Sual Cavab

ayan
2016-06-07
salam hekim menim bacim imtahan verdi ve kesildi onnan sonra ozune qapanmaga basladi ancaq agliyir ne deyirsen eseblesir kim onla danismaq istiyse telofonla ve s.danismir ne ede bilerik xahis edirem cavab yazin cox xahis edirem
Cavab: Salam Ayan xanım. İmtahanı xatırladacaq pis yaxşı heç bir söz deməməyinizdə fayda var. Məsələn, ağlama gələn il verərsən, heç nə olmaz tipli sözlər ən çox onları incidən sözlərdəndir. Ona vaxt verin. Əgər bu hal getdikcə pisə doğru getsə, mütəxəssisə yaxınlaşmağınız məsləhət edilir.
ayten dadawova
2016-06-06
salam 20 yawim var. men heyatda. bezmiwem artiq demek olarki her gun. eseb oluram. cox fikir cekirem.11 de oxuyan qardawim var meni eseb edir her gun. anama. yalandan sozler deyir qizin meni soydu. anamda ona inanir deyir sen. satawirsan o satawmaz. durdug yerde mene tehqir kimi sozler deyir. mende. anama deyende anlamir. onun terefini saxlayir. hamamda gedib sora aglayiram. ozumu oldurmey isdirem. qardawim gunahi ola ola anam meni vurur bu yawima gelib boyumuwem anam meni vurur sen dalawirsan. ozume qesd edmey isdirem ama yazigim gelir valdeyinlerime. anam qardawim terefini saxlayanda kusurem daniwdirmiram komek edin
Cavab: Salam Aytən xanım. Vəziyyəti ananıza çatdırmaq yerinə yan buraxa bilərsiniz. Məsələn bu yaşa gəldiyinizi qeyd edirsiniz, ancaq hər ediləni anaya demək bu yaşa uyğun deyil. Ola bilər sizi əsəbləşdirən hərəkət etsin, ancaq siz buna reaksiya verdiyiniz müddətcə bu siqnal qardaşınızda itməyəcək, davamlı bunu edəcək. Çalışın yetkin şəxs kimi belə şeylərə çox fikir verməyin. Onu uşaq kimi görün.
xalide
2016-06-06
Salam hekim.heddinden cox problemler ve cox derd gormusem acsam bağlanmaz ona gorede qisa yazim .menim yaxin bir adamim ile prablemim olub indi o adami gorende az qaliram onu oldurem mecburam onunla bir evde yasayiram cox esebi olmusam.ne edimki ya bu adama dozum ya da... mene meslehet verin.
Cavab: Salam Xalidə xanım. Həmin şəxs kimdir, sizə nə kimi, nə dərəcədə zərər verdiyini bilmədiyimiz üçün tam dəqiq nəsə demək qeyri-mümkündür. Ancaq ilk əvvəl "onunla yaşamağa məcburam" fikrini ağlınızdan çıxarsanız yaxşı olardı.
Aynura
2016-06-06
salam elnur emi necesiz? bagiwlayin narahat edirem . 18 yawimiz var.Bize komek edin,dersler terefinden cox oxuyuruq cox caliwiriq Allahada yalvariririq her wey yaxwi olsun,ama nedense qorxurruq iyulun 5-i imtahandi bacimla birlikde vereceyik cox qorxuruq ne edek? (
Cavab: Salam Aynurə xanım. Hər ikinizə də uğurlar. Əgər dərslərinizi layiqincə oxuduğunuzdan əminsinizsə, özünə güvənin.
Leyla
2016-06-06
Salam mən evliyem ozum cox esebiyem tez hirslenirem eger usağim olsa o da əsəbi olar?
