Sual Cavab

Gulnar
2014-04-04
Salam Elnur bey.. teshekkur edirem bizleri melumatlandirdiginiz ucun.. Allah Sizlerden daima razi olsun. amin.. Elnur bey, men sebeb ne olursa olsun esebleshende aglayiram.. inaninki, ne qeder calishsam da ozumu saxlaya bilmiram.. hemin an gozlerim dolur..agladimsa dayana bilmirem gec kecir esebim.. bu neden ireli gelir? onu deyimki ushaqliqdan beleyem.
Cavab: Salam,Gülnar xanım.Xoş sözləriniz üçün təşəkkür edirəm.Bu həssas olmağınızla bağlıdır.Çalışın proseslərə bir qədər soyuqqanlı yanaşın.www.pcc.az
tehmine
2014-04-04
onu bilirik ne edek [mutexessizden basqa]ev seraitinde?
Cavab: Bununla bağlı gərginlikdən uzaq olun.Stress səviyyənizi aşağı salın.İstirahətinizə zaman ayırın.www.pcc.az
Simuzər
2014-04-04
Salam mənim 50 yaşım var.Aılə qurmamışam. indi 70 yaşında biri mənə evlilik təklifi edir. məndə cox tərəddud edirəm.fikirləşməkdən başım şişib.onu da deyim ki bu gunə kimi olunan təklifləri rədd etmişəm bunun yanaşması təklifi kimi hec bir evlilik təklifi ürəyimə yatmayım.Xahiş edirəm köməklik edin. nə edim qəbul edim yosa yox
Cavab: Salam,Simuzər xanım.Çalışın,xarakterinin Sizə uyğun olub-olmadığını,Sizin ona adaptasiya ola biləcəyinizi araşdırın.Daha sonra bunların nəticəsində doğru qərar verə bilərsiniz.www.pcc.az
leman
2014-04-04
salam elnur bey yasim 14 ailemde cox boyuk narahatliq var doze bilmirem atam icib ustume cumur ozumu oldurmek istiyirem xais edirem bir meslehet gorun
Cavab: Salam,Ləman xanım.Yaxşı olardı ki,əyani psixoloji yardım alasınız.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın, Sizə müayinə və müalicə üçün zaman təyin edərlər. Əlaqə telefonu 012 480-36-29 yaxud da 055 257-27-00 www.pcc.az
Ayten
2014-04-04
Salam, ailəliyəm 2 övladım var, yoldaşım mənə xəyanət edib mən isə bunu təzəlikcə öyrəndim. evdə dava düşməsin deyə heç kəsə bildirmədim. İnamsızlıqla yaşamaq məni yorur. Daha doğrulara da inanmıram. Ailəmiz sevgi üzərində qurulub. Xəyanəti isə tanıdığım insanla edib. Çox fikirliyəm, mənə oyun oynadılar ki, mən bilməyim.
Cavab: Salam,Aytən xanım.Çalışın,fikirlərinizi yoldaşınızla bölüşün,sevmədiyiniz davranışlarını ona bildirin.Yaxşı olardı ki,ailə psixoloqu ilə görüşüb,problemin həllində konkret addımlar atasınız.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın, Sizə müayinə və müalicə üçün zaman təyin edərlər. Əlaqə telefonu (012) 480-36-29 yaxud da 055 257-27-00 www.pcc.az
Nazli
2014-04-03
Salam,sualim budu ki , niye kimse meni sevende onun ancaq menfi cehetlerini gorurem,ondan sixiliram,amma menden uzaqlashdiqda bashqasini sevdikde men onu itirdiyims peshman oluram,amma bilirem ki o meni yene sevse menfi cehetlerini gorecem.
