Sual Cavab

Nigar
2013-03-04
Salam hekim.menim eseblerimi ve ya qisqancligimi uze vurmaqda problemim var. Ne aglaya bilirem, ne sindirib dagida bilirem, ne de basqa bir sekilde uze vura bilirem. her sey icimde yigilir ve meni cox narahat edir. neyleye bilerem? ne meslehet gorerdiz?
Cavab: Salam.Əvvəla qeyd edim ki,mən tibb təhsilli deyiləm.Psixoloqam.Sizin hisslərinizi üzə vurmamağınızın çox səbəbləri ola bilər.Bu bir yetişdirilmə tərzi,ya da xarakter,ya da yaşanılmış hansısa hadisədən ola bilər.Bu mənada öz üzərinizdə işləməlisiniz.Əsəbi üzə vurmaq üçün sındırmaq ya da dağıtmaq şərt deyil.Bizə əl verilmədən əvvəl dil verilib.Əsəbləşdiyiniz zaman uyğun bir şəkildə duyğularınızı qarşı tərəfə ifadə edin.Yadda saxlayın ki,deyə bilmədiklərimiz içimizdə böyük bir yumağa çevrilir. Bu yumaq ya bizi dağıda bilər,ya da ətrafı.Bu mənada bir az təmkin,bir az özünü ifadə etməyə çalışın.Bunları edə bilmirsinizsə çalışın gündəlik tutun və ora yaşadıqlarınızı yazın. Hələlik PCC _nin psixoloqu Mələk KƏRİMOVA (012)4803629
telli.orucqizi@mail.ru
2013-03-04
Salam. Mənim əslində özümü sübut etmək üçün çox böyük imkanlarım var. Amma içimdəki hər nədirsə məni sıxır və xəyalımdakı insan olmağa imkan vermir. Əslində içimdə böyük bir əsəb dağı var və slrf insanlara qarşıdır. Özümü isbat etmək istəyirəm. Amma etdiyim hər işi üzümə gözümə bulaşdırıram. Və nəticə etibari ilə hər hansısa bir işə addım atmağa qorxuram. Bəzən mənə elə gəlir ki, üzərimdə uğursuzluq var.
Cavab: Salam Telli xanım. Neçə yaşınız var? Yazdıqlarınızdan mənə elə gəldi ki,siz sanki özünüzdən daha çox ətrafınıza bir şeyləri bacardığınızı göstərmək istəyirsiniz.İnsanların hamısı pis deyil.Siz düşüncələrinizlə özünüzü çərçivəyə soxmayın.Üzərimdə uğursuzluq var demək əvəzinə, bəzən müəyyən işlərim düz getmir bu da təbiidir desəniz daha rahat olacaqsınız.Düşüncələriniz beyninizə əkdiyiniz toxumlardır. Nə biçmək istəyirsinizsə onu da əkirsiniz.Özünüzü analiz edin.Əsəbinizin,istəklərinizin mənbəyini tapın.Çalışın bu istəklər ancaq sizin istəkləriniz olsun. Kimlərə nəyi isə sübut etmək əvəzinə sizə xoş ola biləcək işləri fikirləşin.Uğurlar PCC psixoloqu Mələk Kərimova (012)4803629
salam
2013-03-03
melek xanim cox deyerli meslehetinize gore cox sag olun.sakitlesdirici tebii otlardan demleme kimi olani varmi aptekden sorussam ala bileremmi?onuda deyimki halhazirda usaga sud verirem,sakitlesdirici derman ice bilerem?
Cavab: Salam.Mənə elə gəlir ki,yan təsirləri yoxdur.Amma yenə də dərmanın təlimatını oxuyun.Uğurlar.PCC-nin psixoloqu Mələk Kərimova
Madine
2013-03-02
Salam , doktor. men danishan kimi qizarioram cox vaxt , bunu hiss edib lap qizariram, 30 yashim var , ne edim? nece aradan qaldirim?