Cavab: Salam leyla xanım. Yaxşı olardı ki, hamiləlikdən əvvəl psixoloq dəstəyi alasınız. Çünki hamiləlikdən sonra stress və əsəb vəziyyəti normal şəxsə görə də arta bilən bir haldır. Hazırda yorğun əsəbləriniz hamiləlikdən sonra daha da pis vəziyyətə gəlib çıxa bilər. Uşaq ana bətnindəykən ananın keçirdiyi hislərə əsəasən əsəbi yaxud problemli olur.
Xədicə
2016-06-05
Məndə qorxu hissi çox yüksəkdir ən çox gecələr bunun psixologiya ilə bir əlaqəsi var? Varsa nə etmək olar ?
Cavab: Salam Xədicə xanım. Nə kimi qorxulardır onlar? Qorxular birbaş psixologiya ilə əlaqəlidir. Əgər həyatınızda ciddi narahatlıqlar yaradırsa, aşmaq üçün mütəxəssis dəstəyi almaq lazımdır.
anonim
2016-06-05
Men çox esebiyem bilmirem derdimi kime deyim üzde çox sakit olsamda içimde delilik hetdine çatiram kim ne dedi kim ne etdi 10il bundan evvel olan söhbet bugün ağlımdadı kimlerese cvb vere bilmemisemse bugün özümle dalaşiram en esaaı düşündüklerim meni ağladir .Beynimnen silmek isteyirem herseyi bir yol gosterin cox xais
Cavab: Salam. Vaxtilə susmaq bu gün sizə bunları gətirib çıxarıb. Bir gün qərarlaşdırın və psixoloq qəbulunda olun. Bütün bunlar danışıldıqca mənasını itirib həllini tapmalıdır.
gunel
2016-06-04
salam menim prablemim oduki hecnede diqqetli ola bilmirem bu weyde menim sexsi heyatima cox zerer verim sevdiyim oglan cox muasirdi onunla neyise muzakire ede bilmirem yeni cox seyde sefi men edirem daniwiqlarim bezen hiss edirem ki onu bezdirir .Yeni demek istediyim mene komek ede bilersiniz ki onunla munasibetim maraqli xow kecsin indide tewekkurler
Cavab: Salam günel xanım. Dünyagörüşlərinizin nələrdən ibarət olduğuna diqqət edin. Əgər sizdə nisbətən azdırsa, yaxşı olardı ki, kitab oxuyub, digər nələrləsə maraqlanasınız.
hemide
2016-06-04
salam menim heyat yoldasim içki içen biridi ele vaxt olur az içir ele vaxtda olur hedden artiq çox içir ve ozunu idare etmeyi bacarmir mende belede bezirem yoruluram 3usaqimda var bilmirem ne edim içkini nece gozunden sala biler?xaiş edirem komek edesiz
Cavab: Salam Həmidə xanım. Yoldaşınız nə zamandan içir buna diqqət edin. İçmə səbəbi nədir? Əgər o rahatlama yaxud dincəlmə metodu olaraq içməyi görürsə, bunu kökündən həll etmək lazımdır, maraqlarını ypnləndirmək lazımdır. Əgər dinə qarşı hörməti varsa, bundan tutmaq olar.
Aygun
2016-06-04
salam.men 1il sevdiyimnen ayrilmiwam.1il daniwdiq.mene cox deyer verirdi.ve xarice gedecey iwlemeye meni gozleme dedi.istemirem seni daha incidim dedi.ferz ele yuxuydu M indi yoxam didi.men onsuz bacarmiram.geden gunu sene biwey verecem dedi ve birsoz diyecem.ona kimi zng eleme dedi.10gunden gedir.men ne etmeliyem?nolar meslehete ehtiyacim.menden soyuyubmu?nedi sebebi
Cavab: Salam Aygün xanım. Soyuyub soyumayıb bunu bilə bilmərik. Sadəcə araya girəcək olan məsafə onu bədbinləşdirir, belə bir səhnəcik yaratma ehtiyacı duyur. Eynilə kinolardakı kimi. Sadəcə çalışın dram etməyin. Yetkinliklə sağollaşmaqdırsa, sağollaşın. Ağlamaq, üzülmək, darıxmaq bunları indilik arxa plana atın. Çünki o ayrılıqla şüuraltı olaraq daha çox yaddaşınızda qalacağına inanır, nəinki münasibət çərçivəsində.
