Sual Cavab

konul
2014-04-13
Salam hekim,men on aydir aileliyem ve ana olmaga hazirlashiram ve bu muddetde mende yoldashima qarshi dehshetli inamsizliq,qisqancliq yaranib.ve bu meni chox uzur,aglima ancaq qara fikrler gelir.Sizce bu ne ile elaqedardir?
Cavab: Salam,Könül xanım.Bu hamiləlik dövrü ilə əlaqədardır.Bu prosesi yaşayan qadınların bir qismi belə səbəbsiz qısqanclıqla yaşayırlar.Lakin buna əsasən narahat olmağa dəyməz.www.pcc.az
ayla
2014-04-12
salam menim 19 yawim var men birine awiq olmusam deyesen...onun de mene baxdigini menle maraqlandigini gorurdum bu uzun muddetdii bele idi. ama bu yaxinda men onu basqa bir qizla danisarken gordum o basqa qizla elaqe qurdugunu oyrendim. bu meni sarsitdi. hemde cox men indi ne edim bilmirem. daha dogrusu o niye bele edir onuda anlamiram. xaiw mene meslehet verin. men bundan sora ne edim?
Cavab: Salam,Ayla xanım.Çalışın,öz həyatınıza fokuslanın.Və həmin insanı unudun.www.pcc.az
Gunel
2014-04-12
salam menim bir sevdiyim insan var 19 yawim var. oonunda menimle maraqlandigini gorurdum baxirdi yeni uzun muddetdi baxiwirdiq...ama bu yaxinda onun basqasiyla gordum gozumun onunde hemde meni vecine bele almadi bu da meni cox sarsitdi..hemde cox men ne edim bir meslehet verin.. bundan sora nece ozumu aparim?? xaiw meslehet verin.
Cavab: Salam,Günel xanım.Çalışın,həmin insanı unudun.öz həyatınıza fokuslanın.www.pcc.az
pervin
2014-04-12
salam.size cox ehtiyacim var.menim 6ci sinifden beri biryerde oldugum sevgilim var evvel mekteb vaxti uwaq sevgisi olub.ama indi artiq 23 yasimiz var.menim atam yoxdu,ailemde biraz problemer var anam bawqa biriyle beraber idi atamnan sonra..ama bowanmaqda anamin gunahi olmayib.bunlarin hamisin o oglannan gizletmiwem,ve herweyi gizlede gizlede ust uste biride gelirdi.sonradan yalanci oldum o herweyi oyrendi.ama asa duwen oglan deyil,men ona basa sala bilmedimki,utanmisam seni itirmemek ucun gizletmiwem.inanmir indi nece ildi mennen cox pis davranir 1 hefte yaxwi 1 hefte pis oluruq cunki onlarin ailesi coxboyuk adamlardi ve bowanan qadina pis baxirlar,ve o oglanda bilir ki,ailesi meni istemeyecek cunki anam bowanib..aciq daniwmir menle ama men biliremki,ona gore mene yaallanci filan deyirki men onna demiyim evlenek,o meni nece ildi evdende cole qoymur hecyere qoymur hami harasa gedir evde otururam.ne deyir edirem.men onun dediyi kimi qiz deyilem sadece werlernen meni iteleyir,ama yuz defede ayrilmiwiq yene ozu gelib qayidib.qala bilmeyir,cox eziyet cekirem herdefe tehqir edir aglayiram psixologiyam pozulub.geceler yata bilmirem,bilirem meni almayacaq yenede onun qulu kimiyem.,uzr isteyirem bu 1 hefte bunnan evvel mene dediki bawqa bir qizla elaqem olub aciq formada,yeqinki anladiniz ne demek istediyimi,,,indi men bilmirem onunla uz uze ayrilimmi yoxsa bagiwlayimmi???siz mene komek edin Allah ucun coxsagolun
Cavab: Salam.Münasibətiniz barədə ətraflı düşünün.Sizi qane edən və etməyən məqamları nisbət edin.Düşünürəm daha sonra doğru qərar verə bilərsiniz.www.pcc.az