Cavab: Salam Mədinə xanım .Sizin sosial fobiyanız var.Belə insanlar dəyərləndirilməkdən,səhv etməkdən ehtiyat edirlər.Mərkəzimizlə əlaqə saxlayın.Pcc-nin psixoloqu Mələk Kərimova 012 480 3629,0552572700
salam
2013-03-02
doktor men cox esebiyem 2az yasli usagim var olar aglayanda ozumu hec cure ele ala bilmirem,qisqiriram.amma sakitlesenden sora cox pesman oluram.men ne etmeliyem ?onuda deyimki oglumun 1yasi var geceleri demek olarki yatmir tebiiki mende yatmiram ondan ola bilermi ?
Cavab: Salam.Əvvəlcə qeyd edim ki,mən ixtisasca psixoloqam.Yəni həkim deyiləm.O ki qaldı sualınıza uşağa baxmaq və böyütmək ən çətin işlərdən sayılır.Normal yuxunuzun olmaması,yükünüzün ağırlığı sizi fiziki və ruhi olaraq yorub.Bu bir keçid mərhələsidir.Səbirli olub hər xırda hadisəyə hirslənməməyə çalışın.İmkan daxilində dincəlmək üçün ətrafdakılərdən kömək istəyin.Ən azından gündüz 1-2 saat dincəlməyə çalışın.Açıq havada gəzin.Sakitləşdirici təbii dərmanlardan da istıfadə edə bilərsiniz.Nəzərə alın ki,həyatınızın ən sevimli və qiymətli kiçik insanların böyüməsinə kömək edirsiniz.Onların hər hərəkətinə hirslənmək yerinə sevərək onları izləyin.Bu vaxtlarını bir daha görmə fürsətiniz olmayacaq.PCC-nin psixoloqu Mələk Kərimova
ceyran
2013-02-28
salam men 2aydi depresiyadayam her gun agliyiram yorgun oluram heckimi gormek istemirem heckime lazim deyilmiwem kimi hiss edirem ozumu yaxinlarimin incidirem men ne edim ?
Cavab: Salam Ceyran xanım.Mütləq mütəxəssisə müraciət edin.Həm psixoloq ,həm də dərman müalicəsi aparılmalıdır.PCC-nin psixoloqu Mələk Kərimova (012)4803629,0552572700
Sema
2013-02-27
salam.men evvel tez tez aqlayirdim bir soz bele deyilse aqlayirdim ama problem eyni problemdi ama indi aqlaya bacarmiram asanliqla aqlamiram birdeki men tez kusurem xetrime deyir her seyi bu mende nese problem olduqunu gostermir ki
Cavab: Sema xanım yazınız çox aydın deyil mənim üçün.Həyatınızda sıxıntılarınızdan dolayı ağlayırsınız,yoxsa heç bir əsaslı səbəb olmadan?Sizin neçə yaşınız var?Evlisiniz?Həyatınızda nələr baş verib? Bunları aydınlaşdırmaq və özgüvəninizi artırmaq lazımdır.PCC-nin psixoloqu Mələk Kərimova (012)4803629
terane77@mail.ru
2013-02-27
Salam Mələk xanım.Uşaq cizgi filmində nədənsə qorxmuşdu və deyirdi ki. elə bilirəm otaqda onu görəcəm.Necə etmək oiar ki, bu qorxu ondan getsin.Təşəkkür edirəm
Cavab: Salam Teranə xanım uşağı tanımadan nəsə demək çətindir.Amma qorxu ilə mübarizədə mərhələ mərhələ üzərinə getmək lazımdır.Hər gün birlikdə qaranlıq otağa girin və ona xoş və əyləncəli bir nağıl,ya da bir davranış edin.Artıq bu sizin yaradıcılığınıza qalıb.Mərhələ mərhələ qorxulu heç nə olmadığını yanında olduğunuzu deyin.Bir daha qeyd edirəm ki,uşağı tanımadan bu haqda nəsə demək çətindir.PCC-nin psixoloqu Mələk Kərimova
Aynur
2013-02-27
Salam,menim 20 yawim var ve men qerar vermekde cox boyuk cetinlik cekirem.ele buna gore de heyatimda hemiwe secim arasinda qaliram.qerar vermeyim uzun zaman tutur,ve bu muddetde de men eziyyet cekirem.suallar beynimi yeyir.Hal hazirda da yene 2 secim arasindayam ve hansini istediyimi,hansini secmem gerekdiyini heqiqeten bilmirem.