N....
2016-06-04
Salamaleykum hekim.men 4aydirki evliyem yoldasimla bir birimizi sevirik.mene qarsi diqqetlidi her defe isden gelende nese alir mene.her sey yaxsidir ama tek problem varki telfonla mesgul oldugu zaman ne desem esitmir cavab vermir hetta yemeyi men yedizdirirem yoxsa yemir mende onunla dialoq qurmaq isdediyim ucun coxlu suallar verirem sonra menden bezer deye sakit dururam.sualim budurki nece edim telfondan uzaqlasdirim yoldasimi ve menimle sohbet etsin menden bezmeden.indiden ALLAH razi olsun sizden.
Cavab: Salam. Sizə qarşı rəftarı yaxşıdırsa, arada özünə aid bir şey etməsi çoxdurmu? Diqqəti telefondadırsa, maraqlı nəsə oxuyur, yaxud baxır, niyə fikrindən ayırırsınız? Hesab edin kitab oxuyur, yəqin ki, bu zaman daha az narahat edər bu sizi. Ancaq düşünəndəki əlindəki telefondur nisbətən sizdə qıcıq oyadır. Sadəcə fikrini telefondan ayırmaq yerinə yönləndirməyə çalışın.
seva
2016-06-03
salam
Cavab: Salam Seva xanım buyurun.
aygun
2016-06-02
salam
Cavab: Salam Aygün xanım buyurun.
ilahe
2016-06-02
Salam menim atamla anam bowanib xeyanet ustunde bu mene cox tesir edir onlar haqqinda daniwanda boguluram nefes ala bilmirem men anamla elaqeni kesmiwem atamin arxasindayam anamin sehvini bagiwlaya bilmirem amma onsuzluqda mene cox tesir edir menim iki ovladim var bezen esebi olmagim ailemede pis tesir edir esebiyem ozde cox ne etmeliyen bilmirem
Cavab: Salam İlahə xanım. Xəyanət edən ananızdırmı? Sizcə o nəyə görə belə bir şey edib? Sizcə belə bir qadın idimi? Deyildisə, xəyanət etməyinə səbəb nədir? Böyük ehtimalla siz xəyanəti özünüzə qarşı edilmiş hiss edirsiniz, bütün xatirələrinizə hər şeyə. Odur ki, silib atmayın, sadəcə empatiya qurmağa çalışın.
Naile
2016-06-01
Salam Elnur dr. Menim ailemle problemlerim var. hec yola gede bilmirem. dusunce terzlerimiz ferqlidi. Mene gore ailede qardas baciya el qaldirmamalidir ve ya ata qizina qarsi artiq soz iwletmemelidi..bir soznen dunya baxislarimiz ferqlidi. atam ise deirki sene biz nenirik men bacilarimi o qeder doymusemki. men basa sala bilmiremki biz daw dovrunde yasamiriq medeniyyetden kenar hereketlerdi bunlar. Hetda evden getmek istirem ama Azerbaycanda yasadigimiz ucun qinaq merkezi olacam bilirem bir sey ede bilmirem. =( ne edim sualin vermicem sadece men sehfem? bunu bilmek istirem.. valdeyinemle mubahise etmemeliyem bilirem ama 24 yasim var ve men artiq bir sexsiyyetem oz fikirlerim var ama evde bunu qebul etmirler.
