Sual Cavab

Ulviyye
2016-05-26
Salam menim 22 yasim var islediyim yerde is yoldasim ve oglu isliyirdi.Bizim aramizda yalniz dostluq munasibeti vardi Sonra o isden cixdiqdan sonra biz internetde sonra telfonla elaqe saxlayirdiq.Bir birimize qarsi hisslerimiz yarandi.Her sey yolunda gedirdi amma birden o smse cvb yazmamaga basladi soyuq davrandi getdikce uzaqlasdi ozune dedikde ise vaxtim olmur ne bilim sms qisa cvb yazir/.Bu sual meni butun gunu beynimdedi nie bele edir? sebebini oyrenmek isterdim. cox sag olun her seye gore
Cavab: Salam Ülviyyə xanım. Sizinlə əlaqəsi davam edən iş yoldaşınızdır yoxsa oğlu neçə yaşı var? Əgər işdən ayrıldıqdan sonra sizlə maraqlanmağı azaldıbsa, çox üstünə getməyin. Gün ərzində 3 dəfə zəng edirsinizsə, 2 dəfəyə keçin, gedərək azaldın. Əgər olacağı varsa, qoyun bir az da o düşünsün, bütün yükü öz üzərinizə almayın. Və bunu niyə görə etdiyini heç kim bilə bilməz. Yəqin özü də bilmir.
Aysun
2016-05-25
Salam yoldawim telefonnan coox mewgul olur.oyunlar oynuyur.bu onun pisxologiyasinin pozulmasina sebeb ola biler?ozu son zamanlar coox esebi olur.her adi weyde bele eseblewir.bir meslehet vererdiz dermandan istifade etmek olarmi?
Cavab: Salam Aysun xanım. Çox oyunlar oynaması ünsiyyət problemi yaşamasına səbəb ola bilər. Ancaq zövq aldığı sadəcə bir-iki oyun var və onlara vaxt çox ayırırsa, sadəcə maraq tapdığı üçündür. Zamanla itəcək. Ancaq davamlı dəyişik, müxtəlif oyunlar axtarırsa, maraqlanmaq lazımdır real həyatda hansı sıxıntıları var. Ancaq sual verməyiniz onu qıcıqlandıra bilər. Yaxşısı budur ki, oyun oynamağına qarışmadan fikrini yönləndirməyə çalışın. Daha əvvəl nələrdən zövq aldığını, hazırda nələr etmək istədiyini xatırladın.
Kamal
2016-05-24
Salam doktor men cox anlasilmaz heyat terzi yawayiram. bilmirem bu qorxudu nedi ozumde oz heyatimnan baw acmiram meselcun bir insan menim usdume dava niyetiynen gelende yuksek gerginliy yawayiram hemin deyqe qorxuya duwurem o insana layiqince cavab vere bilmirem sanki icden meni nese bogur bir soznen ozumu ureysiz bir insan kimi saniram. Herbir davada cox qorxuya duwurem ureyim qorxur daniwiqman az yawli birine oxwada bilersiz meni ama hele Deyil 19 yawim var ve qorxaqliqdan ezyet cekirem mene ne meslehet vere bilersiz doktor.
Cavab: Salam. Sırf dava zamanı istədiyimiz kimi ürəkli olmuruq deyə buna anlaşılmaz həyat tərzi adınımı veririk? Sadəcə ola bilsin ki, hazırcavab deyilsiniz. Adətən bu kimi problemlər söz bazamızın az olmağından irəli gəlir. Şəxsi düşüncələrimizin inkişaf etməməsindən. Yaxşı olardı ki, çoxlu mütaliə edəsiniz. Maraq yaradacaq kitablar oxuyasınız.
Kamal
2016-05-24
Salam doktor men cox anlasilmaz heyat terzi yawayiram. bilmirem bu qorxudu nedi ozumde oz heyatimnan baw acmiram meselcun bir insan menim usdume dava niyetiynen gelende yuksek gerginliy yawayiram hemin deyqe qorxuya duwurem o insana layiqince cavab vere bilmirem sanki icden meni nese bogur bir soznen ozumu ureysiz bir insan kimi saniram. Herbir davada cox qorxuya duwurem ureyim qorxur daniwiqman az yawli birine oxwada bilersiz meni ama hele Deyil 19 yawim var ve qorxaqliqdan ezyet cekirem mene ne meslehet vere bilersiz doktor.