Cavab: Salam Aynur xanım.Ən pis qərar belə qərarsızlıqdan yaxşıdır.Qərarsızlıq insanı yoran bir proses olmaqla bərabər bir analiz etmə mərhələsidir.Yazmısınız ki,2 seçim arasındasınız.Hər bir seçimin yaxşı və pis tərəflərini analiz edin.Hansının müsbətləri çoxdursa onu seçin.Qərar verdikdən sonra qərarınızın arxasında durun.uğurlar Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Mələk Kərimova
Anka
2013-02-25
Salam Melek xanim .Men oz problemimle baqli size yazmisdim.Siz mene dediz ki, yoxlamaq isteyirsense zeng vurma gor seni axtaracaq .Men indi etmirem zeng artiq 4-5 gundur o da zeng vurmur.Onu da deyim ki, deyir ki, men deyib etmeyende sonradan utaniram zeng etmeye.Sizce duzmu edirem zeng etmemekde.Saq olun.
Cavab: Salam sualınızın son cümləsində cümlə səhv yazıldığı üçün başa düşə bilmədim.Belə nəticəyə gəldim ki,o sizə zəng etməyəndə daha sonra zəng etməyə utanır.Düz başa düşmüşəm? Əgər hissləriniz sizi aldatmırsa doğru insan olduğunu düşünürsünüzsə qərarınızı verin.Amma qarşılıq görmədiyinizi hiss edirsinizsə xəyal qurmayın.Real olan insanı,xəyalınızda arzuladığınız insan kimi görməyə başladığınız zaman çətinliklər başlayır. Yenə də qərar sizindir.PCC-nin psixoloqu Mələk Kərimova
terane77@mail.ru
2013-02-25
SALAM.Mən müəlliməyəm.Bilmək istəyərdim uşaqlarda olan qorxu hissini necə aradan qaldırmaq olar.Məsələn:4 yaşlı uşaq bir otaqdan digərinə təkcə keçmək istəmir.Əvvəlcədən təşəkkür edirəm.
Cavab: Salam Terane xanım.Uşağınızda bu yaş dövründə müəyyən qorxuların olması normaldır.Amma sizin yazdığınız məsələ də bir az fərqlidir.Qaranlıq otaqdan həmişə qorxub,yoxsa hansısa bir hadisə buna yol açıb? Açıqcası uşağı görmədən bu haqda bir fikir demək çətindir.Ən azından ona qorxusu ilə bağlı şəkil çəkdirə bilərsiniz.Birlikdə qaranlıq otağın şəklini çəkməyə çalışın.Qaranlıq otağa girəndə nələr fikirləşir? bu haqda onu danışdırın.PCC-nin psixoloqu Mələk Kərimova
Aysel
2013-02-25
Melek xanim sizin konsultasiya merkezi harda yerlewir? Unvani yaza bilersiniz?
Cavab: Salam Aysel xanım,mərkəzimiz Cəfər Cabbarlı 44 ünvanındadır.Caspian Plaza 3.mərtəbə.tel 4803629 PCC-nin psixoloqu Mələk Kərimova
Aysel
2013-02-24
Salam. 24 yawim var. Sevdiyim insanla aile heyati qurmaq qerarina gelmiwdim. artiq hazirliqlar gedirdi. amma aile heyati haqda qorxularim uwaqliqdan beri var idi. niwan sohbeti cixandan sonra ise bu qorxular meni tamam deyiwdi. bawqa insan oldum, bawqa cure duwunmeye bawladim. ele bilirem ki aile qursam butun heyatim alt ust olacaq. deli olmaq derecesine catiram duwunende. vaxt istedim ozume gelmeye. buna gore de sevdiyim wexs menden ayrildi. menim xesteliyimin tam olacaq adi nedir deye bilersiz?
