Sual Cavab

Aydan
2014-04-18
Salam Onceden psixoluqumuza xahiw edirem muracietime meslehetin yazsin cox pis veziyetdeyem... 19 yasim var 2 ile yaxindiki sevdiyim insan var 2 il erzinde uzun muddetli ayriliqlarimizda olub ama ne olubsada yoluna qoyub tekrar barismisiq ama ailem bildi heckim razi deyildi aileler birbirine duwmen oldu qanqaraciliq oldu men o insana gore herseye raziydim ama o ayrilmaq qerari aldi dedi bizim axrimiz yoxdu indiden bele aileler duwmendi birbirine ama onu deyimki bu insan hemiwe mene deyerdi bizi heckes ayira bilmez lap ailemde olsa meni behanesi yandirir getmeyi yox 4 gundu daniwmiriq zengde vurmur mensiz 1 deqe qala bilmeyen insan nece qalir mene catmir padruqalarima zeng etdirrem deyir onun yaxwiliqiycun edirem bunu ki o menle xosbext olmayacaq men nece unudacam onu cox ezab cekirem nede olsa 2 ilin xatiresi var qurban size mene komey edin hemde bu menim ilk sevgimdi qorxuram bunan sora kimise seve bilmerem ele bil heyatim sonub
Cavab: Salam,Aydan xanım.Yaxşı olardı ki,problemlə bağlı əyani psixoloji yardım alasınız.Əks təqdirdə digər münasibətlərinizə mənfi təsir göstərə bilər.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın, Sizə müayinə və müalicə üçün zaman təyin edərlər. Əlaqə telefonu (012) 480-36-29 yaxud da (055) 257-27-00 www.pcc.az
Aynura
2014-04-18
Salam hekim,bizim evde bir aralardi ki,soz-sohbet olur.xaw edirem sualima cavab verin cox vacibdir
Cavab: Salam,Aynurə xanım.Mümkünsə,sualınızı ətraflı yazın.www.pcc.az
Gulay
2014-04-18
salam menim sevgilim var ve bir birimizi cox sevirik.ozu de cox yaxsi oglandi.Ama menim ailem oglani istemirler vermek de istemirler meni ona.ne edim? bu meni cox pis sixir.xais cavab yazin
Cavab: Salam,Gülay xanım.Yaxşı olardı ki,ailənizin məsləhəti ilə addım atasınız.www.pcc.az
lale xanim
2014-04-18
Salam hekim,cox saqolun ki,cavablandirdiniz sualimiyeni men onu uduna bilmirem ne etsemde alinmir dostum var o mene deyirki sen onu unut unuda bilmirem ne eleuib ne olar xaiw edirem komek olun mene,onsuz yawaya bilmirem
Cavab: Salam,Lalə xanım.Yaxşı olardı ki,problemlə bağlı psixoloqa müraciət edib,həlli istiqamətində müəyyən addımlar atasınız.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın, Sizə müayinə və müalicə üçün zaman təyin edərlər. Əlaqə telefonu (012) 480-36-29 yaxud da (055) 257-27-00 www.pcc.az
nermin
2014-04-18
salam hekimen anama cox bagliyam.anam 1 gunluk eve gelmedikde sanki boguluram nefes ala bilmirem.bu nedendi?
Cavab: Salam,Nərmin xanım.Bu Sizin ananızla olan emosional bağlılığınızla əlaqədardır.Yaxşı olardı ki,aradan qaldırmaq üçün əyani psixoloji yardım alasınız.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın, Sizə müayinə və müalicə üçün zaman təyin edərlər. Əlaqə telefonu (012) 480-36-29 yaxud da (055) 257-27-00 www.pcc.az
Valida
2014-04-18
Salam,men 2 il evvel sevgilimden ayrilmisham.Gunah mende olub o bele deyir.Men onu geri qaytarmaq isteyirem.Amma alinmir ve men cox uzulurem.Mene nece komek ede bilersiz?
Cavab: Salam,Validə xanım.Yaxşı olardı ki,öz həyatınıza fokuslanasınız.Həmin insana qarşı emosional bağlılığınızı qırmağa çalışın.Əks təqdirdə gələcək münasibətlərinizdə mənfi situasiyalar yarada bilər.www.pcc.az
AYLA_NUR
2014-04-17
Salam. Mən qayınanamı sevmirəm, lakin onunla birlikdə yaşamaq məcburiyyətindəyəm. Uzun müddətdir ki, əsəb, nevroz xəstəliyindən müalicə alıram. Psixoloq belə mənə kömək edə bilmədi. Onu görəndə sanki halım dəyişir, başım ağrıyır, mənə elə gəlir ki sanki yer bu dəqiqə ayağımın altından qaçacaq. Nə edim? Xahiş edirəm mənə kömək edin.