Cavab: Salam Nailə xanım. Bu əvvəldəndəmi belə idi? Siz uşaq olanda da bu hallar yaşanırdı? Sadəcə bir dəfə izah edin ki, bu hal sizi həyatda geri atır, öz hüququqlarını qorunmaqdan qorxan insan halına çevrilirsiniz, atanız həmişə yanınızda olmayacaq, qardaş da ailə həyatı quranda başı yoldaşına qarışacaq. Siz bu əzikliklə həyatınıza davam etməkdə çətinlik çəkəcəksiniz. Onsuz da onlara zid olan şeylər etmədiyinizi, arada sizə qadağalar etmək istədiklərində bunu şifahi dillə deməklərinin, onlara qarşı hörmətinizdən sözlərindən onsuz da çıxmayacağınızı bildirin. Döymək söymək olmadan da onların başını hər zaman uca tuta biləcəyinizi bildirin. Və bu zaman ərəfəsində öz üzərinizdə çalışın hədəflərinizi dəqiqləşdirib ona qarşı istiqamətlənin. Bunlarla güclənin.
Aygun
2016-06-01
salam menim 3ildi istedym oglan var qisqancdi hec cur task salmax olmur o dediyi olmalidi ancax indi burda deyil hec yere here bilmiyende evdekilernen prablem yawiyiram
Cavab: Salam Aygün xanım. Həyatınızdakı insan sizə evdəkilərlə problem yaşamaöınıza səbəb olursa, bunu ona bildirin. O qonaq deyil ki, nəyisə gizlədib öhdəsindən gəlməyə çalışırsınız. Bu şəxs həyatınızda sizə ən yaxın insandır, adətən problemləri elə biri ilə bölüşüb həll edirlər. Onunla danışın, baxın nə məsləhət edir.
Aydan
2016-05-31
salam menim 3ildi istedym oglan var esgerliydedi qisqancdi hec yere qoymur gedim meselen atam deyirki menen gedey bura ama o qoymur ele olanda bilmirem ne edim
Cavab: Salam Aydan xanım. Bundan narahat olduğunuzu açıq-açıq bildirin. Münasibətin bitəcəyindən çəkinib bu gün narahat olduğunuzu gizlətsəniz, sonrası daha qatı ola bilər. Atanızla belə harasa getməyə qoymayan adam sizə hansı rahatlığı verə bilər? Ən azından valideynlərinizə güvəni olmalı idi. Heç nə üçün gec deyil. Fikrinizi bildirin, bir az ürəkli olun.
Gülü
2016-05-31
Salam. Menim 25 yasim var. Son zamanlar her wey meni cox eseblewdirir (iwde,evde... ) cox gergin ve qerar vermekde qerarsiz oldugumu hiss edirem. Bilmiremki ne edim?! Muhit, insanlar sixir meni. Deyerli meslehetleriniz ucun evvelceden tewekkûr.
Cavab: Salam Gülü xanım. Bu nə qədər müddətdir davam edir? Daha dəqiq olması üçün özünüzə 2 həftə zaman verin. Əgər artmağa doğru gedərsə o zaman bunu simpton kimi görmək olar. İndilik sadəcə özünüzə nə qədər zaman ayırdığınıza diqqət edin. Ürəyinizi nəyin sıxdığını dəqiqləşdirməyə çalışın.
anim
2016-05-31
salam elnur emi menim 14 yasim var ve boyuyende sizin kimi psixoloq olacagam.men bir problemim varki,sinif rehberim her sinife girende kimise danlayanda hec menle adiyyati bele yoxdur amma ozumden asili deyil ellerim terleyir ve ureyim tez-tez vurmaga baslayir cox qorxuram sizc ne edim?
Cavab: Salam. Əgər psixoloq olmağa qərar vermisənsə başa düşməlisən ki, o müəllim sənin üstünə qışqıra da bilər, qışqırmaya da. Ancaq qorxmaq bizə heç nə verməyəcək. Ən uzağı qışqıra bilər, ondan sonra? hazırlıqlı ol hər şeyə.
Jale
2016-05-31
Salam, Doktor.Pis verdishlerden nece yaxa qurtarmaq olar? meselen, bosh-boshuna uzun muddet tv izlemek, lazim olmayan saytlari oxumaq ve s. bir sozle bosh yere zaman itirmek. ozune verdiyin sozu tuta bilmemek. teshekkur edirem.