Cavab: Salam Aysel xanım.Hər bir mənfi hadisə qarşısında olduğu kimi,müsbət hadisə qarşısında da insan gərginlik keçirir.Amma siz də sanki bu hisslər bir az daha dərinləşib.Aydınlıq gətirmək üçün mütəxəssislə görüşün.PCC-nin psixoloqu Mələk Kərimova (tel.4803629)
Anka
2013-02-24
Salam Melek xanim.Men size kecen yazmisdim.Siz mene dediz ki,zaman taniyin zeng etmeyin ele de edirem yene nece gundur zeng vurmur men de etmirem.gozleyirem gorum zeng edecekmi.Sizce duzmu edirem ya yox.
Cavab: Salam.Səbirli olun və münasibətlərinizi aydınlaşdırın.PCC nin psixoloqu Mələk Kərimova
guler
2013-02-23
salam. men cox cetin merheleden kecirem. sexsi munasibetlerde boyuk problemlerim var. sevgilimi cox sevirem lakin uzun muddetdir ki meni uzur. sebeb onun her dediyi ile razi olmamagimdi. bir cox hallarda esebi olur ve meni incidecek sozler deyir. munasibetimiz ciddi idi eslinde lakin qarsima cixan furset ile xarice bir heftelik telime getmeliyem o ise qebul etmir getmememi isteyir. buna gore saysiz daval;arimiz olub. sahemde yaxsi olmagima baxmayaraq islemeimi de istemir sebebbi ise qisqancliqdir. cox yorulmusam bezmisem. sizce men ne edim? :(
Cavab: Salam Guler xanım,yazınızdan hiss olunur ki,inkişafınıza əhəmiyyət verən birisiniz.Qarşı tərəf əgər sizi istəyirsə sizi dəyişdirməməyə olduğunuz kimi qəbul etməyə çalışmalıdır.Siz ona dəyər veriyinizi,bu bir həftəlik təlimlə də münasibətlərin dəyişməyəcəyinə onu inandırmağa çalışın.Daxilən fikirləşin ki,siz nə istəyirsiniz? Siz onun qoyduğu qadağalara hazırsınızmı?Duyğularınızı əsəblərinizi cilovlayaraq onunla paylaşın.PCC-nin psixoloqu Mələk Kərimova
salam
2013-02-21
men tez tez aglayiram her weye qarwi cox hessasam
Cavab: Salam.Bir cümlə ilə vəziyyətinizi aydınlaşdırmaq çətindir.Sizi ağladan və kövrəldən yəqin ki hansısa hadisələr var.Ətraflı yazsanız daha yaxşı olar.Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Mələk Kərimova
Anka
2013-02-21
Salam Melek xanim.Sualimi cavablandirdiginiz ucun cox saq olun.Menden islediyi yeri sorusdunuz Universitetde muellimdir hem de evde telebe hazirlayir.Men size yazdim ki, 2-3 gunle zeng etmir.sonra zeng eden men oluram o yox .etmesem belke etmez bilmirem.Belke de eder yoxlamamisam.ONA gore sizden sormaq istedim .Saq olun.
Cavab: Salam.Işi asan sayılmaz.Bir az səbirli olun.Əgər yoxlamaq istəyirsinizsə,əvvəlcə bu haqda danışın.Daha sonra özünüzə zaman tanıyın.Zəng etməməyə çalışın.Həm öz duyğularınızı, həm də onunla əlaqədar fikrinizi yoxlamış olacaqsınız.Bəzən işin çoxluğundan həqiqətən insan sevdiklərinə belə zaman ayırmaya bilir.Hələlik.Pcc psixoloqu Mələk Kərimova
Eli
2013-02-21
Salam. Mənim oğlumun 1 yaşı var. Mən evdə kompüterdə çalışarkən, oğlum ağlayır və kompüteri istəyir. 5-10 dəqiqə ağladıqdan sonra məndən küsür. Məndə fərqli olaraq, anası və nənəsi hər istədiyini verirlər. Bilmirəm mən bu addımla düz edirəm yoxsa səhv.
