Emil2014-07-09 Salam Elnur hekim size sualim vardir hekim ozum ile baqli hekim mende neqativ fikirler coxalmaqa bawlayib bu meni cox narahat edir hekim oyrendiyime gore bu sayriwan deyilen nevrozla baqlidir hekim daimi neqativ fikirler menden ell cekmir nedense hekim bezen mende bu cur fikirler qorxuda yaradir hekim bunun haqda mene melumat vererdiz oz deyerli fikirinizle bunun mualice yolu nedir Cavab:
Salam,Emil bəy.Sarışan hallar nevrozu hal-hazırda obsessiv-kopulsiv pozuntu olaraq adlandırılır.Obsessiya-iradədən asılı olmadan,xarakterə zidd(ego-distonik)qovula bilməyən,təkrarlanan düşüncələrdir. Kompulsiya-əksər hallarda obsessiv düşüncəni neytrallaşdırmaq üçün edilən təkrari hərəkətlərdir.Müxtəlif növləri mövcuddur.Terapiyasında psixoterapiya ilə yanaşı medikamentoz müalicə də aparılmalıdır.Bununla bağlı əyani psixoloji yardım almağınız daha məqsədəuyğun olardı.Mərkəz ilə əlaqə saxlayın, Sizə müayinə və müalicə üçün zaman təyin edərlər. Əlaqə telefonu (012) 480-36-29 yaxud da (055) 257-27-00
namelum2014-07-09 Salam Elnur bey size muraciyyetimin sebebi odurki yoldawimin her bir kelmesi xetrime deyir tez inciyirem bunun sebebi nedi bilmek olar xaiw cvb yazin Cavab:
Salam.Ola bilsin ki,emosionallığınızla əlaqədardır.Çalışın,proseslərə həssaslıqla yanaşmayasənız.www.pcc.az
nermin2014-07-09 Salam aleykum.menim 18yasim.
bir aydi men mualice aliram qadin xesteliyinden dermanlar menim eseblerimi pozub her bir ince seye eseblesirem mene bir soz deyirler aci cvb verirem.ama sonra pesman oluram.mene bir yol gosterin xahis edirem .evvelceden tsk Cavab:
Salam,Nərmin xanım.Yaxşı olardı ki,bununla bağlı mütəxəssisə müraciət edəsiniz.www.pcc.az
nuray 1232014-07-09 salam.hekim bu yene menem men ailemdebas veren hadiselere gore mene edilen haqsizliqa gore cox esebi olmusam evveller cox sebrli idim indi ise disleirimi bir birine sixram dirnaqlarimi yeyirem esebden basim agriyir ozumu oldurmek isteyirem mene komek edin.hele dunen ozumu oldurmeye calisdim.amma Allahin mene verdiyi cani alib Allahin yaninda gunahkar olmaq istemedim doze bilmirem hemin gun sabaha dek fikir elemisem aglamisam yataqda deli kimi o teref bu teref donmusem basim ele bil indi partlayacaq kimi olmusam.menim adimi[nuray123]yadinizda saxlayin derdimi ancaq Allaha ve size aca bilirem menim prablemlerim coxdu.sizden kome almaq isteyirem. menim her sey tez xetrime deyendi belkede ona gore bu qeder fikir edirem.size bir hadiseni danisim men otaqi yiganda qardasimin isletmediyi yararsiz kalonkalari vardi olari zirzemiye qoymusdum dunen qardasim bunu bilenkimi deli oldu ustume qisqirib gedib wkafdan paltarlarimi yere tokdu dediki duw olari apardigin kimi qaytar yerine getirdim qoydum uzumde hecne olmamis kimi mimika yaratdim amma qiraqa kecib esebimden divari gemirdim axsam colde tek oturmusdum qardasim yanimnan kecende basimi sigaladi.yeqin ele bilibki bu meni rahatladar.ama men artiq cox yorulmusam...... Cavab:
Salam,Nuray xanım.İntihar etmək problemdən çıxış yolu deyil.Çalışın,proseslərə bir qədər soyuqqanlı yanaşasınız.Bu situasiyalara qarşı yeni yanaşma tərzi formalaşdıracaq.www.pcc.az
