Sual Cavab

Kama
2015-10-15
salam.Oglum rus bolmesinde oxuyub.2015 in mezunudu.Qebul ucun rus bolmesi Azerbaycan dilinden imtahan verir.O 15 lazim olan baldan 13 yigmisdi ve imtahana buraxilmadi.Yeniden qebula hazirlasir.Lakin beynine yeridib ki Azerbaycan dilini yene vere bilmeyecek.Bu qorxunu hec cur def ede bilmirik.Men ne edim ki o daha inamli olsun
Cavab: Salam.İlk dəfə uğursuzluq yaşadığı üçün bunu dəfələrlə təkrarlanacağı qorxusu ilə özünü buna inandırır və nəticədə həyəcan, qorxu, diqqət dağınıqlığı kimi psixoloji vəziyyətin yaranmasına gətirib çıxarır.Problemin terapiyasında əsasən psixoterapiyadan istifadə edilir.www.pcc.az
abdulla
2015-10-12
Salam her vaxdiniz xeyir olsun men 6 aydi nevroz xesdeliyonen mualice aliram panik atakalar olurdu bogulmalar olurdu ama bunlar kecib sadece indi ozumu pis edirem her weyden soyumuwam hele bil bawqa dunyada yawayiram butun gunu gic kimi oluram havalanmaqdan ve aglimi itirmekden qorxuram mene ne ede bilerem zehmet olmasa meslehet verin
Cavab: Salam,Abdulla bəy.Panik atak qorxu (ölüm qorxusu) və narahatlıq hisslərinin tutma şəklində qəflətən başlayıb, 10 dəqiqə ərzində ən pik səviyyəyə çatan psixoloji narahatlıqdır. Xəstə 10 dəqiqə müddətində öləcəyini, infarkt keçirəcəyini və ya özünə nəzarəti itirərək yıxılacağını düşünür. Bu tip krizlər adətən insanların çox olduğu yerlərdə, qapalı otaqda, tıxaclarda olur və yarım saatdan sonra azalmağa doğru gedir. Buna baxmayaraq, xəstə tutmadan sonra çox halsız və ümidsiz olur. Bu səbəbdən də evdən tək çıxmağa qorxur, daim yanında güvənəcəyi bir adamın olmağını istəyir. Eləcə də tez-tez müxtəlif həkimlərə gedərək özlərini müayinə etdirir, evdə olarkən təzyiqlərini ölçdürüb, əlləri ilə nəbzini və ya ürək döyüntülərini yoxlayırlar.Problemin terapiyasında psixoterapiya və təyinata uyğun medikamentoz terapiya tətbiq oluna bilər.www.pcc.az
Samire
2015-10-12
Salam men axsam olanda cox narahat oluram aglima pis fikirler gelir kimse nese soz deyende eseblesirem ve hemin sozu adama tekrar eletdirem elemesem olmur birdeki harasa gedirem hemin yerden qayidib tezeden gedirem yeni bir seyi tekrar eliyirem nese ses olanda yata bilmirem ve en cox axsam qirxuram xahus edurem cvb yazin
Cavab: Salam,Samirə xanım.Qeyd etdiyiniz durum obsessiv-kompulsiv pozuntu olaraq dəyərləndirilə bilər.Obsessiya-iradədən asılı olmadan,xarakterə zidd (ego-distonik) qovula bilməyən,təkrarlanan düşüncələr; Kompulsiya isə əksər hallarda obsessiv düşüncəni neytrallaşdırmaq üçün edilən təkrari hərəkətlərdir.Yaranmasında bioloji, psixodinamik və bihevioral model iştirak edir.Terapiyasında əsasən psixoterapiya aparılır,lakin göstəriş olarsa medikamentoz müalicə də aparıla bilər.www.pcc.az
Kemale
2015-10-11
salam cox qeribehissler baw verir mende ozbawina eseblewib aqlayiram aqlamasam bele deli olacaq derecede esebleweirem uwaqlarimla kobud davraniram cox pisem cox pis
Cavab: Salam,Kəmalə xanım.Çalışın,problemin mənbəyini araşdırıb, həmin məqamları korreksiya edəsiniz.www.pcc.az
lale
2015-10-10
Salam.olum qorxusu meni terk etmir.pis xesteliye tutulacagimnan qorxursam beyniimden cixara bilmirem.
