Sual Cavab

Sema
2015-11-05
Salam.her vaxtiniz xeyr..Size sualim beledir..İnsanlarin yaninda olarken cox vaxt ozumu gergin hiss edirem.komplexlerim bar bunu qebul edirem.bunlardam nece qurtulmaq olar? .hec kimin mene baxmadigi halda hamimin mene baxdigini hiss edirem.ve bu zaman cox sixiliram.meselen avtobusa minerken arxa terefden kiminse baxdigini hiss edirem.bele hiss etmeyimin sebebi nedir ? Ve ne ede bilerem ki bele hiss etmeyim..onceden minnetdaram..tesekkurler..
Cavab: Salam,Səma xanım.Bu hal sosial fobiya olaraq dəyərləndirilə bilər.Sosial fobiyadi utancaqlıqdan şəxsin gündəlik fəaliyyətinə, eləcə də social əlaqələrinə ciddi mənada təsir etməsi ilə fərqlənən problemdir.Narahatlıq zamanı bir sıra somatik pozuntular;üzün qızarması, ürəkdöyünmə, tərləmə, ağız quruluğu, boğulma, əzələ gərginliyi və ayaqyoluna getmək istəyi və müvafiq psixoloji narahatlıqlar müşahidə olunur.Terapiyasında əsasən psixoterapiyadan və təyinata uyğun farmakoterapiyadan istifadə olunur.Yaxşı olardı ki,əyani psixoloji yardım almaqla problemi aradan qaldırmağa çalışasınız.www.pcc.az
Zahra
2015-11-05
Salam aleykum men bir defe aileli olmusam iki usagim var 4ildir ayrilmisam,usaqlar ve menle olan pis refrara gore.o qeder psixologiyam pozulmusdurki hetda heyetde insan gorende bizden basqada yasayanlar var deye dusunurdum.cox sixirdi menide usaqlarida olmazlarla sonrada shiddetede el atdi tehqirler vurmaq daha dozulmez dereceye catdi men usaqlarla atamin evine geldim burda shukur usaqlar rahatdilar hec yadlarina dusmur bioloji atalari.bu il aile qurmaq isteyen cixib usaqlari cox isteyir menide aile qurmaq isteyir ailesi bilir qebul eletdirib ailesine ki yoldasi meni secib her sey yaxsidir ama bezen en balaca sozu bele boyuduruy oda mende.men birinciye deye bilmediylerni buna deyirem adj bir olmaz sozune doze bilmirem.menim psixologiyam pozulub birinci aileden yungul olsada onkoloji xeste oldum esebden ama butun hissimi ikinciden cixiram bezen.onunda heyatinda kebinli yoldasi olub xeyanet edib onu onunda gozu qorxub inamsizliq var aramizda.yolda deyir sen basqasina baxdin deyirem yox mene ailen lazimdi yene inanmir hal hazirda baxmadan mene baxdin dedi indi danismiriq.isteyirem anlasinki mene ailem lazimdj menim prixologiyami o biri cox pozub bezen bunu itirmey mene asan gelir esi inanmirsan inanma deyirem amabizi cox isteyir bunu bilirem nezeri diqqeti ele bizdedi.onu aldadan qiz mene zulum eden birinci ailem bizi rahat temiz dusunceynen ailemizi qurmaga icaze vermir.meslehet verseniz minnetdar olaram bir qurulacaq ailenin temeline dash qoyarsiz.
Cavab: Salam,Zəhra xanım.Yaxşı olardı ki,əyani psixoloji yardım almaqla problemin həlli istiqamətində müəyyən addımlar atasınız.www.pcc.az
Fəqan.
2015-11-01
Salam.Mənim dayım 2 gündən çoxdu halsız vəziyyətdədi,ancaq yatır,harda olduğunu bilmir,nə danışdığını bilmir,əlləri heç nə tutmur.
Cavab: Salam,Fəqan bəy.Həkimə müraciət etməyiniz daha məqsədəuyğun olardı.www.pcc.az
gulsen
2015-11-01
salam. men boyuk stress kecirirem nece defe mualicede olmusam depressiya dermanlari icmisem hazirda ayrilmisam iki usagim var ozumu piss hiss eliyirem insanlar meni qiciqlandirir hrden heyata nifret edirem mene qarsi olunanlari qebul ede bilmirem ozumu bedbext hiss edirem tek qalmaq isteyirem bezen niye doguldum deye anami gunahlandiriram.iradem zeifdi bezen dehset aglayiram sebeb olmadan, ne edim bilmirem.