cemile
2014-04-12
salam.menim padruqam var bir birimizi cox istiyirik.tezelikce sevgilisi olub.men onu oglanla paylawmaq istemrem.oglannan danwanda msjlawanda eseblewrem.ozude deyrki axir vaxtlarda mennen cox pis davranrsan.men eqoistem?nece elyimki bele olmuyum?evvelceden tewekkurler
Cavab: Salam,Cəmilə xanım.Bu müəyyən mənada qeyd etdiyiniz məqamla bağlı ola bilər.Çalışın, münasibətinizi düzəldin.Əks təqdirdə aranızda konfliktlərə səbəb ola bilər.www.pcc.az
ayka
2014-04-12
salam hekim evela sizi narahat etdiyim ucun uzr isteyirem izden bir soz soruwum:Menim 16 yawim var,dersde ozumu hemiwe narahat hiss eliyirem,cox eseblewirem,qizlarnan hemiwe dava eliyirik bu nedendir? mene komek edi xaiw edirem
Cavab: Salam,Ayka xanım.Ola bilsin ki,yaşadığınız müəyyən problemlərlə əlaqəli olsun və ya olduğunuz mühit Sizə uyğun olmasın və ora adaptasiyada müəyyən problemlər yaranır.Əvvəlcə problemin mənbəyini araşdırmaq lazımdır.Bunun üçün də yaxşı olardı ki,psixoloqa müraciət edəsiniz.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın,Sizə psixoloqla görüşmək üçün zaman təyin edərlər.Əlaqə telefonu (012)480-36-29 yaxud da (055)257-27-00 www.pcc.az
FIDAN
2014-04-12
SALAM ELNUR BEY MEN COX PIS VEZIYYETDEYEM MEN SEVGIDEN EZAB CEKIREM.15 YASIM VAR BILIREM FIKIRLESECEKSIZKI BU YASDA NE SEVGI AMA MEN UREYIMLE BACARMADIM MEN SEKKIZ IL BUNDAN QABAQ YAXIN QOHUMUM BIZE GELDI BIZDE QALDI MENNEN COX VAXT KECIRIRDI BIRLIKDE GEZIRDIK NEYSE ONLAR GETDIKDEN SONRA MEN ONU FIKIRLESMEYE BASLADIM DAHA SONRA ONU LAP COX DARIXDIM GIZLI GIZLI AQLAYIRDIM YASIM ARTDIQDAN SONRA BASA DUSDUMKI ONU SEVIREM ONU XEYALLARIMDA YASATDIM TEKLIYI SEVDIM ONU DUSUNMEK UCUN O 4 IL SONRA GELDI MEN COX XOSBEXT IDIM ONA SEVDIYIMI HEC VAXT DEMEMISEM VE ALLAHA DA YALVARIRAMKI BUNU HEC VAXT BILMESIN.SONRA O YENE GETDI VE 4 ILDIKI ONU GORMUREM ESLINDE GUYE ONU UNUTMAq UCUN OZ ALEMIMDE BASQA BIRINI SEVDIM AMA YENEDE HEC KIM BILMEDI MEN YENEDE ONU DUSUNURDUM YENI HERDEN BIR AMA SONRA ANLADIMKI MEN YALNIZ ONU SEVIREM BOSUNA OZUMU ALDATMYIM VE AVQUST AYINDAN BU GUNE QEDER HER GUN ONU FIKIRLESIREM MENIM OXUMAQ FIKRIM VAR AMA HER DEFE KITAB OXUYANDA FIKRIM ONA GEDIR DEYESE YAXINDA GELECEKLER ONU COX GORMEK ISTEYIREM AMA ONU SEVDIYIM UCUN OZUMDEN UTANIRAM O XARICDE YASAYIR. MNIM ON ILDIR DOST OLDUQUM UREK DOSTUM VAR AMA MEN ONADA DEMEMISEM nedense ele biliremki meni hec kim basa dusmeyecek ve dostuma desem o menden kusecek cunki sekkiz ildi bunu ondan gizlemisem men cox ezab cekirem mene komek edin
Cavab: Salam,Fidan xanım.Yaxşı olardı ki,digərlərindən çox özünüzü düşünəsiniz.Yaşadığınız hisslər yeniyetməlik dövrü ilə əlaqədar ola bilər.Çünki bu yaş dövründə müəyyən hisslər yaranmağa başlayır.Çalışın,zamanınızın çoxunu dərslərinizə ayırın və diqqətinizi həmin istiqamətdə yönləndirin.www.pcc.az
XXAA
2014-04-12
Salam Elnur bey.Menim 32 yasim var.Menim sinirlerin darma dagin olub,eseblesende bedenimin her yeri agriyir.Ariqladigimi hiss edirem,xais edirem mene bir meslehet verin.