Cavab: Salam,Lalə xanım.Bu hal ipoxondriya olaraq dəyərləndirilə bilər.Yəni heç bir əsas olmadan hər hansı xəstəliyə tutulma və ya hansısa xəstəliyin daşıyıcısı olma kimi fikirlər narahat edir.Səbəb olaraq psixoloji faktorlar əsas götürülür. Terapiyasında əsasən psixoterapiya və təyinata uyğun medikamentoz terapiyadan istifadə edilir.www.pcc.az
Naile
2015-10-09
Menim oglumun 15 yawi var. hamiya inanir,hamini yaxwi bilir.deyirik o uwagla gezme,oynama deyir yox mene neyniyecek.mene gelir gorxur .amma bilmirem niye gorxur. Mene komek edin , indide duwurem dalinca gizlin gudurem .wukur pis bir wey gormurem .neyniyim mene meslehet verin
Cavab: Salam,Nailə xanım.Yaxşı olardı ki,əyani psixoloji yardım almaqla problemin həlli istiqamətində müəyyən addımlar atasınız.www.pcc.az
Saida
2015-10-09
Salam , menim oglumun 15 yawi var danliyanda el barmaglarini elinin icinde sixir,oynadir. Hekim, yalanlarida var . Mene meslehet verin.
Cavab: Salam,Saida xanım.Qeyd etdiyiniz durum yeniyetməlik dövründə rast gəlinən davranış pozuntusudur. Zamanında korreksiya olunmasa irəlidə müəyyən fəsadlara gətirib çıxara bilər.www.pcc.az
samire
2015-10-09
Salam Narinc xanim.menim oglumun 4 yawi var.cumleleri normal qowub daniwir.ama bezen telesende yaxud her hansi bir sohbeti duzub qowub daniwmaq isteyende cumledeki sozlerden birini ve ya ikisini tekrarlayir.fikirlewib arxasin duzeltene kimi elece sozu 4 ve ya 5 defe tekrarlayir.men de o ele edib cumleni duzeltene qeder komek edirem ki qoy cumleni qowa bilsin.meselen deyir ay mama yolda it gordum.it it it it ustume hurdu.bir sozu belece tekrarlayir.meni narahat eden sual budur ki bu dilinde qusur hesab olunur?ve ya bu kekelemedirmi?xahiw edirem tez bir zamanda cvblandirasiniz.cunki rayonda yawayiram ve ayin axiri bakiya gelecem.problemdirse bu sizin yaniniza getirim.
Cavab: Salam,Samirə xanım.Problemin travma sonrası yarandığı və ya həyəcanlanan zaman ortaya çıxdığı araşdırılmalıdır.Bunun üçün əyani psixoloji yardım faydalı olardı.www.pcc.az
lale
2015-10-08
salam.mene arada ele bilirem ki ellerim bawim boyuyur cox pis oluram ele olur ki oturanan sonra duranda gozumun qabagi qaranliq olur bir nece saniye sonra kecir onda kimse daniwanda elebil sesi cox uzaqdan gelir.sonrada bawimda sancilar olur.bu neden ola biler?men neyniyim ki bele olmasin?evvelceden cox tewekkur
Cavab: Salam,Lalə xanım.Qeyd etdiyiniz durum özünüböyütmə sayıqlamaları olaraq dəyərləndirilə bilər.Narahatlıq psixoloji sarsıntı səbəbindən qaynaqlana bilər.İlk öncə problem araşdırılmalı,daha sonra korreksiya işləri aparılmalıdır.www.pcc.az
Nesrin
2015-10-08
Salam menim təcili elnur müəllimlə əlaqə qurmağımızı lazımdır Xahiş edirəm kömək edin mene
Cavab: Salam,Nəzrin xanım.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın, Sizə ətraflı məlumat verərlər.Əlaqə telefonu (012) 480-36-29 yaxud da (055) 257-27-00 www.pcc.az
rauf
2015-10-08
salam.siz 6ci ve ya bazar gunu isleyirsiz?