Cavab: Salam Jalə xanım. Bunu pis vərdiş adlandırmaq doğru deyil. Sadəcə zaman bölgünüz yoxdur. Başqa dillə desək edəcək işiniz. çalışın maraqlarınızı kəşf edib, onları inkişaf etdirin.
Jokera
2016-05-30
Salam.Bağışlayın sizi narahat edirəm. Bir çox yollar axtardım amam sizə deməkdən başqa çıxış yolu tapa bilmədim. 20 yaşım var. 3cü kurs tələbəsiyəm. Dərslərimi 6cı sinfə kimi super oxumuşam şəklim şərəf lövhəsində müəllimlərin direktorun sevimlisiydim.... bir sözlə hər şey çox gözəl idi. Ulduzum parlayırdı sanki... düzdü onda da her şey isdediyim kimi deyildi. Ancaq heç indiki kimi problenim olmurdu. Məsələ bundadıki mən ailəmə nifrət edirəm daha doğrusu nifrətimlə sevirəm. Bir şey olsa onlara sarsılaram. Özümdə pis oluram ancaq nə etməli olduğumu bilmirəm... onlara hec vaxt sevgimi göstere bilmədim. Nə vaxt yaxsi bir sey etmek isdesem sonda yene pis bir sey tapib danladilar alçaltdılar. Qurtulmaq isdedim her yolu yoxladim yene olmadi. Güvenlerini itirmisem. Çünki mende kimise sevmisem. Amma bunu niye normal qarsilamirlar anlamiram. Mənimlə insan kimi davranmirlar gah cox sevirler gah cox nifret edirler. Gah sitlik edirler gah az qalır beynimi yere töksunler. Mən bu insanlari 20 ildi çözə bilmirəm. Dəhşət içindəyəm üsdəlik bu insanlar üzündən heç kimlede yola gede bilmirem o pisdi bu pisdi.... özüm pozitiv biriyem heyat dolu her zaman yaxşı olduğumu yaxşı tereflerimi yansıtmağa çalışıram insanlara ama sinirlerim tepeme çıxdığı an çox tez tez olur amma bezen dözülməz olur. Her seyi atıb getmek isdeyirem amma hara nece nece yasayaram sonra ne geler basima deye de cox qorxuram.... mumkun olsaydı etraflı dansardım size yeni 20 ilde dansacaq o qeder cox soz yigmisamki bogazima qeder geldi ne uda bilirem ne ata bilirem cox caresiz bir veziyyetdeyem... sizinlə bu movzuda ətraflı danşmam mümkündümü? Tək ümidim sizədi
Cavab: Salam. Yəqin ki, onların güvənini sarsmısınız. Yaxşı olardı ki, bir müddət bunlara diqqət etmədən özünüz üçün yaşayasınız. Söhbət saymamazlıqdan getmir, sadəcə öz işinizə verin diqqətinizi. Əgər görsəniz bu nəticə vermir çalışın onlarla oturub danışaraq həll yolu tapasınız
aytac
2016-05-28
Salam
Cavab: Salam Aytac xanım. Buyurun
zakir
2016-05-28
SALAM HEKIM MENIN DUMANLANIB HER SEY MENE YUXU KIMI GELIR BASIM KEYIYIR QORXURAM DELI OLARAM OZUM OZUME ŞISOFRANIYA XESTESI QOYMUSAM DUZELE BILMIREM XAYIS EDIREM MENE KOMEK EDESIS YARANMA SEBEBI QORXU HEYACAN OLUB EVVEL NEFES DARLIGIBAS AGRISI QEHER YUXUSUZLUQ VAR IDI INDI ONLAR QALMYIB
Cavab: Salam Zakir bəy. Əvvəla siz özünüzə diaqnoz qoya bilməzsiniz. Daha dəqiq diaqonozu psixoloq sizinlə söhbətdən sonra müəyyən edə bilər. Əgər vəziyyətiniz sizə çətinlik yaradırsa, psixoloq qəbulunda olmağınız məsləhətdir.