Cavab: Salam,Gülşən xanım.Bu hal posttravmatik stress olaraq dəyərləndirilə bilər. Posttravmatik stress pozuntusu müəyyən psixoloji sarsıntıdan sonra başlayan və həyat keyfiyyətini aşağı salan bir problemdir.Şəxs travmatik hadisəni və bunun perseptual-koqnitiv-emosional hissələrini yuxularında və gün ərzində təkrarlanan şəkildə yaşayır. Bu feedback`lar (geriyə dönmələr) hadisəni eyni canlılığı ilə şəxsə yaşadır və həyat keyfiyyətini diqqətə çarpan bir şəkildə aşağı salır.Terapiyasında psixoterapiya və təyinata uyğun şəkildə medokamentoz terapiya tətbiq olunur.www.pcc.az
nigar
2015-11-01
Salam hekim menim cox narahatliqim var icaimde hemisi nese olacaq qorxusu var urey doyuntum artir boquluram cox tez esebıesirem dirnaqlarimi yiyirem ele kiminlese beynimde dalasiram evleri tokub yiqisdiriram.2 usaqim var 4 ildi evliyem.mene komek edin icimdeki narahatliqlar qorxu getsin.hemise oz icimde danisiram el6m ayaqim yoxmus kimi hiss edirem.qeyd edimki usaqlar kesirle olub.isteyiremki her seyi zamana buraxmaqi bacarim nolar mene komek edin
Cavab: Salam,Nigar xanım.Qeyd etdiyiniz durum təşvişli-nevrotik pozuntu olaraq dəyərləndirilə bilər.Problemin fonunda narahatlıq, bir yerdə qərar tutmamaq, diqqət və motivasiyada pozulma, konsentrasiya pozulması, həyəcan, əsəbilik kimi psixoloji;taxikardiya,epiqastral nahiyədə ağrı,vegetativ reaksiyalar kimi somatik əlamətlər müşahidə edilir.Terapiyasında əsasən psixoterapiya aparılır.Təyinata uyğun medikamentoz terapiya da tətbiq oluna bilər.www.pcc.az
murad
2015-10-31
salam. men etrafimdakilara qarsi cox soyuqam... hemise gunahi ozumde axtariram... sixiliram esebiyem... evde tez tez dalasiram... csnima qesd edirem... gelecek barede dusunmurem... yaxin insanlarimi uzaq gorurem... onlara eziyyet vermeyde hezz aliram.. sora pesman oluram... gece yuxuya getmirem... hec vaxt yaxsi fikirlesmirem hemise pis gelir aglima... unsiyyet qura bilmirem 21 yasim var... xais edirem komey eliyin
Cavab: Salam,Murad bəy.Qeyd etdiyiniz durum depressiv epizod olaraq dəyərləndirilə bilər.Problemin fonunda özgüvən əksikliyi,özünüqiymətləndirmənin enməsi, əhvalın enməsi, hərəki tormozlanma, ünsiyyət defisiti, sosial mühitdən uzaqlaşma kimi psixoloji və bunların fonunda başağrıları,vegetativ reaksiyalar kimi somatik simptomlar müşahidə olunur.Problemin terapiyasında psixoterapiya və ağırlıq dərəcəsindən asılı olaraq medikamentoz terapiyadan istifadə olunur.www.pcc.az
Nermin
2015-10-31
Salam...Menim 20 yasim var nevrozam 5 aydir mualice aliram.eseblerim sakitlesib urek doyuntulerimde normaldi meni narahat eden ureyimdeki heyacandi birde daim nese olacagmis kimi oluram eyer psixoloji yardim alsam bunlar kececek? Nevroz oldugumu bilerem amma bu hallar bas verende ozum ozumu heyacanlandiriram boguluram((( tesekkurler
Cavab: Salam,Nərmin xanım.Problemin fonunda narahatlıq, bir yerdə qərar tutmamaq, diqqət və motivasiyada pozulma, konsentrasiya pozulması, həyəcan, əsəbilik kimi psixoloji;taxikardiya,epiqastral nahiyədə ağrı,vegetativ reaksiyalar kimi somatik əlamətlər müşahidə edilir.Terapiyasında əsasən psixoterapiya aparılır.Təyinata uyğun medikamentoz terapiya da tətbiq oluna bilər.Bunun üçün əyani psixoloji yardım daha faydalı olardı.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın, Sizə müayinə və müalicə üçün zaman təyin edərlər. Əlaqə telefonu (012) 480-36-29 yaxud da (055) 257-27-00 www.pcc.az
samire memmedova
2015-10-31