Cavab: Salam.Öncəliklə daha yaxşı olardı ki,problemin mənbəyi araşdırılsın və bu istiqamətdə korreksiya işləri aparılsın.www.pcc.az
vusale
2014-04-12
menim bu yaxinda aile problemim olub indi de yadimdan cizarda me nim ailede qaynanamnan problemim olub butun gunu beynimde onu fikirlewirem get gede depresiyaya duwurem yawamaq menim ucun ezab olub 2 uwaqim var yoldawim meni cox sevir 33 yawim var aile xowbextliyime mane olurlar hetta ayrilmaq da isteyirdim ne edim ki yawaya bilim
Cavab: Salam,Vüsalə xanım.Qeyd etdiyiniz kimi yoldaşınızla ayrılıqda problemiiz yoxdur.Yaxşı olardı ki,kənar müdaxilələrin qarşısını alasınız.Bu barədə yoldaşınızın da fikirlərini alın.Və daha çox diqqətinizi övladlarınıza yönəldin.www.pcc.az
Sahile
2014-04-12
Salam Elnur bey.Menim sinirlerim dagilib ona gore de eseblesende bedenimde agrilar olur.Ve ariqladigimi hiss edirem, buna gore mene bir meslehet verin xais edirem.
Cavab: Salam,Sahil xanım.Bu stresslə əlaqədar ola bilər.yaxşı olardı ki,bir müddət həyatınızda olan gərginliklərdən uzaq olub,istirahətinizə zaman ayırasınız.www.pcc.az
Gunka
2014-04-11
Coxsagolun sualimi cavablandirdiginiz ucun.onun xasiyyeti tunddu.bir nece defe demiwem sende psixi pozqunluq gedir esebisen.get psixoloqa mualice al,eseblerni sakitlewdir,bele deyende acigi tutur,deyir deli sensen.hec vaxt gelmez bilirem.inanin herden onunla aile qurmagdan bele cekinirem.neyneyim bilmirem:(
Cavab: Salam,Günka xanım.Yaxşı olardı ki,fikirlərinizi qətiləşdirəsiniz.Ortaq qərara gələsiniz.www.pcc.az
elnara
2014-04-10
salam, emosional bagliligi nece aradan qaldirabilerem? bawimi ne qeder qatsam da, ne qeder mewguliyyetim olsa da onu goren kimi hemin hallari kecirirem
Cavab: Salam,Elnarə xanım.Bununla bağlı yaxşı olardı ki,əyani psixoloji yardım alasınız.Yaxşı olardı ki,qardaşınızı yeniyetmə psixoloqu ilə görüşdürəsiniz.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın,Sizə psixoloqla görüşmək üçün zaman təyin edərlər.Əlaqə telefonu (012)480-36-29 yaxud da (055)257-27-00 www.pcc.az
C.Gunay 10-04-2014
2014-04-10
Salam Elnur hekim sizinden pisxoloq yardimi almaq isteyirem.Men tek bu sutatsiyadan cixa bilmirem sef etmekdende qorxuram.Mumkundurse unvani etrafli yazasiz xahiş edirem.