Cavab: Salam,Rauf bəy.Bəli, mərkəz həftənin bütün günləri fəaliyyət göstərir.Əlaqə telefonu (012) 480-36-29 yaxud da (055) 257-27-00 www.pcc.az
nigar
2015-10-08
Salam avala.oz.problemim haqda danismaq isterdim berkemde meni bezileri qinayar ki bunun agli yoxdur menim 30 yasim var iki qiz anasiyam ovladimdan biri berk xestelendi xestexanada yatasi olduq mene madi cehetden butun ailem yardim edirdi amma menevi cehetden heckim destey vermirdi yoldasim bele dardim icimde qalirdi bir ushagin derdi birde men o qeder bezmisdim ki deyirdim Ay allah ya menim yada ovladimin canin al cox yorulmusdum bir gun quran oxuyurdum ovladlarim oynayirdi quran oxudugum yerde ele bil meni kimse ovladlarini oldur deyirdi cox qorxdum ureyim tez tez cirpinmaga bashladi asmaya basladim qorxumdan ushaglari geyindirib anam kile getdim marshuruta minende camahatin neden yashamalari mene qeribe gelirdi hayat menim ucun o an sondu sonra ozume qest etme kimi hallar olur har seher tezden bu halllar meni cox incidir ovladlarimi cox sevirem amma pis fikirler aglima gelir meni cox narahat edir an coxda aybasi vaxtlari nevrapatolaqa muraciet wtdim dedi depresya kecirirsiz iki derman yazdi amma faydasi yoxdu tez te aglayiram artiq bununla bacara bilmirem derdimi kime desemde hami mene gulur ki gic gic danisma cox qorxuram ki neise ya ozume yada ovladlarima ederem mene komek edin
Cavab: Salam,Nigar xanım.Qeyd etdiyiniz durum keçirdiyiniz sarsıntı və gərginliklə bağlı ortaya çıxan obsessiv vəziyyətdir.İstənmədən beyninizə gələn fikirləri özünüzdən uzaqlaşdıra bilmirsiniz və bu halda narahatlıq keçirirsiniz,kiməsə zərər verəcəyinizi düşünürsünüz və bunları düşündüyünüz üçün özünüzü günahlandırırsınız.Bu durumda ən optimal variant əyani psixoloji yardımdır.www.pcc.az
senan
2015-10-08
salam.Unsiyet qurmaqda cetinlik cecikirem 30 yasim var dostum yoxdur mende isteyirem dostum olsun dostu olanlar kimi. Adi bir zarafati ciddi basa dusurem.Birde kimnense danissam herden narahat oluram ki birden nese sef nese deyerem qarsimdakida nese sef nese danisar bele xasiyyetime ve fikirlesmeyime gore sohbet ede bilmirem bezen.Bele olmagim ozumu yorur.Xahis edirem cavab yazin
Cavab: Salam,Sənan bəy.Bu durumda əyani psixoloji yardım daha faydalı olardı.İlk öncə səbəb olan faktorlar araşdırılmalı,daha sonra bu istiqamətdə korreksiya işləri aparılmalıdır.www.pcc.az
elchin
2015-10-07
Her defe isde xosagelmez hal bas verende isden cixmaq istiyirem. Baxmayaraq ki isim yaxsidi, derhal diger yerlerdeki islerle maraqlaniram. Sanki hami ile yaxsi munasibet qura bilmemek ve isi itirmek qorxusu var ve bu da meni depressiyaya salir. Sonra da motivasiya olmaq uzun cekir. Stress managment ve relationship management ile bagli coxlu telimlerde ve konsultasiyalarda olsam da ozumde bu problemi hell ede bilmirem. Nece komeklik ede bilersiniz?