Salam hekim menim 20yasim var 7ci sinifde oxuyanda pis hadise ile rastlasdim .Ondan sonra cox qorxdum herweye qarsi mende qorxu yarandi adi gunorta tek qalmaga bele qorxuram evde .Verdisler yarandi ozumden aasili olmadan etdiyim isi tekrar etmeye sanki kimse meni mecbur edir .Gorduyum isin menasiz oldugunu derk edirem amma tergide bilmirem .Etrafimdakilarin meni bele gormemeyine calisiram cunki gulerler deye(evde heckime deye bilmirem cekinirem .Yaxinlarima qarsi daha cox hessasliq yaranib elebilirem her an cox istediklerimin basin a pis hadise geler deye qorxuram .Gundelik heyatimda cox seyi tekrar dusunurem basagrisi yaranir.Men ne ede bilerem xahis edirem cavablandirasiz
Cavab: Salam,Samirə xanım.Qeyd etdiyiniz durum təşvişli-nevrotik pozuntu olaraq dəyərləndirilə bilər.Problemin fonunda narahatlıq, bir yerdə qərar tutmamaq, diqqət və motivasiyada pozulma, konsentrasiya pozulması, həyəcan, əsəbilik kimi psixoloji;taxikardiya,epiqastral nahiyədə ağrı,vegetativ reaksiyalar kimi somatik əlamətlər müşahidə edilir.Terapiyasında əsasən psixoterapiya aparılır.Təyinata uyğun medikamentoz terapiya da tətbiq oluna bilər.
Atesh
2015-10-30
Salam.menim 25 yasim var.paltar maqazasinda isleyirem.tez-tez mene ele gelirki maqazadan nelerse yoxa cixir.dusunurem ki bu paltardan 3 eded qalmalidi baxiram ki 1 eded qalib.belke de satildigina ozumu inandirmaga calisiram.son vaxtlar her aliciya girib cixanda diqqetle nezaret edirem inanmadiqima gore.ele bilirem her zaman magazadan nelerse ogurlanir.yaddasimin zeif olmaqi mene oten gunler beyin satilib satilmadiqini bilmeye imkan vermir.bu seyler meni cox sixir xais edirem komek edin.etrafli cavablandirin.onceden tesekkur edirem.
Cavab: Salam.Qeyd etdiyiniz durum diqqət dağınıqlığından qaynaqlana bilər.Bu hal əsasən hiperaktivlik sindromu və ya xroniki yorğunluq sindromuolan şəxslərdə rastlanılır.İlk öncə diaqnoz dəqiqləşdirilməli,daha sonra korreksiya işləri aparılmalıdır.Bunun üçün əyani psixoloji yardım daha faydalı olardı.www.pcc.az
Jale
2015-10-30
Salam menim qardasimin 10 yasi var derse hec maragi yoxdu elaci olsa mektebe getmez nece elemek olarki onun maraqi artsin oyrenmek oxumaq istesin cox sagolun
Cavab: Salam,Jalə xanım.Problemin mənbəyi araşdırılmalı,daha sonra bu istiqamətdə korreksiya işləri aparılmalıdır.Bunun üçün əyani psixoloji yardım daha yaxşı olardı.
Samire
2015-10-29
Salam hekim men cox esebiyem kimse nese deyende eseblesirem birde men de pus verdis var ne eliyremse sol elimle elemirem sag elimle eliyirem bir yere gedendepaltar geyinende tezeden cuxardib geyinirem ne gotrende onu yerine qoyub tezeden gotrurem aglima pis fikir gelir hecneye inanmiram bunlari nece eliye bilerem maqazine gedrem nese almaga baxram tezeden yene hemin dukana girirem xahis edrem konek eliyesiz
Cavab: Salam,Samirə xanım.Qeyd etdiyiniz durum obsessiv-kompulsiv pozuntu olaraq dəyərləndirilə bilər.bsessiya-iradədən asılı olmadan,xarakterə zidd (ego-distonik) qovula bilməyən,təkrarlanan düşüncələr; Kompulsiya isə əksər hallarda obsessiv düşüncəni neytrallaşdırmaq üçün edilən təkrari hərəkətlərdir.Yaranmasında bioloji, psixodinamik və bihevioral model iştirak edir.Terapiyasında əsasən psixoterapiya aparılır,lakin göstəriş olarsa medikamentoz müalicə də aparıla bilər.www.pcc.az
Gulay
2015-10-29
Salam həkim.Mənim atam çox əsəbidir.Hər sözə əsəbləşir hətda ona bir söz deməyə belə qoxquruq qışqırır əsəbləşəndə.Məndə də arada olur özumdən çıxıram ister istemez qışqırıram.Birdəki kimsə mənlə danışanda danışmaq istəmirəm gün boyu sakitçilik istiyirəm otağımdanda çıxmaq istəmirəm.Ailəm mənə deyirki üzünü görək.Mən nə etməliyəm?Elə bil həyata kusmuşəm
Cavab: Salam,Gülay xanım.Çalışın,ailənizə zaman ayırasınız.Narahatlığınız olduğu təqdirdə ilk öncə ailənizlə bölüşün,onlaırn fikirlərini alın.www.pcc.az
Ebru
2015-10-28
Salam menim bir nece prablemlerim var onun en boyuyude icime qapaniram her weye tez reksiya verirem ailemle unsiyyete gire bilmirem onlardan uzaqlawmaq istiyirem kenardan cox aqresiv biri kimi gorunurem.