Cavab: Salam,Günay xanım.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın,Sizə ətraflı məlumat verərlər.Əlaqə telefonu (012)480-36-29 yaxud da (055)257-27-00 www.pcc.az
Ayka
2014-04-10
salam . menim qardawimin 17 yasi var. uwaqliqdan cox sakit ve, agilli uwaq olub..bu axir illeri cox pis oglan olub..ona hec kes soz deye bilmir.hamiya qiwqirir..men desem odu deyir...anama qiwqirir.dersderini oxumur.butun gun internetdedi.ne desek faydasi yoxdu...ne meslehet gorursuz?ne edek?xahiw edirem cavab yazin..
Cavab: Salam,Ayka xanım.Bu yeniyetməlik dövrü ilə əlaqədardır.Yaxşı olardı ki,qardaşınızı yeniyetmə psixoloqu ilə görüşdürəsiniz.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın,Sizə psixoloqla görüşmək üçün zaman təyin edərlər.Əlaqə telefonu (012)480-36-29 yaxud da (055)257-27-00 www.pcc.az
Qaraqan
2014-04-10
Salam elnur bəy mənim 17 yaşım var tez tez pis bir hadise olan kimi heycanlanıram men heycanımı adi şeraitdə nəcə yatırım yolların göstərində mənə
Cavab: Salam.Ola bilsin ki,hansısa hadisədən sonra yaranan travmadır.Problemi araşdırmaq daha yaxşı olardı.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın, Sizə müayinə və müalicə üçün zaman təyin edərlər. Əlaqə telefonu 012 480-36-29 yaxud da 055 257-27-00 www.pcc.az
Gunka
2014-04-10
Salam.men kecen defede yazdim mene cavab yazmadiz:(.menim narahatligim yaxin zamanlarda aile quracagim insanla baglidir.o cox qisqancdir,bu qisqancligi artiq ifrat dereceye gelib cixir.her weyden soz sohbetimiz yaranir.2 gunden bir kusuruk bu kusululuk 2 gundende cox cekmir.ozu yazir zeng edir.o heqiqeten meni cox sevir.ama eyni zamanda meni incidir.duzdur musbet cehetleride var.ama menide cox sizir.menim walvar geyinmeyime icaze vermir,deyir yayda artiq kec uzun yupkalara.mende her defe uzun yupka geyine bilmerem.buna razi deyilem.oda fikrinden donmurki donmur.men geyimimde hec vaxt heddi awmamwam.ama o yenede buna razi deyil.cuzi weyleri boyudub dava dalawa getirib cixardir.bu indiden beledirse aile quranda ne edecek meni incidecek bilmirem.siz mene meslehet vererdiz cox xahiw edirem.tewekkurler.
Cavab: Salam,Günka xanım.Ola bilsin ki,bu tip davranışlar onun şəxsiyyət tipindən irəli gəlir.Bu tip insanlar paranoid tip insanlar adlanır.Lazımsız yerə qısqanırlar,daim şübhə içərisində olurlar,tədirgin olurlar.Yaxşı olardı ki,birlikdə psixoloqa müraciət edib,problemi zamanında aradan qaldırasınız.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın,Sizə psixoloqla görüşmək üçün zaman təyin edərlər.Əlaqə telefonu 012 480-36-29 yaxud da 055 257-27-00 www.pcc.az
Tural
2014-04-10
menim qardasim oglu var.15 yasi var.siqaret cekir.amma onu tergide bilmir.Mektebde,gizli yerlerde cekir.nece edek ki,cekmesin?