Cavab: Salam Əli Bey,uşaqlar çox həssas olurlar nəyi necə əldə edəcəklərini yaxşı bilirlər.Bu mənada uşağın hər istədiyini əldə etməsi gələcəkdə doyumsuzluq yaradır.Çalışın evdə uşaqla əlaqədar qaydalarda hamının sözü bir olsun.Əgər komputeri vermirsinizsə bunu hamınız edin və davranışlarınızda tutarlı olun.Yəni istədiyi bir şeyi bəzən verib, bəzən verməsəniz daha sonra əziyyət çəkərsiniz.Pcc-nin psixoloqu Mələk Kərimova
Anka
2013-02-20
Salam.Menim sevdiyim bir insan var .O da meni sevdiyini deyir.Ancaq nedense men ona inanmiram.Cunki,her defe gelecem deyir sonra gelmir isim cixdi deyir,olur ki, 2-3 gunle zeng vurmur.Men de kusurem Zeng edib deyir isim coxdu vaxtim olmur yoxsa seni unudaram hemise aqlimdasan sen menim.coxu zaman da men ona zeng edirem.Kusende de men barisiram tekrar cunki,onu sevirem,cox darixiram onsuz.Sizin meslehetinize ehtiyacim var sizce sevse zeng vurmazmi ,gormek istemezmi.Dusunurem ne qeder isi bele olsa isteyen eder.Sizce ne etmeliyem.Evvelceden tesekkur edirem.SAQ OLUN.
Cavab: Salam.Bu insana dəyər verirsiniz,sevirsiniz.Onun nə işlə məşğul olduğunu yazmamısınız.Bəlkə həqiqətən də işləri çoxdur.Əgər bir insanın sizə duyguları olmasa yəqin ki ,2-3 gündən sonra belə zəng etməz.Qarşınızdakını ideallaşdırmadan həqiqətin nə olduğunu aydınlaşdırın.Pcc-nin psixoloqu Mələk Kərimova
suzan
2013-02-20
salam, 19 yasim var xeyalim olan instutun istediyim fakultesinde oxuyuram, sukur her sey yaxsidir heyatimda kicik problemlere baxmiyaraq.. ama xosbext ola bilmirem esebi oluram cox vaxt hemise tek qalmaq istiyirem bezen ses kuyun icinde fikre gedirem.. belkede oz guven eksikliyidir bilmirem, ama xosbext deyilem, yasla elaqedar ola bilermi? ya ne ola biler sebeb? Saytdaki \"Özünüzü sevirsiniz?\" testine \"Özünüzü sevən bir insan deyilsiniz. Bəlkə də keçici olaraq bir \'özünü kiçik görmə\' mərhələsində yaşayırsınız. Herkes belə bir dönemdən ara sıra keçər\" cavabi cixdi.. evvelceden tesekkurler
Cavab: Salam Suzan xanım.Həyatınızın bir daha yaşamayacağınız ən gözəl dönəmindəsiniz.Sizin dalğınlığınızın böyük ehtimal səbəbləri var.Nələr etmək istərsiniz? Ümidləriniz,arzularınız,planlarınız nələrdir?Bir də xoşbəxt olmaq tendensiyası yaranıb.Xoşbəxtlik həyatdakı kiçik zaman dilimlərində yaşanılan xoş duyğulardır.İnsan həmişə bu hissi yaşamır.Gənçlik enerjinizdən istifadə edin və dəyişdirə biləcəyiniz şeylərdən başlayın.Bəlkə də ilk özünüzdən başlayasınız?Pcc-nin psixoloqu Mələk Kərimova
zeyneb
2013-02-20
SAlam olsun,bu saytın yaradıcılarına və psixoloqlarımıza,Mənim 4 yaşlı qızım var,bağçaya gedir,evdə də zehni inkişafı üçün məşqul oluram,ancaq bəzən özünü key kimi aparır,məsələn sual verirəm;\"indi hansı fəsildir?-gec cavab verir,ya da yanındakı əşyanı ondan tələb edəndə ki,ver mənə onu görməyəcək qədər keyləşir,düzdür zəif uşaq deyil,25 dənəer bilir,ətraf aləmlə baĞLI olan hər şeyi bilir,keyliyini necə aradan qaldıra bilərəm?-öncədən təşəkkür edirəm.