Cavab: Salam.Qeyd etdiyiniz durum depressiv epizod olaraq dəyərləndirilə bilər.Problemin fonunda özgüvən əksikliyi,özünüqiymətləndirmənin enməsi, əhvalın enməsi, hərəki tormozlanma, ünsiyyət defisiti, sosial mühitdən uzaqlaşma kimi psixoloji və bunların fonunda başağrıları,vegetativ reaksiyalar kimi somatik simptomlar müşahidə olunur.Problemin terapiyasında psixoterapiya və ağırlıq dərəcəsindən asılı olaraq medikamentoz terapiyadan istifadə olunur.www.pcc.az
Teymur
2015-10-28
Salam.Mende bele bir problem var,telefon zengine qapi doyuntusune nese qishqiriq olanda nese pis xeber eshidende ureyimde heyecanli doyuntuler olur.Dehshetli derecede ureyde chirpinmalar olur.15 yashina qeder bele sheyler omuyub.Hal hazirda 21 yashim var ve bunnan 5 ildi eziyyet chekirem. Sizden artig derecede xahish edirem,bunun diaqnozunu ve yaxud neden yarandigini deyesiz.
Cavab: Salam,Teymur bəy..Qeyd etdiyiniz durum təşvişli-nevrotik pozuntu olaraq dəyərləndirilə bilər.Problemin fonunda narahatlıq, bir yerdə qərar tutmamaq, diqqət və motivasiyada pozulma, konsentrasiya pozulması, həyəcan, əsəbilik kimi psixoloji;taxikardiya,epiqastral nahiyədə ağrı,vegetativ reaksiyalar kimi somatik əlamətlər müşahidə edilir.Terapiyasında əsasən psixoterapiya aparılır.Təyinata uyğun medikamentoz terapiya da tətbiq oluna bilər.www.pcc.az
Xeyale
2015-10-28
Salam hekim. Oglum 16 yawa kecib 9-cu sinifde oxuyur yaddawi gucludu istediyi bir dersi temani oxuyarsa iller bele otse unutmur hansisa baw veren hadiseni tarixi ile yadda saxlayar. Derslerinde qiymetler gele gele awagi duwur cox stres kecirirem Oxuyub ali tesil almasini isteyirem, fikirlewmekde Son zamanlar sakitlewdirici derman icmeye bawladim, bacariqi ola ola istifade etmeneyine Gore. Sizce neynemek olar bele situacada?
Cavab: Salam,Xəyalə xanım.Problemin əsasında hansısa narahatlıqlar ola bilər.Yaxşı olardı ki,əyani psixoloji yardım almaqla problemin həlli istiqamətində müəyyən addımlar atasınız.www.pcc.az
Gülnar
2015-10-26
salam ,menim 17 yaşım var. men tam olarag ne olduğunu bilmirem ama her an beynimde ölüm fikri var , bu öz isteyim deyil , ama beynimden çıxmır , ancag ağlıyıram ve heç kesle elage saxlaya bilmirem ,bezen ele hereketder ediremki özümde inana bilmirem , beynimi özüm idare ede bilmirem ...