Cavab: Salam,Nazlı xanım.Mənfiləri görmək istədiyiniz üçün görürsünüz.Çalışın insanlarda neqativliklər axtarmayın.www.pcc.az
Afa
2014-04-03
evvela sualimi cvb ucun twk edirem.bu sohbetden sonra bir birimizle elaqe saxlamiriq 1gundu ne o mene yazmir ne men ona yazmiram.doctor sizden meslehet isteyirem sizden men ne edim? onun mene yazmasin gozleyim yoxsa ozum yazim ama ozumde hem yazmaq istemirem cunki incinmiwem ve ele duwunurem.ki sanki menle daniwmaq istemir, ve herili seven bir oglan.heyif cixmaq ucun xeyanet eder? cox kec inadkar bir xasiyyeti var
Cavab: İlk olaraq Siz yazmayın.Bir müddət gözləyin.Əgər münasibətini davam etdirmək istəsə özü yazacaq.www.pcc.az
Aysel
2014-04-03
Salam Men kimse yanimda xestelikden danisanda qorxuram elebilirem mende olacaq qulaq asmaq istemirem sixiliram.coxluq olan yerde sixiliram ele bilirem hami mene baxir heyecanlaniram baslayiram serinen nefes almaga .pis weyler fikirlewirem heran mene yada yaxinlarima nese olacaqmis kimi hiss edirem ozumu haramsa agridanda hekime getmeye qorxuram heyecanlanir ele saniram mene pis nelerse deyecek.ama bele getmisem hekime psixolojidi deirler mualice yazirlar ama men mualice istemirem men psixiatrnan danismaq isteirem menim 23yasim var.usaq vaxti muellimemiz bizi dersi bolmediyimi ucun qaranliq yerde saxlamisdi onan sonra bele oldu ama sonra kecdi sonra ise meni isteyen bir oglan mene gore intihar etdi bunan sonra yeniden bele oldum xahis edirrm mene komey edesiz heckesle boluse bilmirem problemimi
Cavab: Salam,Aysel xanım.Bu hal posttravmatik stress halı adlanır.Yəni keçirdiyiniz travmalardan sonrakı qalıq əlamətlər psixoloji durumda müəyyən problemlər yaradır.Yaxşı olardı ki əyani psixoloji yardım alasınız.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın, Sizə müayinə və müalicə üçün zaman təyin edərlər. Əlaqə telefonu 012 480-36-29 yaxud da 055 257-27-00 www.pcc.az
ayse badalova
2014-04-03
salam.manim 31 yasim var.men esebi adamam.geceler meni bogulmalar tutur danisa bilmirem.xahis edirem mene bir care tapasiniz
Cavab: Salam,Ayşə xanım.Bu keçirdiyiniz hər hansı psixoloji travma ilə bağlı ola bilər.Bunun üçün də problemin mənbəyi araşdırılmalıdır.Yaxşı olardı ki,əyani psixoloqla görüşəsiniz.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın, Sizə müayinə və müalicə üçün zaman təyin edərlər. Əlaqə telefonu 012 480-36-29 yaxud da 055 257-27-00 www.pcc.az
afa
2014-04-03
salam doctor meslehetinize ehtiyyacim var,men sevgilimle teztez soz sohbet yawayirdim inamsizliq ustunde ama iw orasindadiki menim qiz omagima baxmayaraq o mene inanmadigini deyir ve buda meni cox incidir ama bele inanmir ki ora bura getdiyini xeber vermirsen deyir onun ucun meni iwdende cixartdirdi mende nece aylardi xebersiz hecne etmirdi indi herilenmiwik mene 2 gun bundan evvel canina and verdiki duzunu de mene nevaxt yalan demisen soz verdiyinden sonra ne gizli yalan iw tutmusan mende and icmedim cunki 2defe xebersiz evden cixmiwam bunu dediyimde deliye dondu mene bir daha inanmayacagini evlendikden sonra dusdaq heyat yawayacagimi hetda ustu ortlu aldadacaginida dedi ve evlenene kimi kef ele senle maraqlanmaycam gez dolan ama ayle qurduqdan sonra bu gen dunyani sene dar edecem dedi ve buda senin sehvin ucbatindandi bilesen dedi mene.sizden xaiw edirem mene meslehet verin men ne edimnece davranim? bilmirem ne edim onun ianmini nece geri qazanim ki menu bagiwlasin?