Cavab: Salam,Elçin bəy.Qeyd etdiyiniz durum burn-out (emosional yanma)sindromu olaraq dəyərləndirilə bilər. İntensiv olaraq fəaliyyət göstərən şəxslərdə gərginlik və aşırı stress, monoton iş şəraiti səbəbindən bu tip problem yaranır.Problemin terapiyasında psixoterapiyadan istifadə olunur.www.pcc.az
Aysen
2015-10-05
Salam/Mene tecili psixoloq lazimdir/Usaq psixologiyasi ve boyuk psixologiyasini bilmesi vacibdir/Cunki problemim 50 50-yedir/Kime muraciet edim?
Cavab: Salam,Ayşən xanım.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın, Sizə müayinə və müalicə üçün zaman təyin edərlər. Əlaqə telefonu (012) 480-36-29 yaxud da (055) 257-27-00 www.pcc.az
rafiq
2015-10-03
salam.menim 20 yasim var.men harasa gedende,avtobusda universetde olanda elebil hami mene baxir ozumu rahat hiss ede bilmirem ellerim terleyir, uzum qizarir,lovheye cixanda maqzine gedende bele heyecanlaniram.men 3 il evvel pnevmaniya xesteliyi kecirmisem indi saglamam.nevropatoloq bunun bu xesteliye gore oldugunu deyir ancag mence utancaqliq ve elametler mende 6ci 7ci sinifden var ve psixoloji xesteliydi konkret sosial fobiyadi ancag hekim mennen razilasmir mezondenitden subhelenir sizce bu psixolojidi yoxsa sadece sinir sisteminin pozulmasi
Cavab: Salam,Rafiq bəy.Bu hal sosial fobiya olaraq dəyərləndirilə bilər.Sosial fobiyadi utancaqlıqdan şəxsin gündəlik fəaliyyətinə, eləcə də social əlaqələrinə ciddi mənada təsir etməsi ilə fərqlənən problemdir.Narahatlıq zamanı bir sıra somatik pozuntular;üzün qızarması, ürəkdöyünmə, tərləmə, ağız quruluğu, boğulma, əzələ gərginliyi və ayaqyoluna getmək istəyi və müvafiq psixoloji narahatlıqlar müşahidə olunur.Terapiyasında əsasən psixoterapiyadan və təyinata uyğun farmakoterapiyadan istifadə olunur.Yaxşı olardı ki,əyani psixoloji yardım almaqla problemi aradan qaldırmağa çalışasınız.www.pcc.az
lena
2015-09-30
salam her vaxtiniz xeyir olsun Elnur bey.men cox boyuk problem yawiyiram.aileliyem evde qaynana qaynatayla yawiyiram.bilirsiz peni qiciqlandiran nedi?!belkede sozum size gulmeli gele biler,amma bu meni botun nervilerimi oyadir.qaynatamin sufre arxasinda ozunu aparma qaydasi meni cox narahat edir.agzini marcidir,pratez oldugu ucun ,agzindaki qaliqlari ele bir wekilde temizlenmesi meni iyrendirir.sufrede umumiyyetle agiz marciltisina duze bilmirem .her gun hirslenirem .mene ne meslehet gorursuz?neynim?hec cur ozumle bacarmiram bele bir vezyyetde.birden agzima gelir agziniz marcatmayin amma deye bilmirem.pis cixarda.