ayka2014-07-08 salam elnur emi,men size bir wey yazacam amma ALLAH xetrine cvb yazin.Men tibb mektebine girmiwem 1-ci kursda oxuyuram menim bir sevdiyim oglan var onu heddinden artiq cox sevirem ammma o nedense mene fikir vermir ara sira goruremki o mene baxir ona gore men onnun hisslerini oxuya bilmirem neyniyim size muraciet elemek istedim bes men nece deyimki ona sevdiyimi onsuz yawaya bilmirem axi ureyimdekilerini bir qiz bilir o menim dostumdur ona deyirem amma yenede ureyim bowalmir ne edim bilmirem xaiw edirem cvb yazin. mene cvb yazsaz size cox dua eliyecem yalvariram sozlerinize ehtiyacim var.indiden tewekkurler Cavab:
Salam.Prosesi axışına buraxmağınız daha yaxşı olardı.Zaman hər şeyi həll edir.www.pcc.az
Aynur ...2014-07-08 Salam elnur muellim Men 15 ildir aileliyem.Sevib aile qurmusuq Hemise onunla qurur duymusam.Hec vaxt inanmazdim o mene ne vaxtsa xeyanet eder 3 il evvel olan hadiseni esitdim ki mene xeyanet edib .In diyene kime hec vaxt mende subhe yaratmayib 1 il evvel nece defe eve gelmedi Telefonda mesaj tutdum ancaq uzune vurmadim.Ancaq esitdiyim hadiseni ona dedim dedi yalandi ser deyibler. Yene ustune getmedim O gun yene mene dedi dostumla 1 gune rayona gedirem inandim Sabahi gun geldi paltar sumkasinda Romantik maqazasindan alinan malin ceki ve qizlar ucun el salfeti.dedim bu nedi hec ne demedi sonra telefonu yoxladim dostu hemin vaxtda ona zengler etmisdi.Eger dostu onula idise o ona nece zeng vura bilerdi .Ancaq zengi onun uzune vurmadim .Indi siz deyin bu harqa ona desem duzgun olar.Xahis edirem deyin saq olun. Cavab:
Salam,Aynur xanım.Çalışın,uyğun bir zamanda qarşı tərəfə narahat olduğunuz məqamları bildirəsiniz.Düşünürəm,faydası olacaq.www.pcc.az
samire2014-07-08 Salam hervaxtiniz xeyir xahiw edirem mene bir dogru yol gosteresiz menim sevdiyim var 1ildirki daniwiriq o herbide olan vaxtlari taniw olduq bir aralar menim haqqimda pis sozler demiwdiler ona oda inanib 3 4 ay daniwmadiq sonra ozu zeng vurub dedi qala bilmirem sensiz bariwaq yalvardi biz bariwdiq ayin 1i herbini bitirib geldi deyirki gel goruwey uzr isteyirem doktor qizligimi isteyir menden cox weyler isteyir deyirem onda sen bedenimi isteyirsen meni yox and icir ki sevirem seni kiwi kimi soz verirem sene deyir 1 il yarim gozle meni telde daniwanda bedenivin wekilin cek at ozude eqreb burcundendi ama men razilawmiram hecbir dediyine eseblewir kusur xahiw edirem men nece emin olumki o dogurdan sevir meni yeni bunun isteyleri normal biweydimi Mene komey edin meslehet verin cox xahiw edirem onuda deyimki onu cox sevirem oda sevdiyine and icir ama yene tam emin olmaq isteyirem Cavab:
Salam,Samirə xanım.Belə bir addımı atmamağınız daha məqsədəuyğundur.Çünki qarşı tərəf Sizi bunun vasitəsilə asılı duruma sala bilər.www.pcc.az
GULNAR2014-07-07 salam hekim menim 19 yasim var men her seyden cox yorulmusam ve bezmisem evde olan problemler imtahanlar maddi veziyyetin zeyifliyi cox orub meni men cox yorgunam her seyden tez eseblesirem tez alisiram sora da sakitlesennen sora oz ozume fikirlesirem ki men niye bele oluram bezende icimde bosluq yaranir ele isdiyirem ureyim partliyana qeder qisqirim oda ede bilmirem birde baxiram ki gozlerimnen yas suzulur mene komek edin xahis edirem Cavab:
Salam,Gülnar xanım.Bu depressiya ilə əlaqədar ola bilərdi.Çalışın,bu tip fikirlərdən uzaq olasınız.Diqqətinizi başqa istiqamətlərə yönəldin.Müxtəlif fəaliyyətlərlə məşğul olun.Problemləri çox da böyütməməyə çalışın.www.pcc.az
aysu2014-07-07 salam xanim necesiniz menim prablemim buduki men ozumden asli olmayaraq eseblesirem ozumu ele ala bilmirem hec neden ve her kesden qaciram hec kimle yaxinliq edib ureyimi bosalda bilmirem birde hirslenen vaxt elim ayagim esir xais ediram mana komak edin Cavab:
Salam,Aysu xanım.İlk öncə çalışın problemin nə zamandan,hansı situasiyadan sonra yarandığını müəyyənləşdirəsiniz.Daha sonra bu barədə müəyyən addımlar atmağa çalışın.Əyani psixoloji yardım almağınız daha məqsədəuyğun olardı.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın, Sizə müayinə və müalicə üçün zaman təyin edərlər. Əlaqə telefonu (012) 480-36-29 yaxud da (055) 257-27-00 www.pcc.az
aydan2014-07-07 men cox qerbe hissler kecirirem ve ne olgunu niye oldugunu bilmirem.qizimi coox sevirem onun 1yawi menimse 22 yawm var.bezen icimden ona qarwi coox pis hissler kecir.onu bogmaq isteyirem.ama bu zaman onu qucaqlayib berk berk aglayiram.ona zere vermek istemirem vermeremde.ama niye bele hissler kecir icimden.nedir bunun sebebi.bezen ozumden qorxuram.nolar mene komek edn yalvariram.bu hisslerin yaratdigi pewmanciliq qorxu meni oldurecek Cavab:
Salam,Aydan xanım.Bu vəziyyətdə birmənalı şəkildə əyani psixoloqla görüşməlisiniz.Psixoloji yardım vasitəsilə ilk öncə situasiyanın səbəbi araşdırılıb,daha sonra buna müvafiq olaraq korreksion tədbirlər görülə bilər.Çünki belə bir vəziyyətdə istəmədən uşağa ziyan vura bilərsiniz.Həmçinin bir sıra psixoloji travmalara gətirib çıxara bilər.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın, Sizə müayinə və müalicə üçün zaman təyin edərlər. Əlaqə telefonu (012) 480-36-29 yaxud da (055) 257-27-00 www.pcc.az
RAMİLƏ2014-07-07 salam hekim necesiniz yaxşı olarsız hekim men çox kövrekem ne deseler aqlayıram odeyqa deyirem aqlamıcam yene aqlayıram ne deseler deyende acıqlananda esasda tez aqlayıram 15 yaşım var nolar meslet verinde kimse mene nese deyende aqlamaqla yanaşı tez özümden çıxıram esebleşiremki nie mene ele deyir o Cavab:
Salam,Ramilə xanım.Bu yeniyetməlik dövrü ilə əlaqədardır.Bu yaş dövrünü keçirən şəxslərdə əhvalın tez-tez dəişməsi,səbəbsiz yerə aqressiya,səbəbsiz ağlamalar və s. bu kimi hallar müşahidə olunur.Yaxşı olardı ki,yeniyetmə psixoloqu ilə əyani görüşəsiniz.Psixoloji yardım emosional durumunuz normal hala qayıtmasına,aqressiyanızın azalmasına kömək edəcək.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın, Sizə müayinə və müalicə üçün zaman təyin edərlər. Əlaqə telefonu (012) 480-36-29 yaxud da (055) 257-27-00 www.pcc.az
