aynure dadawova2014-07-03 salam. men cox esebi olmuwam axir vaxtlar hec kesnen razilawmiram men eseblewende meni eseblewdiren adama kinim artir isdiyirem o da eseblewsin. sora meni sakitlewdirmek olmur neynim xaiw eliyirem komek eliyin Cavab:
Salam,Aynurə xanım .Bu yaşadığınız hər hansı sıxıntıdan yarana bilər.Çalışın,həyatınızda olan stress və gərginliyi aradan qaldırasınız.www.pcc.az
Nargiz2014-07-03 salam.bagislayin narahat etdiyim ucun.men nisanliyam.evdekilar narazi deyildiler amma bezi meqamlari basima vurub bezdirirdiler hem atamin psioloji problemleri var tez tez dalasir.cox bezdiricidi.nisanlimla dalasdiq ona ere getmeyeceyimi ovlad istemediyimi dedim stressdaydim.mene zeng vurub tel,da sakitlesdirmeye caliwsada tek qalmaq istediyimi dedim.bezdirdim bir sozle o da ayrilmaq istedi.men cox pis idim.yasamaq istemirdim.anam onunla danisdi.cox pis oldugmu dedi.ozu de pis olmusdu aglayirdi meni tek qoymaq istemediyini dancaq geleceyimiz yoxdu deyirdi.nehayet barisdiq mene sans Verdi.ama 3ay kecib evelki kimi deyil soyuq danisir ozun basa dusursen deyir.meni cox istediyini bilirem.belke gozunden dusmusem.bilmirem ne edim meslehet verin xahis edirem.twk edirem Cavab:
Salam,Nərgiz xanım.Çalışın,narahat olduğunuz məqamları qarşı tərəflə bölüşəsiniz.Düşünürəm faydalı olacaq.www.pcc.az
Sahibə2014-07-02 Salam.mən hədsiz dərəcədə əsəbiyəm.ən adi bir şeyə tez əsəbləşirəm.sakitləşməyə çalışıram ama özümnən asılı deyil,sakitləşə bilmirəm.qorxuram bu əsəbim sonradan xəstəliyə çevrilə. məsləhətivizə ehtiyacım var. Cavab:
Salam,Sahibə xanım.Yaxşı olardı ki,bununla bağlı əyani psixoloji yardım alasınız.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın, Sizə müayinə və müalicə üçün zaman təyin edərlər. Əlaqə telefonu (012) 480-36-29 yaxud da (055) 257-27-00 www.pcc.az
Nuride2014-07-02 salam,menim problemim oduki hedden artig esebiyem,her adi weye eseblewirem ve artig etrafimdaki insanlarla munasibetde olmaq istemirem,teklik isteyirem,xahiw edirem bunun sebebini deyerdiz Cavab:
Salam,Nuridə xanım.Bu depressiya ilə əlaqədar ola bilər.Aşağıdakı linkə daxil olaraq depressiya testindən keçib dərəcəsini müəyyənləşdirə bilərsiniz:http://psixotest.az/?smode=page&item=main_test&test_id=4
musa2014-07-02 heyecani nece aradan qaldira bilerem Cavab:
Salam,Musa bəy.İlk öncə həyəcanın nədən qaynaqlandığını araşdırmaq,daha sonra buna müvafiq olaraq aradan qaldırma üsullarını müəyyənləşdirmək olar.www.pcc.az
ayan2014-07-01 salam elnur bəy necesiniz teki yaxşı olarsınız menim bir pırablemim var göy gurultusundan şimşekden qorxuram hay deyirem qoxmayacam yenede qorxuram özümden aslı deyil nolar meslehet verinde hammıda gülürki qorxursan nolar meslet verinde ne edim ki qorxmayım Cavab:
Salam,Ayan xanım.Bu hal astapafobiya olaraq dəyərləndirilə bilər.Bununla bağlı ən optimal variant əyani psixoloji yardımdır.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın, Sizə müayinə və müalicə üçün zaman təyin edərlər. Əlaqə telefonu (012) 480-36-29 yaxud da (055) 257-27-00 www.pcc.az
ayan2014-07-01 salam men size bir sual verim:Men 10-cu sinifi bitirdim men evvel 10-cu sinife gedende men mewqelelre gedirem mellim mene dediki sen kimya mewqelesinde gelmek isteyirsense bawqa kendde gelmelisiniz mende razilawdim nese sozu uzatmayim men orda bir oglan gordum menim cox xowuma geldi men ona vuruldum onu helede cox sevirem yadimdan cixara bilmirem ona sevdiyimide deye bilmirem yeni men qiz o oglan bes men nece ona bildirim sevdiyimi?onu heqiqeten cox sevirem bir gun deli olacam gece yatanda ancaq onunla bagli xeyallar qururam bes men ne edim?oglan cox gozledir axi sevmek gunah deyil indi men ne edim men ona awiqem mene komek edin Cavab:
Salam,Ayan xanım.Çalışın,hal-hazırda diqqətinizi daha çox dərslərinizə ayırasınız.www.pcc.az
turkan2014-07-01 salam,necesiniz?bagislayin sizi narahat edirem.menim bir problemim var:menim sevgilim var insallah biz avqust ayinda nisanlanacagiq,amma mende ona qarsi hemise bir subhe olur.eminem ki meni sevir lakin menden uzaqda oldugu ucun mene xeyanet etdiyini fikirlesirem ve bunun ustunde hemise dalasiriq,lakin o menim eksime mene cox inanir ve men onu her defe gunahlandiranda onun xetrine deyir.sizden xahis edirem mene meslehet verin men oz esassiz subhelerimden nece yaxa qurtarim?indiden tesekkurler. Cavab:
Salam,Türkan xanım.Çalışın əsassız şübhələrinizdən vaz keçəsiniz.Çünki bu aranızdakı münasibəti mənfi istiqamətdə dəyişə bilər,həm də bu yolla qarşı tərəfi də soyuda bilərsiniz.Bu tip düşüncələri beyninizdən uzaqlaşdırın.www.pcc.az
ulviyye2014-07-01 salam elnur bey adim ulviyyedir 1ildir aileliyem erimi sevirem amma onu incidirem tez tez kusurem tez ozumden cixiram heyat yoldasim yaxsi insandir qorxuram ne vaxtsa bezer erimi yerli yersiz qisqaniram sonra pewman oluram daxilen ele insan deyilem hereketlerimdedusunmurem heleki usaqim yoxdu deyisilmek isteyirem xahiw edirem meslehet verin Cavab:
Salam,Ülviyyə xanım.Çalışın,bu tip davranışlaqrdan uzaqlaşasınız.Bunun əksi olan reaksiyalar münaibətlərinizin də normal olmasına yardımçı olacaq.www.pcc.az
aydan2014-06-30 geceniz xeyr Elnur bey sizin komeyinize ehtiyacim var ozde cox xahish edirem ki/ mene komeklik edesiniz men aileliyem boshanmish biriyle onun iki ovladi var mende ovlad isteyirem yoldashimda isteyir ancaq mene ele gelir ki o istemir men cox pisem artiq pisixologi olaraq mene pis tesir edir bakida yashamiram cox heyifki yoxsa sizinle uzbe uz sohbet etmek isterdim.cavabinizi sebirsizlikle gozleyirem Cavab:
Salam,Aydan xanım.Çalışın,istəyinizi uyğun bir zamanda yoldaşınızla bölüşəsiniz.www.pcc.az
leyla2014-06-30 salam elnur emi men niye tez tez esebelwirem niye?ozumu toparlamaq isteyirem amma alinmir Cavab:
Salam,Leyla xanım.İlk öncə əsəbləşməyinizə səbəb olan faktorları araşdırın,daha sonra bu istiqamətdə konkret addımlar ata bilərsiniz.www.pcc.az
Gunay2014-06-30 Salam menim17yawim var birini sevirdim 18yawim vardi 1il evvel olub bu hadise.ondan bawqa meni gulduren yox idi kurs yoldawim idi meni sevmirdi kurs yoldawi gozuyle baxirdi bawqasini sevdiyini bilmirdim.bilende kustum onnan neycun kustuymu bilmedi.behane uydurdum ona o qizin kurs yoldawim oldugunu oyrenende artiq qurtarmiwdim kursu bu yaxinlarda imtahanda gordum onu hele de unutmadigmi bawa duwdum ona gore deyesen depresiyaya duwdum onu unutmagcun cox adamnan sevgili olmag istedim ama olmur unuda bilmirem unutmagcun neyniye bilerem xaiw edirem mene meslehet verin Cavab:
Salam,Günay xanım.Yaxşı olardı ki,problemlə bağlı əyani psixoloji yardım alasınız.Əks təddirdə irəlidə digər münasibətlərinizdə fəsadlara yol aça bilər.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın, Sizə müayinə və müalicə üçün zaman təyin edərlər. Əlaqə telefonu (012) 480-36-29 yaxud da (055) 257-27-00 www.pcc.az
gulmira2014-06-30 Salam Elnur muellim menim 21 yasim var aileliyem yoldasim mene xeyanet edir men ne edim mene meslehetiniz ne olardi? Xaish ederdim cavablandirardiniz. Cavab:
Salam,Gülmira xanım.Çalışın,bu barədə yoldaşınızla ətraflı danışasınız,problemi aydınlaşdırıb,birlikdə həll yoluna yönələsiniz.www.pcc.az
Turkan2014-06-30 salam hekim men her hansi bir yerde tek reqem gorende narahat oluram meselcin her hansi bir sayta serh yazirm gorem ki, 23 serh sayim var tez birinide yaziram ki,cut olsun ve ya telefonumda reqiqemden gelen smslerin sayi 7 dirse birin silirem ki,cut olsun bu ne ile baglidi????nese tek reqemden qorxuram xahiw edirem cvblandirin rayonda yawayiram yaninza gele bilmeyecem 16 yawim var. Cavab:
Salam,Türkan xanım.Bu hal obsessiv-kompulsiv pozuntu olaraq dəyərləndirilir.Aşağıdakı linkə daxil olaraq bu barədə ətraflı məlumat əldə edə bilərsiniz: http://dusunce.az/entries/orxan-fərəcli/obssesiv-kompulsiv-pozuntu
konul2014-06-29 axsaminiz xeyir sualimi cavablandirdiginiz cox sagolun. men bu problemlerimi yeniden yasamag istemirem narahatamki menim ikinci hamileliyimde bu pblemleri yawayacam ya yox cox narahatam. meni bir taniwim narinc xanimin yanina getmeyi meslehet eledi men indi psixologiya ve konsultasiya merkezine muraciet eliyim yoxsa narinc xaninma zehmet olmasa mene bu barede komeklik gosteresiz Cavab:
Salam,Könül xanım.Narınc xanıma müraciət edə bilərsiniz.www.pcc.az
cavide2014-06-29 salam. men niwanliyam ve prablem cox yawayiriq ama eslinde ciddi bir sey yoxdu men herseyi prablem edirem. xalasigide qalmaq mecburiyetindedi ama men isdemirem ona gorede cox cetin gunler yasiyiriq.onun menden bawqa biriynen mehriban olmasini isdemirem cox qisqaniram onu ve meniynen bir az soyuq olmagina doze bilmirem ele olanda ozme gele bilmirem butun gunu agliyiram ele biliremki mene sevgisi azalib ele duwunuremki men onu isdediyim qeder o meni isdemir xaiw eliyirem komey eliyin.qabaqcadan tewekkurler Cavab:
Salam,Cavidə xanım.Bu patoloji qısqanclıq olaraq dəyərləndirilə bilər.Yaxşı olardı ki,bununla bağlı əyani psixoloji yardım alasınız.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın, Sizə müayinə və müalicə üçün zaman təyin edərlər. Əlaqə telefonu (012) 480-36-29 yaxud da (055) 257-27-00 www.pcc.az
memmedova2014-06-29 salam menim 29 yasim var 4ildir stiress ekecirmisem indi urek doyuntum qalxir qaytarma verir ayaqim tutulur bu ne ile elaqedar ola biler Cavab:
Salam.Bu posttravmatik stresslə əlaqədardır.Yəni keçirdiyiniz stressdən sonra yaranan travma vəziyyəti.Bununla bağlı ən optimal variant əyani psixoloji yardımdır.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın, Sizə müayinə və müalicə üçün zaman təyin edərlər. Əlaqə telefonu (012) 480-36-29 yaxud da (055) 257-27-00 www.pcc.az
nane2014-06-29 salam hekim men mart ayinda guclu eseb ve stress kecirdim daha sora bowluqa duwdum eseblerim tamam pozulmuwdu ve hemin vaxtlarda insanlarin olum xeberlerini tvden internetden ewidib pis olurdum halbuki fevral-mart ayina qeder cox soyuqqanli bir insan idim..he sozum ondadiki pis xesteelikden olen insanlarin veziyyetin atdim icime butun olari duwunmeye bawladim ve sonra cox pis oldum butun gun aglayirdim hecneden cunki beynim ancaq o barede daniwirdi persen magni B6 ve diasedil qebul eledim ve mutaileyle mewgul oldum dilim duada idi bir az duzeldim ama yene eyni veziyyet bawlayib sanki nece bawa salim sizi insanin diline mahni duwuree butun gunu icinde oxuyur mendede ele haldi bunu nece mualice ve ya ozumden def ede bilerem ?? heqqeten cox pisem qorxular yaranib icimde pis xesteliklerin adi gelende icime tewviw duwur ancaq qeyd eelediyim kimi mart-fevral o guclu esebi kecirmemiwden qabaq bele deildim..Diqqetinize gore sagolun Cavab:
Salam,Nanə xanım.Bu hal posttravmatik stress olaraq dəyərləndirilə bilər.Bu durumda birmənalı şəkildə əyani psixoloji yardımdır.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın, Sizə müayinə və müalicə üçün zaman təyin edərlər. Əlaqə telefonu (012) 480-36-29 yaxud da (055) 257-27-00 www.pcc.az
ayla2014-06-29 salam hekim menim 15 yasim var.cox kovrek biriyem mene pis soz deyenkimi onu aglimdan cixarxda bilmirem basdiyiram aglamaga amma bunu hec kim bilmir adi soz bele xetrime deyir tez eseblesirem.biraz heyecanlananda ve ya eseblesen kimi dirnaqlarimi yeyirem.hemde balaca usaqlar aglayanda qorxuram ozumu itirirem elim ayaqim esir.amma usaqlari cox sevirem xususilede gece yatarken usaq aglasa deli kimi oluram aglamaq isteyirem.ve nese xetrime deyse ozumu evde artiq biri kimi hiss edirem.o saat ilk aglima gelen sey ozumu oldurmek olur bu gune kimi nece defe intahara cehd etmisem alinmiyib. Cavab:
Salam,Ayla xanım.Bu aşırı emosional olmağınızla bağlıdır.Çalışın,proseslərə bir qədər soyuqqanlı yanaşın.www.pcc.az
tehmine2014-06-28 salam hekim menim ayin 20si imtahanimdi men coxx qorxuram heyecanlaniram ve de ki sixiliram Cavab:
Salam,Təhminə xanım.Çalışın,imtahana yüksək motivasiya ilə daxil olasınız.Neqativ fikirlərdən uzaqlaşın.Özünüzü imtahana müsbət kökləyin.İmtahan qabağı əyani psixoloji yardım almağınız daha məqsədəuyğun olardı.Psixoloji kömək sayəsində həyəcanınızı aradan qaldıra bilərsiniz.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın, Sizə müayinə və müalicə üçün zaman təyin edərlər. Əlaqə telefonu (012) 480-36-29 yaxud da (055) 257-27-00 www.pcc.az
sevinc2014-06-28 salam elnur bey men her defe size yaziram cvb yazdiginiz ucun cox sag olun elnur bey eveller cox qisqanc idim cunki heyat yoldasim meni niwanli vaxdi xeyanet elemiwdi onu bile bile yene aile qurdum yene eledi onu da deyimki ancaq telnen yaziwir goruwur 23 yawi var heyat yoldawimin ama mene bildirmez men kimnense oyrenirem ki mene xeyanet eliyib qizlarnnan goruwur evveller ozumu oldurmek bele isdedim ama her defe onun xeysnetiyle uzlewdim agir gelirdi ama sora anam soz verdim qisqanmiyacam indi qisqaniram ama ona biruze vermirem cunki anama soz vermiwem elnur bey mene deyirki men neynesemde seni sevirem hetda qurana bele el basirdi ki goruwsemde sevdiyim sensen sende qalassan indi men neyniyim icimdende atim qisqancligi onun goruwduyunde bilsem dalawmiyim ozumude incitmiyim onuda aglamiyim sixilmiyim mene komek edin Cavab:
Salam,Sevinc xanım.Çalışın,prosesə soyuqqanlı yanaşın.Qısqanclığınız qarşı tərəfi də sıxa bilər və bu tip davranışlara sövq edə bilər.www.pcc.az
konul2014-06-28 axsaminiz xeyir men sizi sualima narahat etmeli olacam evvelceden cox sagolun. adim konul 20 yasim var ailleliyem hamileliyin 7 ci ayinda qoorxunc yuxu gorub ve o yuxudan sora ozumu cox narahat hiss etdim qarabasmalar ozume ve aileme xesaret gumekler yuxuda qeribe hereketler bir sozle cox pisem emeliyyatla 8ci ayda uwagi goturduler ve uwagda sag qalmadi demek olarkiher sey ust uste geldi dedilerki usag dunyaya geldikden sora her wey yaxwi olacag amma olmadi dahada pis oldu indi ozum ozume qorxuram nevropatoloq pisixatr yanindada olmusam amma hecne indi sizden koek isteyirem cox sgolun. Cavab:
Salam,Könül xanım.Yaşadığınız situasiya postnatal depressiya ilə əlaqədar ola bilər.Yəni hamiləlikdən sonra yaşanan stress vəziyyəti.Hamiləlik dövründə yaşadığınız gərginlik də bu problemin yaranmasına stimul ola bilər.Yaxşı olardı ki,əyani psixoloji yardım almaqla problemi həll etməyə çalışasınız.Əks təqdirdə irəlidə fəsadlar üzə çıxa bilər.www.pcc.az
ilahe2014-06-28 salam doktur men ozumu axwam olan kimi pis his edirem ureyim cirpinir her weye heyecananiram derinden nefes ala bilmirem hele isteyiremki men diyen olsun herdende ele bilirem ki ureyim lepelenirrrr onuda qeyid edim ki heyecanli olmaqim kimlese munasibet quran kimi kecir 5ildi evliyem evladim olmur cox minatdaram size qorxulu nese yoxdu kiiii cox saq olun Cavab:
Salam,İlahə xanım.Bu hal təşvişli-nevrotik pozuntu olaraq dəyərləndirilə bilər.Narahatlıq, bir yerdə qərar tutmamaq, diqqət və motivasiyada pozulma, konsentrasiya pozulması, həyəcan, əsəbilik, pis bir xəbər alacağı gözləntisi və bütün bunların fonunda bir sıra somatik problemlər müşahidə edilir.Yaxşı olardı ki,problemlə bağlı əyani psixoloji yardım alasınız.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın, Sizə müayinə və müalicə üçün zaman təyin edərlər. Əlaqə telefonu (012) 480-36-29 yaxud da (055) 257-27-00 www.pcc.az
konul2014-06-28 salam hekim. ata ovladi ile mesgul ola bilmir daim gergin veziyyetde olur. ana ile daim dalasirsa sizce usagin ele bir veziyyetde, boyumesi ve ya ata ile ananin ayrilib usagin ananin himayesinde boyumesi hansi hal usaq ucun yaxsi olar Cavab:
Salam,Könül xanım.Uşağın bütün hallarda tam bir ailədə böyüməsi daha məqsədəuyğundur.Ailədaxili münasibəti düzəltməklə uşağın daha müsbət ortamda böyüməsini təmin etmək mümkündür.www.pcc.az
salam2014-06-28 Salam doktor menim hamilelik dovrumdu ve men cox aqrisiv olmusam ve cox kovrek her weye behane tapib agliyiram eseblerim alt ustdu butun gunu usagin sagligin dusunub heyacan kecirib qorxuram birde usagi dunyaya getirende oleceyimi dusunurem xais edirem mene komek edesiz birde menim bu vatlarimda hamini qoriram yoldasimin mene destey olmagin istiyirem ama etmir bunun bir tesiri ola biler yasim 24 Cavab:
Salam.Keçirdiyiniz hallar hamiləlik dövrü ilə əlaqədardır.Bu dövrdə bir çox insanlar hər şeyə həssas yanaşırlar,emosional olurlar.Yaxşı olardı ki,bununla bağlı əyani psixoloji yardım alasınız.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın, Sizə müayinə və müalicə üçün zaman təyin edərlər. Əlaqə telefonu (012) 480-36-29 yaxud da (055) 257-27-00 www.pcc.az
nermin2014-06-27 Salam hekim .Xahis edirem sona qeder oxuyn .Hekim menim 28 yasim var.kecen il yoldasim rehmete gedib.o gunden qeti olaraq ozume gele bilmirem ,o gunden ta bu gune qeder her axsamcaqi olan kimi halbahal oluram,buza donurem,havam catmir.Ele vaxt olur ki,guzguye baxa bilmirem,her sey mene qeribe gelir.Basimda aqrilarim olur,onurqamda aqrilar olur.Demek olar ki,butun csahelere aid olan hekimlerin muayinesinden kecmisem,hamisi nevroz diaqnozu qoyurlar.Mualice gotururrm hec birinin xeyri yoxdu.Neyese baxanda ele bilirem basim pozulacaq,iki elli basimi tutub sixiram,canim cox narahatdi.Xahis edirem mene komek edin.Evvelceden tesekkur edirem. Cavab:
Salam,Nərmin xanım.Qeyd etdiyiniz durum posttravmatik stresslə əlaqədar ola bilər.Yəni yaşadığınız stressdən spnra yaranan qalıq əlamət.Yaxşı olardı ki,bununla bağlı əyani psixoloji yardım almaqla,problemi həll etməyə çalışasınız.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın, Sizə müayinə və müalicə üçün zaman təyin edərlər. Əlaqə telefonu (012) 480-36-29 yaxud da (055) 257-27-00 www.pcc.az
|