Cavab: Salam,Tural bəy.yeniyetməlik dövründədir.Bu dövrdə çox da üzərinə getmək düzgün deyil,çünki etdiyi davranışı inadkarlıq edib artıra da bilər.Yaxşı olardı ki,siqaretin ziyanlı tərəfləri barədə məlumatlandırasınız və bunun heç nə müsbət davranış olmadığını qeyd edəsiniz.Bununla bağlı yeniyetmə psixoloqu ilə görüşdürsəniz daha yaxşı olardı.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın,Sizə psixoloqla görüşmək üçün zaman təyin edərlər.Əlaqə telefonu (012)480-36-29 yaxud da (055)257-27-00 www.pcc.az
nata
2014-04-10
salam Elnur bey men 8 ildi aileliyem bizde her sey normal gedir o vaxtaqeder ki usaq haqda ozum haqda bir problem olana qeder.eleki usagi hekime aparmaq lazimdi,yoldasim hepatit B vurusunun dasiyicisidi men peyvend olunmaliyam,deyende eseblesir deyirki niye, qorxursan ki sene kecer.men onu basa sala bilmiremki bizim usagimiz var neye gore sende mende bu xestelikden eziyyet cekmeliyik,men xestelensem mene yene sen baxmaga mecbursan,senin pulun xerclenecek.anma dedim yoldasimda bele xestelik var dedim apar meni peyvend ele.yoldasima zeg vurdum dedimki, gedim peyvend olum eseblesdi dedi get neylirsen ele.getdim peyvend oldum.hekim dediki gelen ay bu vax gelersen yene vurarix.yodasima deyirem deyirki,vurdular de bes eder.men qalmisam bele. usagi aparmaliyam hekime setelcem olub anam apardi hekime hekim dediki setelcemdi.indi mualcesi qutarib yene aparmaliyiq aparmir deyirki sagalibda.mene komek edin men neylemeliyem?cox sagolun.
Cavab: Salam,Nata xanım.Bu qarşı tərəfin məsuliyyətsizlik hissindən dolayı ola bilər.Həmçinin xəstəliyi ilə bağlı başqalarını günahlandıra bilər,həmçinin problemdən dolayı həssaslıqla bağlı ola bilər.Yaxşı olardı ki,ilk öncə qarşı tərəfdə məsuliyyət hissini yaratmağa çalışasınız.Və xəstəliyindən dolayı yaranan həssaslığına tolerantlıqla yanaşasınız.www.pcc.az
Aysu
2014-04-09
Salam hekim menim 19 yawim var hekim men son vaxtlar cox pis oluram beleki men herweyden gorxuram ele biliremki hecneyaxwi olmayacaq....Birdeki en cox problemim meni yaxin bir qohumum sevir mense onu sevmirem...aglimda ise butun gunu neqativ fikirler dolawirki birden onu severem evlenerem ne ediremse bu fikir menden getmir..Sizden cox xahiwim edirem mene meslehet veresiz....men ne edim bu kimi negativ duwunceler menden getsin.......
Cavab: Salam,Aysu xanım.Neqativ fikirlər,yaranan müəyyən narahatlıqlar həyəcan pozuntusundan dolayı yarana bilər.Yaxşı olardı ki,bununla bağlı əyani psixoloji yardım alasınız.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın,Sizə psixoloqla görüşmək üçün zaman təyin edərlər.Əlaqə telefonu (012)480-36-29 yaxud da (055)257-27-00 www.pcc.az
leyla
2014-04-09
salam adim leyla 17yasim var.meni en cox maraqlandiran sual budurki lezbi olmaq psixoloji problemin olmagiyla elaqelene biler?psixoloji pozgunluq demek olar buna?yoxsa bu normal bir haldir?