Cavab: Salam,Afa xanım.Bir qədər soyuqqanlı davranın.Bu tip davranışlarla Sizi asılı duruma salmaq istəyir.Çalışın,Siz də tələblərinizi bildirin.www.pcc.az
lesya
2014-04-03
men oz qerarimi ozum vere bilmirem her zaman kenardan deyilenlere qulaq asiram ozume aid duwuncem qerarim yoxdu ozum qerar verdikde ise hemiwe yaniliram hekim men bu veziyyetden nece cixa bilerem? ((
Cavab: Salam.Bu özünə inamın aşağı olması ilə bağlı ola bilər.Linkə daxil olaraq testdən keçin: http://www.psixotest.az/?smode=page&item=main_test&test_id=207 www.pcc.az
Humay
2014-04-03
Salam her vaxtiniz xeyir olsun Azer hekim.Kisi deyer verdiyi qadindan uzaqlasmasini nece bilmek olar? islerinin cox olmasi buna sebeb olarmi?
Cavab: Salam,Humay xanım.Bunu araşdırmadan dəqiq nələrsə demək mümkün deyil.Müxtəlif səbəblərdən ola bilər.Çalışın bu barədə onunla danışasınız.www.pcc.az
Gullu
2014-04-03
Salam Hekim. Men nisanliyam uzun muddetli munasibete baxmayaraq, o mene inanmir,Sizce men ne etmeliyem.Meslehetinize ehtiyyacim var.EVVELCEDEN TESEKKUR EDIREM
Cavab: Salam,Güllü xanım.Özünüzü təsdiq etməyə çalışmayın.www.pcc.az
aska
2014-04-03
meni bir oglan isteyir amma anam razi deyil atam rehmete getdiyi ucun qprxur ozgeye vermeye mende ozum qerar vere bilmirem iki fikirliyem yeqinki bu menim burcumle baglidi ekizler.qorxuram ozum qerar verim cunki sonra pewman olmaqdan qorxuram men ne ede bilerem indi bu veziyyetde oglan amma heddinden artiq cox sevir men hec onu onun meni istediyii kimi sevmirem her gun bulari fikirlewirem ozume qapanmiwam heckimle daniwib etmirem sizce men bu veziyyetde ne ede bilerem?
Cavab: Salam.Yaxşı olardı ki,bu məsələ ilə bağlı ananızla ətraflı danışıb,onun fikirlərini alasınız.Çünki,valideyninizin razılığı olsa daha müsbət nəticələr əldə edərsiniz.www.pcc.az
NARA
2014-04-03
cooox sagolun..
Cavab: Təşəkkür edirəm.www.pcc.az
tehmine
2014-04-03
salam elnur bey.men hirslenende qic oluram uyusuram bu ne ilebaglidir
Cavab: Salam,Təhminə xanım.Bu əsəblə bağlıdır.Çünki əsəb,sinir sisteminə mənfi təsir göstərir və qeyd etdiyiniz qıcolma kimi hallar ortaya çıxır.www.pcc.az
Elane
2014-04-03
Salam hekim xaiw edrem mene komey edin men ayleliyem ama bawqasini sevirem sevdiyem insani itirmekden qorxuram butun qunu bu depresiyaynan yawayiram ve xaiw eliyirem komek eden bilmirem neyniyem
Cavab: Salam,Elanə xanım.Çalışın diqqətinizi ailənizə yönəldəsiniz.Ailədaxili münasibətlərinizi bərpa etməyə çalışın.Digər insanla olan münasibətiniz keçicidir.Bir müddət sonra özünüzdə bunun fərqinə varacaqsınız.www.pcc.az
arzu seyidova
2014-04-02
Aile qurmaq üçün yaş ferqinin önemi var?menim yoldaşımla 12 yaş ferqim evveller ailede münaqişe düşürdü uşaq olandan sonra artdı indi hamileyem Son vaxtlar daha da artıb. Artıq bezmişem ona qarşı heç bir şey hiss etmirem. Mene meslehet verin xahiş edirem
Cavab: Salam,Arzu xanım.Yaş fərqinin ailə münasibətlərində o qədər də önəmi yoxdur.Ola bilsin ki,düşüncə tərzlərinizdə uyğunsuzluqlar var.yaxşı olardı ki,problemlərinizlə bağlı yoldaşınızla danışasınız və həlli istiqamətində müəyyən addımlar atasınız.www.pcc.az
NARA
2014-04-02
salam menim 16 yasim var.ozumu coox piss hiss,yogun hiss edirem,heyata,her weye nifret edirem.sebebsiz aglayir,sebebsiz gulurem.tez-tez eseblewirem,her xirda weye gore,evdekilerden dalwiram,tez-tez qelblerini qiriram.mene ele gelirki,heckim meni bawa duwmur.insanlarin icinde ozumu coox gergin,coox narahat hiss edirem.ozumu rahat hiss etdiyim zamanlar,qaranlig otagda host-a qulaq asdigim vaxtlardi.intahar etmeyi duwunurem,bu fikiri bawimdan ata bilmirem,amma anama gore cooox vaxt bele etmek istemirem.onlar meni coox sevirler,amma bawa duwmurler..mene komek edin xahish...