Cavab: Salam Kamal bəy. Sırf dava zamanı istədiyimiz kimi ürəkli olmuruq deyə buna anlaşılmaz həyat tərzi adınımı veririk? Sadəcə ola bilsin ki, hazırcavab deyilsiniz. Adətən bu kimi problemlər söz bazamızın az olmağından irəli gəlir. Şəxsi düşüncələrimizin inkişaf etməməsindən. Yaxşı olardı ki, çoxlu mütaliə edəsiniz. Maraq yaradacaq kitablar oxuyasınız.
Nezerova Arzu Akif qizi
2016-05-24
Salam hekim.Men çox qisqancam.Hemde öz özüme esebleşirem.Mene ne meslehet görerdiniz.Evvelceden teşkkur edirem.
Cavab: Salam Arzu xanım. Qısqanclıq konkret olaraq bir xəstəlik deyil ki, bunu qısa bir mesajda həll yolu izah edilsin. Xüsusi bir resepti yoxdur, sadəcə kökünü araşdırın və özünüzə cilovlamağı öyrədin
Zülfiyye
2016-05-23
Salam Elnur bey men 8 aydır evliyem ve 6 aylıq hamileyem yoldaşımla çox gözel yola gedirik ama qaynanam meni heç anlamir ne edim meslehetinize ehtiyacim var Ama
Cavab: Salam Zülfiyyə xanım. Əgər hər şey yolundadırsa, qaynananı bu qədər böyütməyin. Sizi anlamağına ehtiyac görməyin. Çox da şikayətçi olmayın yoldaşınıza. Əgər belə etsəniz söz-söhbətdən bezə bilər. bezdiyi zaman seçim etməli olsa doğma anasına tərəf olacaqdır. Nə qədər siz yoldaşı da olsanız.
Sebine
2016-05-23
Salam Hekim.Menim yaddasim cox zeifdir.Men yaddasimi nece guclendire bilerem???
Cavab: Salam Səbinə xanım. Məntiq oyunlarından istifadə edin, krassvord kimi tapmacalar həll edin. Bu kimi oyunlar.
Elwad
2016-05-22
salam. Men 2 oglum var 1 nin 4 yash yrim biri ise hele 10 ayliqdi. boyuk oglum Seid di adi. korpe vaxtindan bu uwaq bir yerde durmurdu. sozumuze baxmir Seid eleme Seid eleme nece defe bir sozu deyirsen yene bildiyini edir axirda mecbur olur anasi qiwqir mohkem hemcin men yeneede cekinmir bizden. oz bildiyini etmek isteyir serbestlik isteyir. bu vaxta qeder saymagi anasi men defelerle oyretmeye caliwmiwiq gah sayir gah saymir. meselen 1 reqemini goateirrem deyir bu 10 du. fikrini bir yere cem ede bilmir. Yoldawim pisixoloq yanina apardi Narinc merkezi onlar dediler 3 cu dereceli hiperaktiv uwaqdi . ve prasedurlardan kecmeyi meslehet gorduler onlarin dediyi reqemlerle imkanim ust uste duwmedi ucun saxladim. eseblewdirem vururam uwagi soram ureyim agrayir qaliram bele ki niye bu uwaq soze baxmir. deyir filan yere edek apariram filan oyuncaq aliram di gel soze baxmir belke men neyise duz etmirem cox guman ki nedese sehvler buraxiram men ve anasi amma yaman dilxoram bunun bele olmagina. cox xahiw bir meslehet gorerdiniz
Cavab: Salam Elşad bəy. Psixoloq qəbulunda olduqdan sonra yazılı şəkildə sizə nə məsləhət edə bilərik? Uşağa qoyulan diaqnoz psixoloqun uşaqla işləyib aradan götürməli olduğu bir şeydir. Əgər rəqəm sizə uyğun gəlməyibsə, bunu orada bildirin və mümkün olduğu qədər sizə yardım edəcəkdirlər. Yaxud da evdə edə biləcəklərinizi onlarla məsləhətləşin.