Cavab: Salam.Qeyd etdiyiniz durum psixologiyada misofoniya adlanır.Yəni kənar səslər qıcıqlandırıcı təsir göstərir.Çalışın, prosesi müəyyən qədər anlayışla qarşılayasınız.Həmin insanın yaşı ilə bağlı situasiya olduğunu nəzərə alın, bir qədər soyuqqanlı yanaşın.www.pcc.az
Mensure
2015-09-29
Salam.men çox sofu bir insanam.aileliyem 2 oglum var.òzum ailemle tek olanda yaxsi oluram ama yoldasimin ailesi ve ya òz ailem gelib bizde qalanda çox esebi oluram.evde bir daģiniqlig gorende istemediyim veziyetler olanda çox eseblesirem.bu sofulugdan qurtulmag istiyirem.nece komek ede bilersiniz mene?
Cavab: Salam,Mənsurə xanım.Bu hal təmizlik obsessiyası olaraq dəyərləndirilə bilər.Obsessiyası qeyri iradi olaraq gələn fikirlər, kompulsiya isə həmin fikirlərə müvafiq davranışlardır.Təmizlik obsessiyası olan şəxslər ətraf mühitdə olan hər bir obyektin mikroblu,təmiz olmadığını düşünürlər.Buna uyğun da saatlarla əl yumaq,spirt və dezinfeksiya edici maddələrdən istifadə müşahidə edilir.www.pcc.az
Leyli
2015-09-29
Salam.Menim 15yasim var.Dehdet derecede qorxuram ve coox fikirlesib herseyi ureyime saliram ve nehayetinde ureyim cox doyunur ozumu piss edirem. ölum hadisesi esidende veya kiminse olduyunu bilende cooox pis oluram.Meni qorxu buruyur.. HERgece dusunurem ki Allahim sabah dura bilecem?Sagh cixacam...Cox qorxuram sabah a sag cixa bilmerem diye...Ve ureyimde hiss ederek coox doyunur ozumu narahat hiss edirem. .Xahis edirem mene yardm edin...Bunu def edim...
Cavab: Salam,Leyli xanım.Qeyd etdiyiniz durum panik pozuntu olaraq dəyərləndirilə bilər.Panik atak qorxu (ölüm qorxusu) və narahatlıq hisslərinin tutma şəklində qəflətən başlayıb, 10 dəqiqə ərzində ən pik səviyyəyə çatan psixoloji narahatlıqdır. Xəstə 10 dəqiqə müddətində öləcəyini, infarkt keçirəcəyini və ya özünə nəzarəti itirərək yıxılacağını düşünür. Bu tip krizlər adətən insanların çox olduğu yerlərdə, qapalı otaqda, tıxaclarda olur və yarım saatdan sonra azalmağa doğru gedir. Buna baxmayaraq, xəstə tutmadan sonra çox halsız və ümidsiz olur. Bu səbəbdən də evdən tək çıxmağa qorxur, daim yanında güvənəcəyi bir adamın olmağını istəyir. Eləcə də tez-tez müxtəlif həkimlərə gedərək özlərini müayinə etdirir, evdə olarkən təzyiqlərini ölçdürüb, əlləri ilə nəbzini və ya ürək döyüntülərini yoxlayırlar.Problemin terapiyasında psixoterapiya və təyinata uyğun medikamentoz terapiya tətbiq oluna bilər.www.pcc.az
elvin
2015-09-28
mən hər şeydən həyəcanlanıram kimsə nə isə kobud söz deyəndə nə isə eşidəndə qorxuram mənim beynimdən çıxmır.mən nə edə bilərəm
Cavab: Salam,Elvin bəy.Çalışın,proseslərə emosional yanaşmayasınız.Həyəcan yaradan situasiyalara diqqət yetirin və həmin an diqqətinizi dərqli istiqamətə yönəltməyə çalışın. www.pcc.az
Zeynal
2015-09-25
salam hekim oglumun 15 yasi var bu yaxinlarda cox boyuk bir qorxu hissi kecirib eve ogurluga giren maskalilarla dalasib hemin gunden geceler cox qorxur qolumuzdan berkberk tutaraq yatir bize komek edin
