu oldurmey isteyirem..cox bezdim cox. bir wey meslehet edinde menen.ne edim men ozumu valiyenlerimime bagiwladim??? Cavab:
Salam Günel xanım.Yaxşı olar ki, ananızla ətraflı danışasınız.Ayrıca bu yaş dövründə bu cür hissləriniz olsa da qərar verməyə tələsməyin.Bibinizin oğluna da konkret fikrinizi deyin.Dözümlü olun.Ətrafınıza aqresiv davranmayın.Zamana buraxın.PCC-nin psixoloqu Mələk Kərimova
20-03-20132013-03-20 Salam. Xaiw edirem mene.komey edin. Cox agir seyler yawamiwam depresiyadan cixammiram İmkanim.yoxdu psixoloqada gedemmiewm.21yawim var.heps heyati yawiyiram evden hecyere qoymullar cixam ureyim dayanir evden olumude duwundum dozmeye gucum qalmir( Cavab:
Salam.Nələr yaşadığınızı anlaya bilmədim.Sizin çölə çıxmamağınıza icaze verilmir.Bunun sebebi nedir?Bir az ətraflı yazın.PCC-nin psixoloqu Mələk Kərimova
Nigar2013-03-20 Salam psixoloq. sizden bir sey sorusacaqdim. 18 yasim var ve abituriyentem. motive olmaqda cox cetinlik cekirem fikrim cox daginiqdir, dersler uzerinde fikrimi cemleye bilmirem, ruh duskunluyu yasayiram. sizce ne etmeliyem? Cavab:
Salam Nigar xanım.Dərslərə motive olmaq üçün qarşınıza məqsəd qoyun.Nə etmək istəyirsiniz?Özünüzü 5 ildən sonra harada görmək istəyirsiniz? İstədiyiniz şeyler öz arzunuzdurmu?Bu sualları fikirləşin.Uğurlar PCC-nin psixoloqu Mələk Kərimova
Ayten2013-03-15 Salam. Menim psixoloqa cox ehtiyacim var. Mene komek edin cox xahish edirem. Men heyatimda yalnish 1sehv etmishem,o derecedede boyuk olmasada ailemiz hereketime gore meni cox tenbeh ederdiler bawqa sheylerde. Meni yolda kohne tanidigim 1insan gordu ve meni shantaj elemeye bashladi, onunla uz-uze gelmemekcun her shey edirem o vaxtdan indiye cox stress kecirtmishem. Durdugum yerde ani olaraq beynim qarishir ele bil vicdanimla bacara bilmirem. Aile qurmaliyam bu yaxinlarda amma bu stressle her sheyi alt-ust edirem. Nishanlimida cox bezdirirem. Men normal insanlar kimi ola biler yene? Bezmishem bu cur yashayishdan... Cavab:
Salam Ayten xanım yazınız tam açıq deyil.Nişanlınıza bunun haqqında danışmısınız? Etdiyiniz sehv neden ibaretdir? Psixoloqa müraciet etmeniz meslehet görülür.PCC-nin psixoloqu Melek Kerimova
salam2013-03-13 nece vaxtdirki psixoloqa ehtiyacim oldugunu duwunurdum,sizden bawqa hec 1yere elim catmadi.yoldawimla 8ildi 1-1imizi taniyiriq,3ildi evliyik,1oglumuz var.wukur ciddi 1problemimiz yoxdu.ama nedense yoldawimin mene olan sevgisi meni qane etmir,mene ele gelirki menim istediyim qaygini,diqqeti o mene gostere bilmir.o soyuqqanli insandi,hisslerini daha cox emelleri ile ifade edir,ama men isterdimki dile de getirsin.duzdur,mennen otru cox wey edir,caliwir,deyiwikliyi sevir,ama bu mene bes elemir.bu haqda defelerle ozunede demiwem,ama qorxuramki onu bezdirerem.yoldawim valideynleri ile 1likde yawayiriq,onunda tesiri var belke,bilmirem.sizce mende bu fikir neden qaynaqlanir?men cox telebkar 1insanam,yoxsa yoldawim soyuqqanli biridi?niye daim naraziyam? Cavab:
Salam.Yoldaşınız sizə dəyər verməsə siz onun haqqında yəqin ki müsbət bir fikir yazmaqda çətinlik çəkərdiniz.Təbii ki,nələrinsə dəyişməyini istəyə bilərsiniz.Amma sizə məsləhətim birinci yoldaşınıza olan baxış tərzinizi dəyişin.Siz onun üçün nələr edirsiniz? Siz münasibətiniz daha yaxşı olması üçün ona dəyər verin və bunu ona hiss elətdirin.Sevginizi qoruyun.Uğurlar PCC-nin psixoloqu MƏLƏK KƏRİMOVA
salam.2013-03-13 men evliyem.ve dehwet derecede qisqancam.men ne ede bileremki qisqancligim azalsin? Cavab:
Salam.Mütləq mütəxəssislə görüşüb səbəblərini aydınlaşdırın.PCC-nin psixoloqu Mələk Kərimova
Gulsen2013-03-12 evvala salam demey olarki oz heyatimdan cox bezmiwem 17 yawim var,meslehetinize ehtiyacim var.. Cavab:
Salam.Həyatınızın ən gözəl çağında belə olmanız təbii ki üzücüdür.Buyurun mərkəzimizlə əlaqə saxlayın PCC psixoloqu Mələk Kərimova 012 480 36 29
sevda2013-03-12 salam men evliyem dehwet derecede qisqancam men ne ede bilerem ki bu qisqancliq mende azalsin? Cavab:
Salam Sevda xanım.Qısqanclığın səbəbləri çox ola bilər. Bunun üçün əsaslı bir hadisə olubmu? Sizi daha yaxından tanıyaraq bunu aydınlaşdırmaq lazımdır.Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Mələk Kərimova 012 480 36 29
salam2013-03-10 salam men oz shexi heyatimda problemler yashayiram bilmirem ne edim ozum secdiyim yolu gedim ya valideyinlerim secdiyi yeni men daha sevmek istemirem valideyinlerim deyir ozune qapanma yaxsi olacaq etrafina bax Cavab:
Salam.Sizin yazdıqlarınızdan belə başa düşdüm ki, öz sevginizdə uğursuzluq yaşamısınız.Daha sevmək istəmirəm yazmısınız.Duyğularınıza qapılıb pis olmaqdansa,qarşınizda olan secənəkləri müsbət və mənfi cəhətləri ilə müqayisə edin.Hər bir çətinliyin bir çox çıxış yolu var.Sıxıntılarınıza böyüdücü şüşə ilə baxmayın. Uğurlar PCC_nin psixoloqu MƏLƏK KƏRİMOVA
Aynura2013-03-10 Salam!evvelceden size derin minnetdarligimi bildirirem ki bele bir saytda insanlarin qaygisina qalirsiniz...siza bir sualim var.zararli vardiwi olan bir insan(qumar)var.ona hec cura komak eda bilmirik.psixoloq ona yardim eda bilar?cox masuliyyatsiz bir insandir.qumara aluda olub.adi insanlardan coxlari sohbat edib mumkun deyil.hami deyir garak ozunun iradasi ola...mumkunsa maslahat verin. Cavab:
Salam.Xoş sözləriniz üçün sağ olun.Bu davranış ona nədəsə kömək edir.Bu şəxsin neçə yaşı var,işləyirmi ailəlidir,içki və ya digər zərərli vərdişləri varmı?Təbii ki,bunları bir mütəxəssislə aydınlaşdırmaq məsləhətdir.PCC-nin psixoloqu MƏLƏK KƏRİMOVA
Konul memmedova2013-03-09 Men ailemde problemler yasayiram yoldasimla aramiz pisdi ve esas sebeb men qaynanayla bir yasamagim bulara getirib cixartdi telebeyem 1ovladim var derse gedende o baxir amma sonra men cox yorgun oluram heyatimdan sixiliram hech hara cixamiram demek olar qoymur hech kim gudurler meni qaynamin uzunude gormek istemirem nece defe cehd edib ayrilmaq istemisem valideynjm qoymur onlarda razilasib amma unimin qurtarmagini gozleyir
Er 2 il vaxt deyibler cox depresiyadam psixoloqada getmisem sakitlesdirici verib icmirem Cavab:
Könül xanım yazınızdan aydın olur ki,sıxıntıdasınız.Yalnız başa düşə bilmədim sizi kim güdür və çölə çixmağa qoymur.Yoldaşınız yoxsa qaynananız?Siz anasınız və övladınıza qarşı məsuliyyət daşıyırsınız. Qaynanızla,yoldaşınızla çətinliklərinizi danışırsınız? Mütləq dərman müalicəsi ilə yanaşı psixoloqla görüşün.PCC-nin psixoloqu MƏLƏK KƏRİMOVA
Yusif2013-03-07 Salam ,xaiş edirəm deja vu haqqında məlumat verərdiz də.Bu proses niyə olur ?Tez-tez olması normalmı ? Cavab:
Dejavu - insanlarda rast gəlinən bir hadisəni daha əvvəl də yaşanması və ya ilk dəfə gedilən bir yerdə daha əvvəl də olmaq kimi hisslər yaradan psixoloji haldır. Bu hallarla qarşılaşan insanlar bəzən özlərini fövqəl gücə sahib hiss edirlər. Lakin bu hal tibbə məlumdur və elmi dildə beynin bu reaksiyasına Dejavu deyilir.
Dejavunun hər bir insanda həftədə bir və ya iki dəfə olması normaldır lakin bu halların daha tez-tez təkrarlanması uşaqlarda epilepsiya xəstəliyinin yaşlılarda isə beyin pozğunluğunun xəbərçisi ola bilər. PCC_nin psixoloqu Mələk Kərimova
Gunel2013-03-06 salam manim bir oglum bir qizim var oglumun 5yasi olacaq qizimin1 yasi var.oglum cox aqrisivdi usaqlari vurur soz diyirsan usduva qisqirir agliyi naysa diyirsan diyir elamiyacam man bu usaga neyliya bilaram mana komak edin Cavab:
Salam.Oğlunuz heç bir səbəb olmadan əsəbləşir mi? Övladlarınıza yanaşma tərziniz necədir? Çox vaxt uşaqlar sırf diqqət çəkmək məqsədi ilə aqressiv davranışlar göstərirlər.Bacısı kiçik olduğu üçün hər halda ona diqqət daha çoxdur.Bir xüsusa da diqqət etmək lazımdır.Uşaqlar çox vaxt böyükləri model götürür.Ətrafınızda kimisə təqlid etmiş də ola bilər.Bu məsələni hər tərəfli araşdırmaq lazımdır.Çalışın elədiyi hərəkətlərə görə hər dəfə danlamaqdan çox,sakit olduğu özünü yaxşı apardığı zaman onun necə yaxşı olduğunu deyin.Müsbətləri təqdir etmək mənfi davranışları da azaldacaq.Uğurlar PCC-nin psixoloqu Mələk Kərimova 012 4803629
|