Nermin
2016-05-22
Salam,Elnur bey.Menim 15 yashim var.Men cox heyecanlaniram ve bu zaman ellerik terleyir,ureyim cox tez-tez doyunur..eyer guluremse bir anliq gulusuk dayanir..meselen,bezen mektebde muellime sual verir ele olur ki,hemin sualin cavabini yalniz men bilirem cavabi deyende ureim yerinden cixacaqmish kimi olur)) bundan elave kimse menden gizli bir shey sorushduqda da eyniyle bu kiki hallar bash verir..ve etrafdakilar bunu cox asanqliqla hiss edir..men bunun qarshisini nece ala bileerem?(Cavablandirdiginiz üçün onceden teshekkurler)
Cavab: Salam Nərmin xanım. Qeyd etdiyiniz vəziyyətə çox ad vermək olar. Çoxluq içində kompleks edirsinizmi? Əgər elədirsə, bunu aradan götürməyə çalışın.
gulsun
2016-05-22
salam hekim men 2ay erzinde tek qalmaga ustunluk verirem qeribe sesler esidirem ve evden bezib hec kime demedem evden cixiram hek kimle danismaq isdemirem yuxum bele gelmir telefona,televizora nifretim artib hamini aciliyiram evde tek olanda agliyiram ele biliremki kimse menimle danisir bunun ucun ne etmeliyem xais edirem mene komeklik gosteresiz
Cavab: Salam Gülsün xanım. Qəribə səsləri yalnız siz eşidirsinizsə, bunun yaxşı bir şey olmadığını yəqin ki, bilirsiniz. İşin daha da böyüməməsi üçün psixoloq yardımı almağınızda fayda var.
Gunel
2016-05-21
Salam hekim.Bagiwlayin narahat edifem ama menim sizin meslehetinize ehtiyacim var.Men 8 ildi aileliyem 1 qizimiz var 4 yawi var.Aile quranda ilk 3 ay her sey yaxsi idi cox xosbext idim.Daha sonra yoldasimin xeyanet etdiyini oyrendim bu hal 2 il davam etdi.Hamileydim yoldasim meni hemise tehqir edirdi saymirdi doyurdu eseb stress neticesinde ovladimi 1 ay tez dunyaya geldi ama yasamadi oldu.Daha sonra men bir muddet usaq istemedim yoldasimla basqa eve kocduk anasigilden ayrildiq.Yavas yavas her sey duzeldi o qizdan ayrildi.Biraz sonra yoldasim usaq istedi qizim dunyaya uwaugeldi.Sonra yoldasim yene xeyanet etdi mene.Yene munasibetimiz soyudu il yarim sonra ayrildi bagisladim yene cunki sevirdim.Son 2 ildi mene yene xeyanet edirdi ne edirdimse ayrilmirdi meni soyurdu tehqir edirdi doyurdu.2 aydi kusub anamgile gelmisem evvel bosanacagimi deyirdim ama bosanada bilmirem.Seviremde hemde qizim ayasini istiyir darixir.Ama 2 ay once telde danisanda mene soyus qoyduki bosanmayan qayidanin deye soyus qoydu.Ondan sonra men zeng etmedimde danismadmda o da zeng etmedi.Ama ailesiyle danisiriq onlarda deyilene gore bosanmagi istemirler.Ama goldasim deyibki evlenecem bosanzamda bosanmasamda evlenecem.Mende cox eseb kecirirem bele bir sey olsun istemifem.Seviremde ama onun qoydugu soyusun qarsisinda xeyanetin qarsisinda hecne exe bilmirem ailemde dagilsin istemirem.Ne edeceyimi bilmirem cixilmaz veziyetde qalmisam.Nolar xahis edirem.mene meslehet verin cox ehtiyacim var usagimda atasiyla danismaq isteyir o mene gore z etmir mende qururumda yigmiram ne edim yigim usaq danissin yoxsa yox xahis edirem bunun ucunde meslehetinize ehtiyacim var
Cavab: Salam Günel xanım. Yaxşı olardı ki, bütün bu məsələlər heç olmamış kimi evə qayıdasınız. Və heç nə yaşamamışsınız kimi həyatınızı yaşaysınız. Bir müddət ona sevdiyiniz insan kimi deyil də, sadəcə uşağın atası kimi davransanız, özünüzə baxmaq və s kimi şeylər öz yerində olsa br sözlə öz həyatınızı yaşasanız onda maraq oyada bilərsiniz.