Cavab: Salam,Zeynal bəy.Bu hal posttravmatik stress olaraq dəyərləndirilə bilər. Posttravmatik stress pozuntusu müəyyən psixoloji sarsıntıdan sonra başlayan və həyat keyfiyyətini aşağı salan bir problemdir.Şəxs travmatik hadisəni və bunun perseptual-koqnitiv-emosional hissələrini yuxularında və gün ərzində təkrarlanan şəkildə yaşayır. Bu feedback`lar (geriyə dönmələr) hadisəni eyni canlılığı ilə şəxsə yaşadır və həyat keyfiyyətini diqqətə çarpan bir şəkildə aşağı salır.Terapiyasında psixoterapiya və təyinata uyğun şəkildə medokamentoz terapiya tətbiq olunur.Yaxşı olardı ki, bu səbəbdən əyani psixoloji yardım almaqla problemin həlli istiqamətində konkret addımlar atasınız.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın, Sizə müayinə və müalicə üçün zaman təyin edərlər. Əlaqə telefonu (012) 480-36-29 yaxud da (055) 257-27-00 www.pcc.az
gulnare
2015-09-24
Salam hekim ne olar mene komek olun oqlum 1 yas 9 ayliqdi her seyi yere cirpir basina vurur elinnen eseblesende ozunu ora vura cirpir ne ede bilerem
Cavab: Salam,Gülnarə xanım.Qeyd etdiyiniz durum nevroloji statusla bağlıdır.Yaxşı olardı ki,narahatlıqla bağlı həkimə müraciət edəsiniz.www.pcc.az
Betul
2015-09-24
Salam hekim.Men sadece qapaliyam.Hamiya qarsi soyuqam.Insanlardan uzaqlasmaq isteyirem.Isteyirem ozume qest edim.Amma bu gunahdi.Yasamaq esqim yoxdu.Yasamaq isremirem.Bilmirem ne edim?
Cavab: Salam.Yaxşı olardı ki,əyani psixoloji yardım almaqla problemin həlli istiqamətində müəyyən addımlar atasınız.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın, Sizə müayinə və müalicə üçün zaman təyin edərlər. Əlaqə telefonu (012) 480-36-29 yaxud da (055) 257-27-00 www.pcc.az
Eltun
2015-09-20
Salam, menim 22 yasim var ve bu gune kimi kiminlese ciddi bir problemim olmayib etrafimdaki her kesle normal munasibetim var her zaman dos-tanisla bir yerde olanda cox guleruz semimi sohbetlesirem ancaq evde tek qaldigim zaman ozumu cox bedbin hiss edirem bezen ozumu saxlaya bilmeyib aglayiram. sevdiyim bir qiz var ancaq O meni redd edir ve bu mene cox pis tesir edir.ne qeder calisamda O qizi unuda bilmirem. xais edirem mene komek edin men ne edim bu veziyyetden cixmaq ucun
Cavab: Salam,Eltun bəy..Bu hal posttravmatik stress olaraq dəyərləndirilə bilər. Posttravmatik stress pozuntusu müəyyən psixoloji sarsıntıdan sonra başlayan və həyat keyfiyyətini aşağı salan bir problemdir.Şəxs travmatik hadisəni və bunun perseptual-koqnitiv-emosional hissələrini yuxularında və gün ərzində təkrarlanan şəkildə yaşayır. Bu feedback`lar (geriyə dönmələr) hadisəni eyni canlılığı ilə şəxsə yaşadır və həyat keyfiyyətini diqqətə çarpan bir şəkildə aşağı salır.Terapiyasında psixoterapiya və təyinata uyğun şəkildə medokamentoz terapiya tətbiq olunur.Yaxşı olardı ki, bu səbəbdən əyani psixoloji yardım almaqla problemin həlli istiqamətində konkret addımlar atasınız.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın, Sizə müayinə və müalicə üçün zaman təyin edərlər. Əlaqə telefonu (012) 480-36-29 yaxud da (055) 257-27-00 www.pcc.az
Gulara
2015-09-19
Salam doctor. Men eseblesen kimi urek bulanma,qusma aktlari bas verir. Nebzim yavasiyir,nefesim kesilir. Ele hiss edirem ki,indi bu deqiqe olecem. Ellerimin icinden de soyuq ter axir. Bu ne ile elaqedar ola biler? Ekser hallarda aglamagimi icime atdigim zamanlar bas verir.