Cavab: Salam,Leyla xanım.Hal hazırda bu lezbianlıq xəstəlik siyasında deyil.Normanın bir variantı olaraq qeyd olunur.Uşaqlıqda keçirilmiş müəyyən travmalar buna səbəb ola bilər.www.pcc.az
Nuray
2014-04-09
Salam hekim,xahis edirem komek eleyin meslehetinize ehtiyacim var,menim 24 yasim var,heyat yoldasim fevral ayinda yol qezasinda rehmete getdi,hec onun 31 yasi olmadi,bir oglum var,cox pis veziyyetdeyem,onun yoxluguna doze bilmirem,bir birimizi cox sevirdik,xeyali gozumun qabagindan getmir,cox pis esebi olmusam.Hamiya nifret eleyirem,hec kimle danismaq istemirem.Xahiz edirem komek eleyin.
Cavab: Salam,Nuray xanım.Allah rəhmət eləsin.Bu durumda ən optimal variant psixoloji konsultasiyadır.Çünki Siz öz həyatınızı davam etdirməlisiniz.Çalışın,özünüzü ələ alın,diqqətinizi övladınıza yönəldin.Çünki bu yaş dövründə ona daha çox diqqət,qayğı lazımdır.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın,Sizə psixoloqla görüşmək üçün zaman təyin edərlər.Əlaqə telefonu 012 480-36-29 yaxud da 055 257-27-00 www.pcc.az
Zerife
2014-04-09
Salam.Narahat etdiyim ucun evvelceden uzr isteyirem.Evvel de Size yazmisdim.Hekim men 10 ildir ki iki ovladima yasayiram, ozum isleyirem,Hemise oz problemlerimi ozum hell etmisem. Usaqlar mekteblidirler, Ailenin butun yuku ustumdedir kirayede qaliriq.Ama kimsenin menim aile problemlerimle uzulmesini istemediyim ucun hemise yaxsi gorunmeye calisiram.isde de evde de,Ama icimde olan sixintimi ata bilmirem.Bir amalim var kimseye mohtac olmamaq,Cox sukur ki cetin de olsa her seyin yaxsidir deye dusunurem. bunun ucun de bir cox planlarim var.Ama ele bil elim qolum baglidi hec neye hevesim qalmayib.Evvelki enerjim yoxdur.Bele hevessiz olmam isime de , evde ed oz tesirini gosterir. Namazlarimi da otururem , daha da cox sarsinti kecirirem. Deyerli Meslehetlerinize ehtiyyac duyuram zehmet olmasa.
Cavab: Salam,Zərifə xanım.Bu hal psixologiyada Bernaur sindromu adlanır.Əsasən çox çalışan insanlarda,davamlı olaraq əlavə yüklənmədə olan insanlarda bu prosess öz təsirlərini göstərir.Aradan qaldırmaq üçün yaxşı olardı ki,istirahətinizə zaman ayırasınız.Gərginlikdən,stress yaradan faktorlardan uzaq olun.www.pcc.az
Fidan
2014-04-09
salam.men illernen tanidigim insanlari unuduram.olarnan olan xatirelerimi.hadiseleri.tarixleri ve s. bu psixoloji problem ola biler?