Cavab: Salam,Ayla xanım.Çalışın,onu çox da diqqətə almayasınız.Dediyi sözlərin Sizə istiqamətli olduğunu düşünməyin.Bu zaman problem həll oluna bilər.www.pcc.az
Nurten Gül
2014-04-16
Salam. zəhmət olmasa, bildirin, normal halda (kritik olmayan durumda) psixoloji seanslar neçə həftə və həftədə neçə dəfə olmalıdır? Çox sağ olun.
Cavab: Salam,Nurtən xanım.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın,Sizə ətraflı məlumat verərlər.Əlaqə telefonları:(012)480-36-29,(055)257-27-00 www.pcc.az
ayten
2014-04-16
salam ,men yuxuda ziyaretgah gormusdum , ondan sonra meni hemise yuxuda kimse cirmaqlayir ve ayilandan sonra bogazimda cirmaq izleri olur .Bu hardasa her iki aydan bir tekrarlanir .Mene dediler ki pirlere get ,ama yene de bu yuxunu gorurem ve bogazimda cirmaq izleri olur .Xahis edirem mene meslehet verin
Cavab: Salam,Aytən xanım.Yaxşı olardı ki,əyani psixoloji yardım alasınız.Çünki bu hansısa psixoloji problemdən qaynaqlana bilər.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın, Sizə müayinə və müalicə üçün zaman təyin edərlər. Əlaqə telefonu (012) 480-36-29 yaxud da (055) 257-27-00 www.pcc.az
lale xanim
2014-04-16
salam,hekim necesiz,beynimde bir nefer var yeni o hemiwe menim beynimdedir onu nece cixardim oz beynimden????????//
Cavab: Salam,Lalə xanım.Çalışın həmin insan barədə düşünməyəsiniz.Bir müddət sonra onu unudacaqsınız.www.pcc.az
Nana
2014-04-16
salam xanim men hemişe her işimde esebi oluram
Cavab: Salam,Nara xanım.Yaxşı olardı ki,əsəbiliyiniz səbəblərini araşdırasınız.Gördüyünüz işə müsbət istiqamətdə yanaşasınız.Bu zaman hər şey nizamla olar.www.pcc.az
ramile xanim
2014-04-15
salam hekim necesiz,,sizi narahat edirem amma meni bagiwdayin..sizden bir soz soruwum. men mektebliyem hazirliqlarada gedirem derslerde hemiwe eseblewirem fikirimi tez catdirmaq isteyirem amma hec bir wey alinmir men ne edib
Cavab: Salam,Ramilə xanım.Ola bilsin ki,hansısa səbəblərdən dolayı əsəb keçirirsiniz.Yaxşı olardı ki,araşdırasınız.Bunun üçün əyani psixoloji yardım alsanınz yaxşı olar.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın, Sizə müayinə və müalicə üçün zaman təyin edərlər. Əlaqə telefonu (012) 480-36-29 yaxud da (055) 257-27-00 www.pcc.az
ILDIRIM
2014-04-15
SALAMELNUR BEY XAHIS ELEYIREM MENE KOMEK ELEYIN MEN BIRAZ ESBLESERKEN NESE QIRMAK ISTEYIREM AXIRINCI SEFER MAMULYAMIN QORKASININ SUSESINI SINDIRDIM
Cavab: Salam,İldırım bəy.Bu əsəbləşərkən yaranan aqressivliklə əlaqədar ola bilər.Şalışın,bu tip situasiyalarda özünüzü ələ ala biləsiniz.www.pcc.az
Xəyal
2014-04-15
salam. həyatdan həzz ala bilmirəm dostlarıma ailəmə verdiyim sevginin qarşılığını görmürəm. günü gündən arıqlayıram insanlara nifrətim artır heç özümdə bilmirəm nəyə görə belə olur. gələcəyə inamım azalıb hətta özünə qəsd belə etmək fikirlərimdə olub. özümə işə həyata insanlara yararsız hesab edirəm xəyallarıma çata bilməyəcəyimə inanıram halbuki hər gün öz arzu etdiyim həyat barədə fikirləşirəm. bəkədə problem mənim insanlarda xoşbəxtlik axtarmağımdadı? xahiş edirəmki cavab verəsiz
Cavab: Salam,Xəyal bəy.Bu depressiya ilə əlaqədardır.Bu vəziyyətdə olan insanlar,yaşamdan həzz almırlar,özünüqiymətləndirmə və özgüvən aşağı olur və s. bu tip davranışlar müşahidə edilir.Bunun üçün ən optimal variant əyani psixoloji yardımdır.Əks təqdirdə irəlidə daha ağır fəsadlar verə bilər.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın, Sizə müayinə və müalicə üçün zaman təyin edərlər. Əlaqə telefonu (012) 480-36-29 yaxud da (055) 257-27-00 www.pcc.az