Cavab: Salam,Gülarə xanım.Qeyd etdiyiniz durum təşvişli-nevrotik pozuntu olaraq dəyərləndirilə bilər.Problemin fonunda narahatlıq, bir yerdə qərar tutmamaq, diqqət və motivasiyada pozulma, konsentrasiya pozulması, həyəcan, əsəbilik kimi psixoloji;taxikardiya,epiqastral nahiyədə ağrı,vegetativ reaksiyalar kimi somatik əlamətlər müşahidə edilir.Terapiyasında əsasən psixoterapiya aparılır.Təyinata uyğun medikamentoz terapiya da tətbiq oluna bilər.Bunun üçün əyani psixoloji yardım daha faydalı olardı.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın, Sizə müayinə və müalicə üçün zaman təyin edərlər. Əlaqə telefonu (012) 480-36-29 yaxud da (055) 257-27-00 www.pcc.az
Sara
2015-09-17
Salam.menim problemim insanlar icine cixanmiram cixan kimi ozume pisixolojitesir edirem ki birden ureyim bulanar ve ya agriyaram bu kimi seyler olur bunu nece mualice etmek olar
Cavab: Salam,Sara xanım.Bu hal sosial fobiya olaraq dəyərləndirilə bilər.Sosial fobiyadi utancaqlıqdan şəxsin gündəlik fəaliyyətinə, eləcə də social əlaqələrinə ciddi mənada təsir etməsi ilə fərqlənən problemdir.Narahatlıq zamanı bir sıra somatik pozuntular;üzün qızarması, ürəkdöyünmə, tərləmə, ağız quruluğu, boğulma, əzələ gərginliyi və ayaqyoluna getmək istəyi və müvafiq psixoloji narahatlıqlar müşahidə olunur.Terapiyasında əsasən psixoterapiyadan və təyinata uyğun farmakoterapiyadan istifadə olunur.Yaxşı olardı ki,əyani psixoloji yardım almaqla problemi aradan qaldırmağa çalışasınız.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın, Sizə müayinə və müalicə üçün zaman təyin edərlər. Əlaqə telefonu (012) 480-36-29 yaxud da (055) 257-27-00 www.pcc.az
Adınız 
Sualınız 
1234567891011121314151617181920
2122232425262728293031323334353637383940
4142434445464748495051525354555657585960
6162636465666768697071727374757677787980
81828384858687888990919293949596979899100
101102103104105106107108109110111112113114115116117118119120
121122123124125126127128129130131132133134135136137138139140
141142143144145146147148149150151152153154155156157158159160
161162163164165166167168169170171172173174175176177178179180
181182183184185186187188189190191192193194195196197198199200
201202203204205206207208209210211212213214215216217218219220
221222223224225226227228229230231232233234235236237238239240
241242243244245246247248249250251252253254255256257258259260
261262263264265266267268269270271272273274275276277278279280
281282283284285286287288289290291292293294295296297298299300
301302303304305306307308309310311312313314315316317318319320
321322323324325326327328329330331332333334335336337338339340
341342343344345346347348349350351352353354355356357358359360
361362363364365366367368369370371372373374375376377378379380
381382383384385386387388389390391392393394395396397398399400
401402403404405406407408409410411412413414415416417418419420
421422423424425426427428429430431432433434435436437438439440
441442443444445446447448449450451452453454455456457458459460
461462463464465466467468469470471472473

LOGİN

 Email
 Parol
Qeydiyyat