Cavab: Salam,Gülnar xanım.eyd etdiyiniz durum obsessiv-kompulsiv pozuntu olaraq dəyərləndirilə bilər.bsessiya-iradədən asılı olmadan,xarakterə zidd (ego-distonik) qovula bilməyən,təkrarlanan düşüncələr; Kompulsiya isə əksər hallarda obsessiv düşüncəni neytrallaşdırmaq üçün edilən təkrari hərəkətlərdir.Yaranmasında bioloji, psixodinamik və bihevioral model iştirak edir.Terapiyasında əsasən psixoterapiya aparılır,lakin göstəriş olarsa medikamentoz müalicə də aparıla bilər.www.pcc.az
mehin
2015-10-22
salam menim 16 yawim var herweyden eseblewirem aglayiram niye bele olur
Cavab: Salam,Mehin xanım.Qeyd etdiyiniz durum yeniyetməlik dövrü ilə əlaqədar ola bilər.Yaxşı olardı ki,əyani psixoloji yardım almaqla problemi aradan qaldırasınız.www.pcc.az
Turkan
2015-10-22
Salam cox xahiw edirem mene komek edin.menim 22 yawim var 2 yawinda ovladim var.8 ayliq hamileliyimde uz paralici kecirdim bir cox mualiceden sonra duzelmedi.indi ise erimin xeyanetin oyrendim o gunden beri susdum hec kimle derdlewmedim aglamaq isteyirem bacarmiram boguluram nefesim catmir.ozumu derin bir qaranloq quyuda hiss edirem.demey olarki ozumu hiss etmirem ele bilki men men deyilem.bilmirem hisslerimi nece bawa salim size.hecne duwune bilmirem.cox xahiw edirem komey edin.sizlede elaqe saxlaya bilmirem yoldawim icaze vermez buna.cox cixilmaz veziyetdeyem.cox xahiw edirem mene meslehet verin
Cavab: Salam,Türkan xanım.Çalışın,diqqətinizi daha çox pvladınıza yönəldəsiniz.Narahat olduğunuz məqamları yoldaşınızla bölüşün.www.pcc.az
Sevda
2015-10-22
Salam.Men nisanlimla birlikde olmusam.Amma o meni aldatdi indi basqa qiz qacirdib.Buna gore ozumu oldurmek istedim.Psixologiyam temiz pozulub tek care oldurmek isteyirem ozumu.Onun mene yasatdiqlarini hezm ede bilmire.Mene sizin komeyiniz lazimdir.
Cavab: Salam,Sevda xanım.Yaxşı olardı ki,əyani psixoloji yardım almaqla problemin həlli istiqamətində müəyyən addımlar atasınız.www.pcc.az
nigar zeynalova
2015-10-22
salam hekim menim 25 yasim var evliyem gecwler yatmiram ancaq seher tezden yeni 8-9arasi oda 2-3saat cox esebiyem cox ariqlamisam demek olarki yemekde yemirem hardasa 3aydiki buvezyetdeyem hecneden qorxmuram ureyimde ne fikirlesiremse yadaki nedusunuremse oda olur yoldasimla yola getmirem fikirlesiremki meni aldadir.bilmirem nedendi bunlar?
Cavab: Salam,Nigar xanım.Qeyd etdiyiniz durum müxtəlif səbəblərdən qaynaqlana bilər.İlk öncə səbəb olan faktorlar araşdırılmalı,daha sonra bu istiqamətdə korreksiya işləri aparılmalıdır.www.pcc.az
Gulshan
2015-10-21
Salam. Mənə psixologi kömək istəyirəm. Mən Xəyanətlə üzləşmişəm. Ancaq yoldaşım hər bir şeyi aydınlaşdırıbş Üzr isteyib. Dəfələrlə onu bağışlamağımı isteyir. Ancaq onu heç cür bağışlaya bilmirəm. Özümə qapanmışam. Onun heç bir sözünə inanmıram. Xahiş edirəm mənə bu haqda nə deyə bilərsiniz?