Cavab: Salam,Nara xanım.Ən optimal variant psixoloji konsultasiyadır.Yaxşı olardı ki,əyani psixoloqla görüşəsiniz,bu Sizə müxtəlif neqativ düşüncələrinizdən azad olmağa kömək edəcək.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın, Sizə müayinə və müalicə üçün zaman təyin edərlər. Əlaqə telefonu 012 480-36-29 yaxud da 055 257-27-00 www.pcc.az
Ayten
2014-04-01
Salam Elnur bey evvala size ailenizde xowbextlik arzulayiram. Men 9 aydi evliyem ve qaynanamla problemlerimiz var beleki o oglunu dehwet qisqanir vee coox qorxuram ondan cox prinsipyal qadindi bizi bowatdirada biler bax o qeder yeni.O rayondadi biz ise yoldawimi iwi ile elaqedar anam gilde qaliriq yoldawim 300 manat maaw alir 200 kredit verir 100 manatla gucle dolaniriq qaynanam bize komek elemir evimizi tikmeye puul yoxdu anam gilde qalmaq istemirem bezmiwem onlara yuk olmaq sixir meni anam gilde padvalda qalir qacqiniq coox cetin weraitde qaliriq men yoldawimdan uzaq qala bilmerem ama qaynanam isteyirki onun yaninda qalim bizi bawa duwmur men Rufetsiz yawiya bilmerem Men Heyat yoldawimi cooooooox sevirem onun iyisini bir gun almasam olerem o menim tek tutunacaq dalimdi 19 yawima baxmayaraq cooox wey yawamiwam yazanda bele gozlerim dolur ele ehtiyacim var kimlese boluwmeye bu yuk meni coox yorur. Mene komek edin ne olar ALLAHA XATIR MENE CIXIW YOLU GOSTERIN ME QAYNANAMI NECE BAWA SALIM
Cavab: Salam,Aytən xanım.Yaxşı olardı ki,qaynananızla münasibətinizi düzəldəsiniz.Əgər onunla müsbət münasibətdə olsanız,ailənizlə də xoşbəxt yaşayacaqsınız.Əks təqdirdə ailənizə müxtəlif müdaxilələr ola bilər. www.pcc.az
resadquliyev@box.az
2014-04-01
Salam.20 yawim var ve evliyem. yoldawimla axir zamnlar ciddi wekilde dalawirig.dostlariyla cox vaxt kecirir, men ne desem ele bil ewitmir.cox eseb kecirirem cox darixiram ne edeceyimi nee edeceymi ozumde bilmirem.mene bir yol deyin...
Cavab: Salam,çalışın narahatlıqlarınızı yoldaşınızla bölüşün,qane etməyən cəhətləri qeyd edin.Yaxşı olardı ki,əyani psixoloji yardım alasınız. www.pcc.az
Cavad
2014-04-01
sevdiyimi unuda bilmirem neynliyim?