metanet2014-07-06 salam hekim mene xahiw komek edin.cvb yazin xahiw.Menim bawima cox hadiseler gelib aile prablemleri her wey 18yawim var kollecde 3cu kursa kecdim artiq menim he weim prablemdi size axirincini yazacam bir nece ay bundan qabaq bir oglan qohum menden xowu geldi elcisin gonderdi sora atamsa vermedi mende isdemirdim sonra oglan smsler azdi eve geldi indise ozumde ne edim bilmirem atam iwdiyirdim iwden cixardi kollecdende deyirki getmersen gelen ilden mende careni ozumu oldurmekde gordum bunu bir nece defe artig elemiwem dermanlar icmiwem damar kesmiwem i.dise umumiyyetle heyatdan getmek isdiyirem :( Cavab:
Salam,Mətanət xanım.Əyani psixoloji yardım almağınız faydalı olardı.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın, Sizə müayinə və müalicə üçün zaman təyin edərlər. Əlaqə telefonu (012) 480-36-29 yaxud da (055) 257-27-00 www.pcc.az
nuray 1232014-07-06 salam Elnur bey.men cox bezmisem heyatdan .men kendde yasayiram ailem hemise etmediyim ise gore meni gunahlandirir qardasim hemse mene deyirki sen nebilim nese qazan qaynadirsan senin islerini men ortaya cixardacam.menim 15 yasim var amma bilmirem o neden danisir men hecbir gizli is cevirmirem menim indiyedek hecvax sevgilim olmayib nedemen o deyen qizlardan deyilemki onunla bununla maraqlanim ancaq bu heyatda meni dostlarim kederlendirmir men cox aci cekirem ailemin mene dediyi sozleri hec cur qebul ede bilmirem oz icimde her gun olurem amma bunu hec kim bilmir uryimi hec kese aca bilmirem.qardasim oxumaqa gedecek bu gun mene deyirki qorxuram men gedennen sonra burdaki bezi qizlarkimi olasan nebilim adin cixar mense yerimde quruyuram.bilmirem bu sozler onun aglina hardan gelir.mende artiq heyata maraq qalmayib amma menim cox boyuk arzularim var oxuyum isim olsun.neyse menim kimseye zererim deymir bilmirem niye mene bele edir ozude bilirki men agilsizlig etmirem hec yerde.inanin cox bezmisem uzumde saxda gulus yaradib icimde aglamaqdan.bilmirem ne edim ailem oxumaqima razidi anam atam mene qarsi pis reftar etmir.amma qardasimin sozleri mende ozumu oldurmek isteyi yaradir.amma bir yannan arzularim gozumun qabaqina gelir dozmek isteyirem ama ne qeder dozesen?!!!men ne edim mene komek edin. Cavab:
Salam,Nuray xanım.İlk öncə ailənizlə bu barədə ətraflı danışın.Səbəb olan faktorları araşdırıb,daha sonra bu istiqamətdə konkret addımlar atmağa çalışın.www.pcc.az
sona2014-07-05 salam Elnur bey men heyatdan bezmisem ozumu oldurmek isteyirem Cavab:
Salam,Sona xanım.Yaxşı olardı ki,əyani psixoloji yardım alasınız.Çünki ilk öncə problemə səbəb olan faktorlar araşdırmalı,daha sonra bu istiqamətdə konkret addımlar atılmalıdır.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın, Sizə müayinə və müalicə üçün zaman təyin edərlər. Əlaqə telefonu (012) 480-36-29 yaxud da (055) 257-27-00 www.pcc.az
Aynura2014-07-05 salam imtahanla baglidir menim sualim heyacani aradan qaldirmaq nece olar? Cavab:
Salam,Aynura xanım.Çalışın,imtahan prosesini böyütməyəsiniz.Daha çox pozitiv yanaşın.Hər şeyin yaxşı olacağını düşünün.www.pcc.az
ayka yaska2014-07-05 salam menim qizimin qorxusu her defe ildirim caxanda meni oz yanina caqirib deyir ana menle yat 14 yawi var ozude beyninde hele bele pis pis weyler dolnair bu nedendi zehmet olmasa yazinda Cavab:
Salam.Bu hal astapafobiya (ildırım fobiyası) olaraq dəyərləndirilə bilər.Yaxşı olardı ki,bununla bağlı yeniyetmə psixoloquna müraciət edib,problemi zamanında həll edəsiniz.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın, Sizə müayinə və müalicə üçün zaman təyin edərlər. Əlaqə telefonu (012) 480-36-29 yaxud da (055) 257-27-00 www.pcc.az
gunel2014-07-04 salam menim adim guneldir 16 yasim var tez tez basim agriyir neden ileri gelir bilmek isteyirem Cavab:
Salam,Günel xanım.Bu aşırı gərginlik və stressdən dolayı yarana bilər.Çalışın,həyatınızdan bu tip situasiyaları uzaqlaşdırasınız.istirahətinizə zaman ayırasınız.www.pcc.az
aysel2014-07-04 salam xanim menim tez tez basim aqriyir sebebini bilmirem Cavab:
Salam,Aysel xanım.Bu gərginlik və stressdən dolayı yarana bilər.Çalışın,daha çox müxtəlif sakitləşdirici fəaliyyətlərlə məşğul olasınız.www.pcc.az
naza2014-07-04 salam elnurbey 10 ildir evliyemyoldasim ailesine qarsi laqeydir 6yasinda qizimda var ozum isleyirem sizce yoldasim bu illerden sonra deyisilmeye umid var bu iller erzinde onu deyismeye calisdim alinmadi oldugu kimide qebul etmeye calisdim artiq sebrim tukenib xahis edirem meslehet verin Cavab:
Salam,Naza xanım.Çalışın,yoldaşınızı dəyişmək əvəzinə ona adaptasiya olunmağa çalışasınız.Davranışlarına tolerantlıqla yanaşın.Bunu etdiyiniz təqdirdə ailədaxili münasibətləriniz də normal durumuna qayıdacaq.www.pcc.az
Gunay2014-07-04 Salam həkim mənim əhvalım tez tez dəyişir bu bir xarakterdi yoxsa ətrafımdakılarla barışmamaq, istədiklərimin həyata kəcməməsi üzündən belədi? yani sevincim tez kecir Cavab:
Salam,Günay xanım.Psixoloji yardım almağınızda fayda var.Bunu vasitəsilə problem araşdırılaraq,daha sonra reabilitasiya oluna bilər.www.pcc.az
Yagmur2014-07-04 salam.man bu aralar cox stress kecirtdim/ovladimi,qaynanami bir gunda itirdim.ozumda amaliyatli olduguma gora xastaxanada oldum.ela bil har sey ust usta dusmusdu.cox pis hallar kecirtdim.indi da dahsat asabi olmusam.basimda cox agrilar olur.mana komak edin yol gostarin/xahis ediram Cavab:
Salam,yağmur xanım.Bu posttravmatik stresslə bağlı ola bilər.Yaşadığınız psixoloji travmalar yaranmasına səbəb ola bilər.Bununla bağlı birmənalı şəkildə əyani psixoloji yardım almalısınız.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın, Sizə müayinə və müalicə üçün zaman təyin edərlər. Əlaqə telefonu (012) 480-36-29 yaxud da (055) 257-27-00 www.pcc.az
Mehriban2014-07-04 Salam axir vaxtlar cox esebi olmuwam etrafimdaki her kese nifret edirem tek qalmag istiyirem olmey istiyirem 1yawinda oglum var hetta oda menim eseblerime toxunur bilmirem niye bele olmuwam Cavab:
Salam,Mehriban xanım.İlk öncə bu hllara səbəb olan faktorlar araşdırılmalı daha sonra bu istiqamətdə korreksiya işləri aparılmalıdır.Bunun üçün ən optimal variant əyani psixoloji yardımdır.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın, Sizə müayinə və müalicə üçün zaman təyin edərlər. Əlaqə telefonu (012) 480-36-29 yaxud da (055) 257-27-00 www.pcc.az