gulshen
2016-05-21
Salam hekim,,menim utancaqliq problemim var hetta yoldasimldan da utanib cekinirem buda mene hec ugur getirmir xahiw edirem mene komek edin meslehet verin
Cavab: Salam Gülşən xanım. Ola bilsin ki, bu kompleks də olsun. Yaxşı olardı ki, bu bir az daha pataloji hal almadan mütəxəssis qəbulunda olasınız.
gulay
2016-05-21
salam men ozumden asli olmayaraq gece yatamda yorganla sexs elemeye baslayiram yuxudan oyaniram uadima dusurki bel bisey elemeye baslabisam heqqiqeten cox pis oluram.axsam ayag yolunda yarim saat qaliramki toeletim gelmesin artiq pisxoloji problem yaranir.bu arada 16 yasim var
Cavab: Salam Gülay xanım. Sadəcə düzgün yönləndirilmə lazımdır.
nurana
2016-05-20
salam elnur hekim.men bilirem ki ciddi psixoloji problemlerim var ,bunu bawa duwurem. etrafimda o geder yolunda getmeyen weyler baw verirki artiq gucum yoxdu doze bilmirem.heckimi gormekn istemirem heyatimdan bezmiwem .herkesi uzaqlawdirmaq isteyirem heyatimdan.cox eseblewirem ve bele olunca hamini acilayiram ,gelbin qiriram , artiq uzun muddetdi bu davam edir.sonda sevdiyim insana garwi cox pis davrandim oda mene doze bilmedi.mene dediki "o gun ozune qarwi nifret oyatdin xahiw edirem meni unut , evvelki kimi ola bilmeyecem ,alinmir mende" bu sozler meni cox sarsitdi icimde sanki dunya dagildi.cox agladim hetta nece gundu aglamaqdan dayana bilmirem .otagimdan cixmiram iwtahim kesilib. men etrafmdakilari ancaq uze bilirem .cox bedbext bir insanam.butun heyatim beledi neinki wexsi heyat. heyatimi sonlandirmagi duwunurem.menincox incidir olanlar.rahatliq tapa bilmirem.geher bogur meni.
Cavab: Salam Nuranə xanım. Hər kəsi uzaqlaşdırmaq istəyirsiniz, ancaq biri uzaqlaşdığı zaman da qəhər sizi boğur. Pncə nə istədiyinizə qərar verin. Daha sonra nəyi niyə etdiyinizə.
Pervin
2016-05-18
Salam mende axir vaxtlar problemler yaranib insanlardan qaciram dost taniw hamidan hec kimle sohbet flan ede bilmirem ne edim axi men?
Cavab: Salam Pərvin xanım. Bu problemin yaranma səbəblərini araşdırın daha sonra həll yolunu axtarmaq olar.
Emin
2016-05-18
Salam mende okp problemi var idi 1 ile yaxindi. Ancaq son 3 aydir bu probleme hec problem kimi baxmiram. Allah beterinden qorusun deyirem ve ehvalimi pozmuram. Ancaq mene maraqlidir ki, Bu okp den birdefelik azad olmaq mumkum deyil he? Cunki fikrimce insanin aglina gunde minlerle dusunce gelir ve xususen her hansisa pis deyilen dusuncenin aglimiza gelmesinim qarsisini almaq mumkun deyil. Eksine hemin dusunceye qarsi daha hessas oluruq. Bir de ki Azerbaycanda okp problemli texminen ne qeder insan var? Ve insanlarin ekseriyyeti problemleri(ferqi yoxdur.Hansi xarakterde problem olsun) ya yasanmamali yaxud da yasanilirsa derhal getmeli kimi kimi fikirlesir duzdurmu? Cox sagolun. Tesekkurler. Islerinizde ugurlar. Bu arada 15 yasim var.
Cavab: Xeyr. Bundan qurtulmaq tamamilə mümkündür. Sadəcə müalicə axarlı və düzgün olmalıdır. Mütəmadi olaraq psixoloq dəstəyi almalısınız ki, hər yaranan əlavə hallar danışılıb həll olunsun. Belə olduğu halda onun geri qayıtması mümkün olmur.