Cavab: Salam,Gülşən xanım.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın,Sizə psixoloqla görüşmək üçün zaman təyin edərlər.Əlaqə telefonu: (012) 480-36-29 yaxud da (055) 257-27-00 www.pcc.az
Zeyneb
2015-10-18
Salam.Bilirsiz men neceyem hem fobiyalarim var ve men bunun cox eziyyetini cekirem birdeki men ozum ozumu heyecanlandiriram cox fikirlesirem aglimdaki pis fikirleri cixarmaq istiyirem ama bacara bilmirem pis weylere yyozuram ki birden bele olar pisxoloji destey lazimdi sadece bilirem mene
Cavab: Salam,Zeynəb xanım.Qeyd etdiyiniz durum obsessiv-kompulsiv pozuntu olaraq dəyərləndirilə bilər.bsessiya-iradədən asılı olmadan,xarakterə zidd (ego-distonik) qovula bilməyən,təkrarlanan düşüncələr; Kompulsiya isə əksər hallarda obsessiv düşüncəni neytrallaşdırmaq üçün edilən təkrari hərəkətlərdir.Yaranmasında bioloji, psixodinamik və bihevioral model iştirak edir.Terapiyasında əsasən psixoterapiya aparılır,lakin göstəriş olarsa medikamentoz müalicə də aparıla bilər.www.pcc.az
Samirə
2015-10-18
Salam həkim Mənim 25 yaşım var iki ildir ailəliyəm lakin uşağımız olmur yoldaşımı sevirəm lakin onun bir çox hərəkətləri mənim həyat eşqimi öldürür məsələn ali təhsillilər ama işləməyimə razılığı var ama qaynatamın təzyiqi ilə məni işləməyə qoymur və ya mənə qarşı çox mehribandır ama mən deməsəm baş başa bir gün keçirməyimiz üçün heç çalışmır və sairə hərdən o qədər utanıram ki ayrılmağı düşünürəm ama onu da bacarmıram sizcə bu vəziyyətdə hansı addımı atmalıyam
Cavab: Salam,Samirə xanım.Narahat olduğunuz məqamları yoldaşınızla bölüşməyə çalışın. Uyğun dillə anlatın.www.pcc.az
Ulya
2015-10-17
Salam Elnur bey menim oglum cox esebidi 7yasi var ondsn bir soz sorusanda tez ozunden cixir son vaxtlarda hec soz esitmir herden mene deyirki sen meni cox istemirsen men onun bu davranislsrini basa dusmurem men neyleyim mumkunse meslehet verinde
Cavab: Salam.Çalışın, qeyd etdiyiniz problemin nə zamandan və ya hansı hadisələrdən sonra qaynaqlandığını araşdırasınız.Həmin məqamları nəzərə alın.www.pcc.az
RUSTAM
2015-10-16
Menim uwagimin 5 yasi var barmagini emir buna nece care tapa bilerem?
Cavab: Salam,Rüstəm bəy.Qeyd etdiyiniz durum oral dönəmin travması olaraq dəyərləndirilə bilər.Yəni südəmər dövrdə yetəri qədər südün verilməməsi irəli yaşlarda bu cür halla ortaya çıxa bilər.Prosesin aradan qaldırılması üçün psixoterapiyadan istifadə olunur.www.pcc.az
Ema
2015-10-15
Salam.Kecen il en yaxin refiqem xerceng xesteliyinin 1 ci derecesi ile (qadin orqanlarinda) emeliyyat olundu.Sevindiricidir ki hekimler butun qadin orqanlarini goturduler ve artiq tehlukenin sovusdugunu dediler.O vaxt kecirdiyim heyecan,qorxu canimdan cixmayib.Daim ozumun, yaxin adamlarimin bele xstelik tutacagi qorxusu meni teqib edir.Bu fikirleri basimdan nece cixara bilerem?
Cavab: Salam.Bu durumda əyani psixoloji yardım daha məqsədəuyğun olardı.www.pcc.az
Adınız 
Sualınız 
1234567891011121314151617181920
2122232425262728293031323334353637383940
4142434445464748495051525354555657585960
6162636465666768697071727374757677787980
81828384858687888990919293949596979899100
101102103104105106107108109110111112113114115116117118119120
121122123124125126127128129130131132133134135136137138139140
141142143144145146147148149150151152153154155156157158159160
161162163164165166167168169170171172173174175176177178179180
181182183184185186187188189190191192193194195196197198199200
201202203204205206207208209210211212213214215216217218219220
221222223224225226227228229230231232233234235236237238239240
241242243244245246247248249250251252253254255256257258259260
261262263264265266267268269270271272273274275276277278279280
281282283284285286287288289290291292293294295296297298299300
301302303304305306307308309310311312313314315316317318319320
321322323324325326327328329330331332333334335336337338339340
341342343344345346347348349350351352353354355356357358359360
361362363364365366367368369370371372373374375376377378379380
381382383384385386387388389390391392393394395396397398399400
401402403404405406407408409410411412413414415416417418419420
421422423424425426427428429430431432433434435436437438439440
441442443444445446447448449450451452453454455456457458459460
461462463464465466467468469470471472473

LOGİN

 Email
 Parol
Qeydiyyat