nigar m-va2014-07-04 salam hekim 17 yasim var 16 yasimda 1 oglani sevdim ve tebiiki ailem razi olmadi munasibetimize,atam anam nece defe oglanla dalasdilar,ama helede sevirem oda meni hami mene agil verirki ayril onnan derslerini oxu,insituta hazirlasiram,amma onu hec cure beynimnen cixarib ata bilmirem,ne qeder deyiremsede onsuz heyat olar o kimdiki ona gore bele edirsen amma alinmir,hele depresyayada dusmusdum 2 ay evvel helede cixmamisam key kimiyem insanlarin dedikleri catmir ele bil ki mene,her gun yatiram yatagdan cixa bilmirem elece yatmaq istirem,artiq zeifleyirem 2 ayin icinde 8 kq ariqlamisam ozumde biliremki bunun axiri yaxsi olmuyacaq amma alinmir ne qeder hekime getmisik ariglamagima gore deyirler medesi pozulub hecne yeye bilmirem,yeni hamisi ona gore depresyaa olduguma gore olur xahis edirem,mene dediler size yazim face adresinizi dostluq atdim amma qebul etmiyibsiz padruqam dediki burdada yazirsiniz xahis edirem mene komek olun onu nece edim beynimnen cixarim?her yola el atmisam amma alinmir,cox yazdim vaxtinizi aldim amma ora gele bilmerem atamin xasiyyeti pisdir psixoloq desem nervlenecey,,bagislayin cox yazdigima gore amma eziyyet cekirem meni basa dusun cox sagolun,xahis edirem bir yol tapin,,, Cavab:
Salam,Nigar xanım.Hal-hazırda fikirlərinizi təhsilə yönəltməyiniz daha məqsədəuyğun olardı.Həmçinin bu davranış unutma prosesinə də müsbət təsir göstərəcək.www.pcc.az
seven2014-07-03 salam elnur emi men birini sevirem ozude cox sevirem qorxuramki onu itirecem mene bir meslehet yazin Cavab:
Salam.Çalışın bu tip fikirlərdən uzaq olun.Neqativ düşüncələrinizi müsbətə doğru dəyişin.www.pcc.az
Ilahe2014-07-03 Salam, menim boyuk qardawimin (28 yaw)istediyi qiz var,1 il olarki sevgilidirler,indi aralari kusulu kimidir,qardawimin iwi cox olur deye inciyir ki, meni yadina salmirsan ve s.dunen qiz menden komek istedi--- aramizi duzelt dedi,men ise yox cavabi verdim, istemirem qardawimin wexsi iwine qariwim,qiz ise mene dedi ki, sen qardawini cox istemirsenki?indi bilmirem duzmu etdim,yox demeyimin sebebi--men hec vaxt qardawlarimin wexsi iwine qariwmamiwam,istemirem sora pewman olum,ozu boyuk oglandi,neyin yaxwi olub olmadigini menden yaxwi biler, ne bilim, sizce men yox demekle duz hereket etdimmi? nolar cavab yazin,tewekkur oxudugun ucun Cavab:
Salam,İlahə xanım.Çalışın,aralarında olan münasibətə qarışmayasınız.www.pcc.az
ulviyye2014-07-03 salam elnur bey aileliyem son zamanlar sixinti kecirirem ailem mehribandir amma men onlarin yaninda darixiram tek qalmaq isteyirem tek qalandada oturub aglayiram adi bir problemide ureyime saliram calisiram evvelki kimi olum amma alinmir xaiw edirem meslehet verin Cavab:
Salam,Ülviyyə xanım.İlk öncə problemə səbəb olan faktorların araşdırılması,daha sonra bu istiqamətdə reabilitasion tədbirlərin görülməsi daha məqsədəuyğun olardı.Bunun üçün ən optimal variant əyani psixoloji yardımdır.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın, Sizə müayinə və müalicə üçün zaman təyin edərlər. Əlaqə telefonu (012) 480-36-29 yaxud da (055) 257-27-00 www.pcc.az
|