Cavab: Salam,Cavad bəy.Bununla bağlı psixoloji yardım ala bilərsiniz.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın, Sizə müayinə və müalicə üçün zaman təyin edərlər. Əlaqə telefonu 012 480-36-29 yaxud da 055 257-27-00 www.pcc.az
wehla-memmedova@mail.ru
2014-04-01
salam elnur bey men nece defedi size sual verirem cavab ala bilmirem meni cox narahat eden bir meselevar menim yoldesima bele bir mesaj gelib /eger gorusecense mene denen/bilmek isterdimki ilk defe adam goruse belemi cagrilir men hemen adama zeng etdim qadindi ozderide 2 ay telefon danisigi edibler/mene bele deyib ama men inanmiram xais edirem cavab yazin
Cavab: Salam,Şəhla xanım.Bunun neçənci görüş olub-olmadığını deyə bilmərəm.Yaxşı olardı ki,bu haqda yoldaşınızla ətraflı danışasınız.Onunla fikirlərinizi bölüşüb,cavablarınızı alın.www.pcc.az
ozgun
2014-04-01
her aniviz xer hekim? hekim men bir gelinle cidi munasibet qurmusam bu 6 ay evelden bugune qederde helede yasayiram onla nedense ona cox baqlanmisam hec ozumde bilmedim/ nese ona dalasiram soyrem dorem teqir ediremki menden el ceksin amma mumkun dil ne o ayrilir nedeki men sadece canimi uzaqlasdirmaq isteyirem 7 ay ayleli olub indi ayrilib? men ona tam sekilde baqlamisam nese onun sesin esidmeyende butun sutkani onun yaninda olur fikirim xeyalim.men ona ara bir ayri ayri yerlerde olanda zg vuram sms atiram nese o mene gec gec cv verir.yeni saymamzdiq edir bu bele olarmi o biri ile munasbet qursun die men yaddan cxam ve bu ne ile elaqeder olan isdir? bilirem men ona baqlamisam oda mene amma mene ara bir vaxti ola ola gec gec yada salir?tsk ederem
Cavab: Salam.Yaxşı olardı ki,münasibəti dayandırasınız.Çünki bu müvəqqəti əlaqədir.Özünüzü qarşı tərəfin ailəsinin yerində hiss edin.Düşünürəm bu zaman bunun doğru münasibət olmadığını anlayacaqsınız.www.pcc.az
aygul
2014-04-01
men 11 yasında qız usagıyam mende qorxu çoxdur evde tek otura bilmırem beynim de qorxulu hadiseler dusunurem bir yere gedende dalımda elebilirem ki adam var baxıram ve gorurem ki adam yoxdu
Cavab: Salam,Aygül xanım.Bu ola bilsin ki,yeniyetməlik dövrü ilə bağlıdır.Yaxşı olardı ki,yeniyetmə psixoloquna müraciət edəsiniz.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın, Sizə müayinə və müalicə üçün zaman təyin edərlər. Əlaqə telefonu 012 480-36-29 yaxud da 055 257-27-00 www.pcc.az
edalet
2014-04-01
çox çox sağolun minnetdaram size mene komek etdıyınıze gore elnur hekım
Cavab: Təşəkkür edirəm,Ədalət bəy.Allaha əmanət olun.www.pcc.az
Adınız 
Sualınız 
1234567891011121314151617181920
2122232425262728293031323334353637383940
4142434445464748495051525354555657585960
6162636465666768697071727374757677787980
81828384858687888990919293949596979899100
101102103104105106107108109110111112113114115116117118119120
121122123124125126127128129130131132133134135136137138139140
141142143144145146147148149150151152153154155156157158159160
161162163164165166167168169170171172173174175176177178179180
181182183184185186187188189190191192193194195196197198199200
201202203204205206207208209210211212213214215216217218219220
221222223224225226227228229230231232233234235236237238239240
241242243244245246247248249250251252253254255256257258259260
261262263264265266267268269270271272273274275276277278279280
281282283284285286287288289290291292293294295296297298299300
301302303304305306307308309310311312313314315316317318319320
321322323324325326327328329330331332333334335336337338339340
341342343344345346347348349350351352353354355356357358359360
361362363364365366367368369370371372373374375376377378379380
381382383384385386387388389390391392393394395396397398399400
401402403404405406407408409410411412413414415416417418419420
421422423424425426427428429430431432433434435436437438439440
441442443444445446447448449450451452453454455456457458459460
461462463464465466467468469470471472473

LOGİN

 Email
 Parol
Qeydiyyat