Cavab: Salam Zeynəb xanım.Uşaqlarda qeyri ixtiyari bu yaşda özünü qabarıq göstərir.Ola bilər ki,uşağınızdan nəsə soruşanda o zehnində başqa bir şey fikirləşir. Siz hansı fəsildir? deyə soruşmaq yerinə o fəslə aid maraqlı bir nağıl,hadisə danışsanız inanın onun diqqətini çəkərsiniz.Bir də övladınızı heç vaxt key vs.sözlərlə damğalamayın.Bu onun özgüvəninə təsir edir.Özgüvənini yüksək olması ilk növbədə sizdən asılıdır. O ki qaldı zehni gerilik məsələsinə ona yalnız mütəxəssis qərar verə bilər.PCC-nin Psixoloqu Mələk Kərimova
asnat
2013-02-20
salam.menim 27 yasim var 5 ildir aileliyem yoldasimla sevib aile qurmusuq.yoldasim yaxsi insandi bezen men ne isteyirem edir amma men xestelenim yada yorulum mene hec qaygi gorsetmir.mende dusunuremki o meni sevmir.SIZCEDE BU BELEDIR?
Cavab: Salam.Açiqcası sualınıza cavab vermək çətindir.Bir birinlə sevib evlənmisiniz.Sevgi hissi başlangıcdaki kimi olmur təbii ki...En azından qayğılar,maraqlar dəyişir.Yoldaşınızın yaxşı insan olduğunu yazırsınız.Sizə nələrsə etdiyi üçün deyil,bir insan kimi onu qiymətləndirin.O ki qaldı onun sizə diqqətinə, bəlkə də o sizə bunların təsir etdiyini bilmir.Yoldaşınızla ittiham etmədən duyğularınızı paylaşın.Bu münasibətlərə aydınlıq gətirəcək.Uğurlar.PCC-nin psixoloqu Mələk Kərimova
Aysel
2013-02-19
Anamda migren varidi teztez basagrilari tutur.yayda hekime getdiy oda dediki migren deyil mix bash agrilari deyilen bir sheydi oda omur boyu davam edecey.belkede biz usag olanandi bas agrilari teztez tutdugunan ele hisler yaranr mendeki biden nese olar.ama meni cox narahat eliyir cox heyecanlaniram mene pis tesir edir biraz.Atam Allaha sukur yaxsidi yeni ele ciddi problemimde olmuyub indiye qeder shukur.psixologyama tesir edir cox
Cavab: Salam Aysel xanım, narahatçılığınızı başa düşmək olar.Amma siz nəzərə alın ki, bundan daha ağır xəstəliklər var və qorxunuz əsassızdır.Siz həyəcanlanaraq heç bir hadisəni dəyişdirmirsiniz.Sadəcə olaraq nələr edə bilərsiniz?Ananıza necə kömək edə bilərsiniz?bunları fikirləşin. Ananız müalicəsinə davam etsin.Sizdə də bu təşviş çoxdursa və üstündən gələ bilmirsinizsə,psixoloqa müraciət edin.PCC-nin psixoloqu Mələk Kərimova
sual
2013-02-18
salam oglum 2 yas 10 ayliqdi vox aqressiv olub evveller cox sakit ve agilli idi amma indi sozume baxmir ancaq oz istediyini edir ne ede bilerem?