elvina
2016-05-27
salam axir vaxtlar cox yatiram bawim cox qariwiq olur bezen ne etdiyimi unuduram her kese esebi cvb veririem bilmirem bu nedendi isdyirem hemiwe tek olum evde tek qalmaq isdyirem
Cavab: Salam Elvina xanım. Çalışın yuxunuzu rejimə salın. hər istədiyinizdə yatmayın. Xüsusi yatma saatlarınız və gəzinti saatlarınız olsun.
Xuraman
2016-05-27
salam. Elnur dr.un qebuluna nece yazilmaq olar?
Cavab: Salam Xuraman xanım. 0552572700, 0124803629 nömrəsi ilə əlaqə saxlayın sizi qeydə alacaqlar.
Rufat
2016-05-27
salam hekim.uzun zamandir uzerinde dusunduyum bir meseleni aydinliqa qovudurmaq isteyirem.hekim bir insanin daxili,meneviyyati,subhesizki onun boyuduyu aileden,yetisdiyi ortamnan,cevrelendiyi etrafdan aslilidi.eger bir insan usaqliqi psixoloji sarsintilarla kecibse,yeni ailede ata ana arasindaki dava dalas ailede sevgi muhitinin olmayisi,mektebde,heyatda saqlam dusunceli olmayan insanlarla dostluq etmeyi ve.s butun bu saydiqlarim bu insaninda psixikasina,dusuncelerine,davranislarina,meselelere yanasma terzine tesir etdiyi ozunu gostreir.ama muhitini deyisdikden sonra,biraz mutalie etdikden sonra ozunde olan eksiklileri gorur ve daxilen cox eziyyet cekir.sualim beledi ki hekim bu insan daxilinde olan bu bosluqlari duzeltmek isteyir.bele insana ne meslehet gorerdiz?kitab oxumaqmi yoxsa gozel dostlarla yoldasliq etmekmi.bir cehetidede odurki normal olaraq ozu kimi olmayan insanlarla bir yerde olanda cox cixilir ve orani terk etmek isteyir.biraz uzun oldu uzurlu hesab edin.tesekkur edirem
Cavab: Salam Rüfət müəllim. Əslində məsələni bu qədər çox böyütməyə dəyməz. Yəni kitab oxumaqmı yoxsa dostluq etməkmi deyirsiniz, burada seçim edəcək nəsə də yoxdur. Həm onu həm bunu etmək də mümkündür. özünüzü rahat buraxın, etmək istədiklərinizi edin, bu qədər sorğulamayın.
Adınız 
Sualınız 
1234567891011121314151617181920
2122232425262728293031323334353637383940
4142434445464748495051525354555657585960
6162636465666768697071727374757677787980
81828384858687888990919293949596979899100
101102103104105106107108109110111112113114115116117118119120
121122123124125126127128129130131132133134135136137138139140
141142143144145146147148149150151152153154155156157158159160
161162163164165166167168169170171172173174175176177178179180
181182183184185186187188189190191192193194195196197198199200
201202203204205206207208209210211212213214215216217218219220
221222223224225226227228229230231232233234235236237238239240
241242243244245246247248249250251252253254255256257258259260
261262263264265266267268269270271272273274275276277278279280
281282283284285286287288289290291292293294295296297298299300
301302303304305306307308309310311312313314315316317318319320
321322323324325326327328329330331332333334335336337338339340
341342343344345346347348349350351352353354355356357358359360
361362363364365366367368369370371372373374375376377378379380
381382383384385386387388389390391392393394395396397398399400
401402403404405406407408409410411412413414415416417418419420
421422423424425426427428429430431432433434435436437438439440
441442443444445446447448449450451452453454455456457458459460
461462463464465466467468469470471472473

LOGİN

 Email
 Parol
Qeydiyyat