Ruzigar xanim
2014-04-15
Salam.men uzun muddetde demezdim 1 ile yaxin olarki bir insanla sevgi munasibetlerimiz var.fikrimiz ciddidir,qonwumuzdur uwaqligdan tanidigim onunda menim ailemi tanidigi bir insandir.men onu o qederde sevmirem seve bilmirem.o meni ama sevir ve eyni zamandada qisqancliglariyla bezdirir.mennen olsa ayrilmaq isteyirem bezmiwem.inadkardi menim isteylerime qarwidi.meni cox sixir.men ayrilmaq isteyirem ama munasibetlerimizi cox adam bilir qonwular qohumlar.istemiremde bele olsun.desinlerki sonradi olmadi.men neyniyim nece edimki onun her bir sozu meni qiciqlandirmasin,eseblewmeyim.mene cox yersiz qadagalar qoyur,buda mene eseb getirir,defelerle bunun ustunde xow daniwaraq bawa saliram gorurem xeyri yoxdu axirda sohsohbete gelib cixir.mene meslehet verin.cox xaiw edirem.coxsagolun.
Cavab: Salam,Ruzigar xanım.Çalışın,qarşı tərəflə fikirlərinizdə ortaq nöqtəni tapasınız.Əks təqdirdə,müxtəlif fikirlər ortaya çıxdıqda konfliktlərin sayı da artacaq.www.pcc.az
Nazli
2014-04-14
Salam,menim 20 yawim var ve sevdiyim oglan var,hardasa 2 hefte olar aramiz ele de yaxwi deyil , duzdu daniwirig ama soyug ,men onu hec kesnen paylawa bilmirem ona gore bezi hereketleri meni narahat eliyir .evvel hara getdi neynedi xeber verirdi ama uje yeni evvelki kimi deyil bezen xeber verir ve sonra eve gelende daniwirig.Etrafimdaki qizlar daniwirlar ki sevgilis ya niwanlisi ona cox sadiqdi her ne dedi eliyir cox deyer verir her deqiqe daniwirlar bizde bele deyil deye mene pis tesir eliyir ve problem yaradiram dalawirig.xarice getmek istiyir evvel istemirdi ama uje hevesi var evvel deyirdi seni qoyub getmerem ama indi geleceyi barede fikirlewir .belke de problem mendedi yeni her weyde dalawirig .3-4 gun ayri qaldig daniwmadig biraz sakitlewmiwdim ama cox darixiram onuncun aglimnan cixmir .men istiyirem her deqiqe menimle maraglansin ama onun xasiyyeti bele deyil.ve men buna gore hemiwe fikirlewiremki o meni sevmir ama ozu deyirki seni sevirem ozde cox .xahiw edirem meslehet verin .cox sagolun
Cavab: Salam,Nazlı xanım.Hər dəqiqə maraqlanmaması ona gətirib çıxarmır ki,onun Sizə qarşı münasibətlərində soyuqluq var.Bu işlərinin çoxluğundan dolayı ola bilər.Çalışın,uyğun zamanda onunla narahatlıqlarınız barədə danışın.www.pcc.az
naile
2014-04-14
salam qizim hedsiz cox nodbukla oynayir sosial sebekelere girib kimlese yazismir ancaq oyun oynayir dersleri ile az mesqul olur 15 yasi var men onu nece nodbukdan yayindira bilerem?komek edin
Cavab: Salam,Nailə xanım.Göstərdiyi davranışlar yeniyetməlik dövrü ilə əlaqədardır.Yaxşı olardı ki,kompüterlə məşğul olmaq üçün müəyyən məhdudiyyətlər qoyasınız.Müxtəlif saatlara və ya həftənin müvafiq günlərinə böləsiniz.Düşünürəm,faydası olacaq.www.pcc.az
konul shahmuradova
2014-04-13
salam .men aileliyem 1 qiizm var.yoldasimla cox yaxsi davraniriq.amma onun anasi ile problemim var mene qarsi cox haqsizliq olur ona doze bilmirem cox pis oluram haqsizliga doze bilmirem sozlerimi hec kime deye ilmirem kimese ehtiyacimvar.anam doz deyir yeni hami ele deyir.men neyniyim?butun gunu mene olunanhaqsizligi fikirlesirem sanki partlayacam birgun
Cavab: Salam,Könül xanım.Çalışın, onu olduğu kimi qəbul edin. Sizə yönəlik bir hal kimi qəbul etməyin. O problemi başqa istiqamətdə qiymətləndirəcəksiniz və bu Sizi narahat etməyəcək.www.pcc.az