Cavab: Salam,Fidan xanım.Bu retroqrad amneziya adlanır.Yəni müəyyən dövrə qədər olan xatirələr,təcrübələr yaddaşdan silinir.Yaxşı olardı ki, bununla bağlı əyani psixolo ji yardım alasınız.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın,Sizə psixoloqla görüşmək üçün zaman təyin edərlər.Əlaqə telefonu (012) 480-36-29 yaxud da 055 257-27-00 www.pcc.az
elnara
2014-04-08
mene gore heyatimdaki en yaxsi iinsandi, evvel cox semimi idik, gunde en az 4-5saat daniwirdiq msjlawirdiq, ama yarim ildi ki, birce msj bele yazmiriq, 1ay qabaq tebrik yazmiwdi mene icden msj idi, msji oxuyub saatla agladim ozumu saxlayabilmedim, onla danishmasaaq da hergun gorurem , 5-6ay kecse de onu her gorende de ureyim tirtir esir,2kelme daniwsaq eger \"salam, necesen\"kimi, onda ozumden gedeceymmiw kimi oluram, aglamaq isteyirem, , calishiram onla hec rastlashmayim amma olmur, duzdu ozu de mene yaxinliq gostermir, ancaq salam-sagol menim kimi, men nece edim axi onu gorende ureyim esmesin? bu problemimi kimseye de danisabilmirem (
Cavab: Salam,Elnarə xanım.Çalışın,emosinal bağlılığı aradan qaldırasınız.Əks təqdirdə gələcəkdə yaşayacağınız münasibətlərinizə mənfi təsir göstərə bilər.Bir qədər soyuqqanlı yanaşın.www.pcc.az
ruhane
2014-04-08
Cox cox tewekkurler cavablandirdiginiz ucun.Allah sizden razi olsun...Duzdur intihar cixiw yolu deyil artiq bawa duwmusem o zaman teslim olmuw oluram ve onlara yol acilir olan ise ovladima olacaq.ama xais edirem bildiresiniz men meseleni nece qeti qoyum ayriliram demisem xeyri yoxdu.ya ovladinla men yada o yene tesir etmir.her variantdan istifade demey olarki etmisem,agliyaraq mene cox pis tesir etdiyinide demisem,yalvarmiwamda,dalawmiwiqda,bilmemezliyede qoymusam ozumu,daha qurtardiqda demisem ama faydasi olmuyub
Cavab: Salam,Ruhanə xanım.Durumu qarşı tərəfin valideynlərinə bildirin.Yaxşı olardı ki,hər ikiniz ailə psixoloquna müraciət edib,problemi həll edəsiniz.www.pcc.az
leyla
2014-04-08
salam 17yawim var etrafimda hec kim meni bawa duwmur men ele olur ki umumiyyetle daniwmaq istemirem hec kimle butun gunu te qalmaq istiyirem her xirda weyden eseblewirem mene ele gelir ki hec kim yaxwi olmagimi istemir hec bir refiqem yoxdu ona gore.tek qalmaqdan cox qorxuram hemde ele bilirem ki etrafimdaki hami gedecek bir gun.sevdiyim insanla aramda cox vaxt problemlerim olur yersiz qisqancliqlarima gore caliwiram qisqanmiyim bacarmiram.en coxda men daniwmiram istiyirem her weyi daniwim amma bacarmiram xaiw mene komek eliyin men tek qalanda fikirlewmekden bawim agriyir butun gunu yuxum gelir ve ozumu her weyden yorulmuw his eliyirem
Cavab: Salam,Leyla xanım.Yaxşı olardı ki,bütün bunlarla bağlı bağlı əyani psixoloji yardım alıb,problemlərinizin nədən qaynaqlandığını araşdırasınız və problemin həlli istiqamətində müəyyən addımlar atasınız.www.pcc.az
Adınız 
Sualınız 
1234567891011121314151617181920
2122232425262728293031323334353637383940
4142434445464748495051525354555657585960
6162636465666768697071727374757677787980
81828384858687888990919293949596979899100
101102103104105106107108109110111112113114115116117118119120
121122123124125126127128129130131132133134135136137138139140
141142143144145146147148149150151152153154155156157158159160
161162163164165166167168169170171172173174175176177178179180
181182183184185186187188189190191192193194195196197198199200
201202203204205206207208209210211212213214215216217218219220
221222223224225226227228229230231232233234235236237238239240
241242243244245246247248249250251252253254255256257258259260
261262263264265266267268269270271272273274275276277278279280
281282283284285286287288289290291292293294295296297298299300
301302303304305306307308309310311312313314315316317318319320
321322323324325326327328329330331332333334335336337338339340
341342343344345346347348349350351352353354355356357358359360
361362363364365366367368369370371372373374375376377378379380
381382383384385386387388389390391392393394395396397398399400
401402403404405406407408409410411412413414415416417418419420
421422423424425426427428429430431432433434435436437438439440
441442443444445446447448449450451452453454455456457458459460
461462463464465466467468469470471472473

LOGİN

 Email
 Parol
Qeydiyyat