Cavab: Salam.Müxtəlif yaş dönəmlərində insan həyatında krizlər olur. Sizin oğlunuz artiq 3 yaşına yaxınlaşır. 3 yaş krizinin əlamətləri ola bilər.Ayrıca bu mərhələdə uşaq artıq öz mənini kəşf etməyə başlayır.Mən də varam tərzində hərəkətlər,mənli cümlələrin çox olması bu mərhələnin əsas xüsusiyyətləridir.Səbirli olun.Uşağınızdan sevginizi əsirgəməyin.Amma bunu müəyyən çərçivə də edin.Ayrıca son vaxtlar ailədəki abu havanın da uşağa təsiri ola biləcəyini unutmayın.PCC psixoloqu Mələk Kərimova
solmaz
2013-02-18
Salam.Mənim 27 yaşım var.Aile qurmaq üçün heyatımda 2 aydır tanidigim insan var.Hem yaxsi hem pis terefleri oldugu ucun addim atmaga qorxuram.heç bir qərara gələ bilmirəm.Hər gün bir fikrə düşürəm.Çox pessimistəm.Qerarsizam.Nece qerar verim?mene komek ede bilersiz?evvelceden tewekkurler
Cavab: Salam Solmaz xanım. Bu insanı 2 ay kimi qısa müddətdə nə qədər tanıya bilərsiniz? Tələsməyin. Bu insanla bir ömür paylaşacaqsınız.Xarakterlərinizin,dünya görüşünüzün uyğun olub olmadığını,bu insanı həqiqətən istəyib istəmədiyinizi aydınlaşdırın.Bəlkə sadəcə olaraq ailə qurmaq xatirinə ailə qurmağı fikirləşirsiniz? Fikirlərinizi qarşı tərəflə paylaşın.Hər insanın yaxşı və pis tərəfləri var.Yaxşı və pis dediyiniz xüsusiyyətlərin sizin doğrularınız olduğunu unutmayın. Sizə uğurlar.PCC psixoloqu Mələk Kərimova
Aysel
2013-02-17
Salam!menim 19 yasim var ve anama hedden artiq cox bagliyam.hetta anam qrip oldugda bele derhal heyecanlaniram.hergun valideyinlerime birsey olar qorxusuynan yasiyram.birde ozume guven problemim var biraz
Cavab: Salam Aysel xanım.Siz artıq gəncsiniz. Ananızı sevməniz və ona bağlılığınızı başa düşmək olar.Ananızın hər hansı ciddi bir xəstəliyi varmı? Atanız haqqında yazmamısınız.Çox vaxt yaxınlarından birini itirən insanlara bu cür duyğular özünü qabarıq göstərir.Özünüzə güvəni artırmaq üçün nələri yaxşı etdiyinizi ,nələr edə biləcəyinizi fikirləşin.PCC psixoloqu Mələk Kərimova
Adınız 
Sualınız 
1234567891011121314151617181920
2122232425262728293031323334353637383940
4142434445464748495051525354555657585960
6162636465666768697071727374757677787980
81828384858687888990919293949596979899100
101102103104105106107108109110111112113114115116117118119120
121122123124125126127128129130131132133134135136137138139140
141142143144145146147148149150151152153154155156157158159160
161162163164165166167168169170171172173174175176177178179180
181182183184185186187188189190191192193194195196197198199200
201202203204205206207208209210211212213214215216217218219220
221222223224225226227228229230231232233234235236237238239240
241242243244245246247248249250251252253254255256257258259260
261262263264265266267268269270271272273274275276277278279280
281282283284285286287288289290291292293294295296297298299300
301302303304305306307308309310311312313314315316317318319320
321322323324325326327328329330331332333334335336337338339340
341342343344345346347348349350351352353354355356357358359360
361362363364365366367368369370371372373374375376377378379380
381382383384385386387388389390391392393394395396397398399400
401402403404405406407408409410411412413414415416417418419420
421422423424425426427428429430431432433434435436437438439440
441442443444445446447448449450451452453454455456457458459460
461462463464465466467468469470471472473

LOGİN

 Email
 Parol
Qeydiyyat