konul
2014-04-13
Salam menim 24 yasim var menim problemim her seyi ureyime saliram cox fikir edirem kovreyem agliyiram mene ele gelirki mene nese olacaq ureyim cox agriyir men hec kesin qelbini qirmaq istemerem hamini cox isteyirem bilmirem evveller cox sen biriydim indi ozumu yasli insan kimi hiss edirem istemirem etrafimdakilar menden sixilsin mene meslehet verin tsk
Cavab: Salam,Könül xanım.Bu həyəcan pozuntusu ola bilər.Yaxşı olardı ki,aşağıdakı linkə daxil olmaqla testdən keçəsiniz:http://www.psixotest.az/?smode=page&item=main_test&test_id=154
xanim
2014-04-13
salam hekim necesiz,menim psixoloqa ehtiyacim var, mene komek ede bilersinizmi?Evvala menim 16 yawim var men birini sevirem men ona nece sevdiyimi beyan eliyib
Cavab: Salam.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın,Sizə psixoloqla görüşmək üçün zaman təyin edərlər.Əlaqə telefonu (012)480-36-29 yaxud da (055)257-27-00 www.pcc.az
ulduz
2014-04-13
kucede gezerken ozumu tam serbest hiss ede bilmirem.ozumu hamidan asagi seviyyede hiss edirem men ne edim?
Cavab: Salam,Ulduz xanım.Bu özünü aşağı qiymətləndirmə və özgüvən əksikliyi səbəbindən ola bilər.Çalışın,baryerləri keçin.Öz dəyərinizi anlayın.Heç kəsi özünüzdən üstün görməyin.www.pcc.az
milana
2014-04-13
salam mene komek edin hekim tezlikle dogusum olacaq inshallah herden ele sixiliramki nedense qorxum olur herdende ureklenirem, nece edimki dogus gunu sanci vaxti agrilar mene qorxu yaratmasin psixoloji ozumu sakitlesdire bilim ayni pozitiv yanasim, yoldasim meni sakitlesdirmir aciliyir o indi mene dayaq olmalidi, agrininanda gece tvye baxir o da deyirki sesin cixsa basina bir qapaz qoyacam hetta vururki sesini cixartma, qorxudan sakit qalib yatiram.sag olun
Cavab: Salam,Milana xanım.Çalışın,həmin ana özünüzü psixoloji olaraq hazırlayın.Düşünün ki,bir an olacaq və bitəcək.Prosesi vizuallaşdırın.Bu prosesi özlüyünüzdə böyütməyin.Bütün fikrinizi övladınıza yönəldin.www.pcc.az
gunel
2014-04-13
Salam.menim problemim her weyden hirsdenirem.en xirda bir wey olan kimi ozumden cixiram.cox qisqancliq edirem yoldawma.sebebsiz yere.her weyden tez bexirem,sixiliram.mene komek edin.indiden twk bildirirem.Allah razi olsun sizden
Cavab: Salam,Günel xanım.Bu hal müəyyən psixoloji durumdan dolayı yarana bilər.Yaxşı olardı ki,əyani psixoloji yardım alıb,problemin korreksiyasına cəhd göstərəsiniz.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın, Sizə müayinə və müalicə üçün zaman təyin edərlər. Əlaqə telefonu (012) 480-36-29 yaxud da (055) 257-27-00 www.pcc.az
Ülker
2014-04-13
Salam. 35 yaşım var. 6 ay bundan öncə iş yerində qəfil halım pis oldu, başağrısı, təngənəfəslik, başgicəllənmə yarandı. Daha sonra bu hallar növbə ilə bir-birini əvəzləməyə başladı.Səbəbsiz yerə həyəcan, ürəkdöyünmə yaranır. Ba hal ən çox ağır fiziki iş və yaxud əsəb keçirən zaman baş verir. Adam çox olan otaqda qala bilmirəm. Mənə elə gəlir ki, başım gicəllənir, bu dəqiqə yıxılacağam. əlim-ayağım əsir, üşütmə və ya əksinə istilənmə olur. Hərdən mənə elə gəlir ki, ağır xəstəlik daşıyıcısıyam, USM-dən keçdim, analizlər verdim, heç bir xəstəliyim yoxdur. Amma yenə də inamsızlıq yaranır, və bu hal məni dayanmadan təqib edir. Şəxsi həyatımda hər şey qaydasındadır: övladlarım, məni sevən, başa düşən həyat yoldaşım var. Bu halları keçirməkdən yoruldum, əvvəlki kimi gümrah olmaq istəyirəm. Mən kimə müraciət edim. Xahiş edirəm cavab verin. Çox sağ olun.
Cavab: Salam,Ülkər xanım.Qeyd etdikləriniz daha çox ipoxondriyaya uyğun gəlir.Yəni,Sizdə heç bir xəstəlik olmadığı halda elə düşnürsünüz ki,müəyyən xəstəlik daşıyıcısısınız.Və bununla bağlı profilaktik tədbirlər görürsünüz.Bu psixoloji problem halında ən optimal variant əyani psixoloji yardımdır.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın, Sizə müayinə və müalicə üçün zaman təyin edərlər. Əlaqə telefonu (012) 480-36-29 yaxud da (055) 257-27-00 www.pcc.az
FIDAN
2014-04-13
SALAM.MENE ELE GELIRKI SIZDE MENI BASA DUSMURSUZ BU HISSLER MENDE 6-7 YASDAN BASLAYIB ONU UNUTMAQ UCUN NE EDE BILEREM.SIZI NARAHAT ETDIYIME GORE MENI BAGISLAYIN AMA BU ACI GERCEK MENI COX SIXIR
Cavab: Salam,Fidan xanım.Yaxşı olardı ki,psixoloqla görüşüb,problemilərinizi həll edəsiniz.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın, Sizə müayinə və müalicə üçün zaman təyin edərlər. Əlaqə telefonu (012) 480-36-29 yaxud da (055) 257-27-00 www.pcc.az
ayla
2014-04-13
salam men tewekkur edirem meslehete gore. menim bir meslehetede ehtiyacim var. menim gozum qusurludu, eynek taxiram. insallah bu il emeliyyat olacam. ama etrafdakilarin bezen mene qeribe baxdigini his edirem. ama belkede bu mene bele gelir yeni men bele o;landan beri insanlarin gozlerine ,yeni uzlerine baxa bilmirem, ozumu pis his edirem ki mene qeribe baxirlar sanki sizce men ne edim?? evvelceden tewekkurler.
Cavab: Salam,Ayla xanım.Çalışın,digər insanların fikir və nəzərlərinə diqqət yetirməyəsiniz.Daha çox özünüzü önəmsəyin.www.pcc.az
Adınız 
Sualınız 
1234567891011121314151617181920
2122232425262728293031323334353637383940
4142434445464748495051525354555657585960
6162636465666768697071727374757677787980
81828384858687888990919293949596979899100
101102103104105106107108109110111112113114115116117118119120
121122123124125126127128129130131132133134135136137138139140
141142143144145146147148149150151152153154155156157158159160
161162163164165166167168169170171172173174175176177178179180
181182183184185186187188189190191192193194195196197198199200
201202203204205206207208209210211212213214215216217218219220
221222223224225226227228229230231232233234235236237238239240
241242243244245246247248249250251252253254255256257258259260
261262263264265266267268269270271272273274275276277278279280
281282283284285286287288289290291292293294295296297298299300
301302303304305306307308309310311312313314315316317318319320
321322323324325326327328329330331332333334335336337338339340
341342343344345346347348349350351352353354355356357358359360
361362363364365366367368369370371372373374375376377378379380
381382383384385386387388389390391392393394395396397398399400
401402403404405406407408409410411412413414415416417418419420
421422423424425426427428429430431432433434435436437438439440
441442443444445446447448449450451452453454455456457458459460
461462463464465466467468469470471472473

LOGİN

 Email
 Parol
Qeydiyyat