Xeyale
2016-05-18
Salam hekim,, men iki ildir evliyem bir ovladim var amma yoldasimdan utaniram cekinirem , uzr isteyirem yatanda bele onu qucaqlamagdan cekinirem ele bilirem redd edecek mene komek edin xahis edirem
Cavab: Salam Xəyalə xanım. Bu qorxuların üzərinə getmək lazımdır. Bir dəfə sınayın və baxın rədd alırsınızmı yoxsa yox. Aldğınız rədd cavabı özünüzə bağışlaya bilməsəniz o zaman psixoloqa müraciət edin. Biri var olmuş bir şeyi həll etmək, biri var etmədən yaşamadan qorxmaq. Hələ ki, vəziyyət sizin əlinizdədir. Çalışın özünüzü təcrid etməyəsəniz. Qucaqlamaq gəlirsə, ürəyinizdən qucaqlayın. Rədd cavabı verilməməlidir, ancaq verilirsə, deməli problem yoldaşdadır. yaxud da münasibətdə. Sizdə problem olduğundan deyil.
lale
2016-05-17
salam hekim menim anamin 78 yashi var artiq nece ildir ki shizefreniya xesteliyine tutulub iki defe mualice alib indi hec kese deymir yaddashi yerindedir ama evde durmaq istemir hemishe gezir men bilmek isterdim her hansi bir derman vermek mumkundurmu yashina gore sakitleshdirici ve. s.
Cavab: Salam Lalə xanım. Çölə çıxıb gəzməyi istəyirsə bunu qarşılayın. Əgər itməyindən narahatsınızsa, kontrolda saxlayın. Dərman üçün müraciət etməlisiniz pasiyenti gördükdən bir sıra suallardan sonra lazım olanı edə bilərik.
Şirin
2016-05-16
Salam 21 yaşım var men bilmirem nece basa salim insallah basa dusersiz meni demeli men 1 hefte bundan evvel komputerim format olunmaliydi qaraldi qorxdu tez bagladim komputeri ele bildim nese cixacaq icerden bugunde televizorda profilaktika vardir tez sondurdum ureyimde esir qorxurdum sonra ozum ozumu qinayiramki niye bele olur yadima dusduki bu mende usaqliqdan beledir boğulmalar 1 aydan bir 2 aydan bir tutur 1 hefte 2 hefte davam edir meselen men 3 hefte bundan evvel heyecanlanmisam artiq uc heftedir sanki bogazimda nese var sixilaram bu neden ola biler
Cavab: Salam Şirin. Bu hal ilk nə zaman, nədən sonra yaranıb öyrənmək lazımdır. Gedərək artmaması üçün indidən mütəxəssis qəbulunda olmadığınız məsləhətdir. Ancaq müəyyən məqamlara vahiməni özünüz yüklədiyinizi unutmayın. Hər an özünüzü reallığa qaytarın. Çalışın bu fikirləri ağlınızdan qovmaq yerinə sonuna kimi düşünüb məntiqlə yalanlayasınız.
Rəhilə
2016-05-15
Salam.Oğlumun 31 yaşı var.Lakin özünə çox qapanır.Problemıəri haqda heç nə demir. həmin problemlər çox pis fəsadlara gətirib çıxarıb. Çünki ən son öyrənən mən oluram. Artıq bir=birimizi baş düşmürük.
Cavab: Salam Rəhilə xanım. Əgər oğlunuz problemləri barədə heç nə demirsə, israrcı olmayın. Sadəcə ona seçənək verin: İstədiyi zaman danışa biləcəyini, nə zaman danışmaq istəsə onu dinləyəcəyinizi bildirin. Və çox sual verməməyə çalışın. Sadəcə dinləyin.
Liya
2016-05-15
Salam.Menim son bir ildki dehsetli qorxularim yaranib qorxuram yasamaqdan, olmekden, xesteliklerden, herseyden, qorxuram aglimdan pis fikirleri ata bilmirem cox eseblesirem herseye evveler normal sakit danisa bilirdim indi sakit dialoq qura bilmirem.Sebebinide bilmirem belkede cox yorgunam.Ne etmeyi meslehet gorursuz?Qorxularimla basa cixa bilmirem.
Cavab: Salam Liya xanım. Bunun yaranmasına səbəb dəqiq nədir indidən demək mümkün deyil. Ancaq günlük rejiminizdə boşluqlar varsa (iş, dərs, gəzinti və s. yoxdursa) yaxşı olardı ki, özünüzə məşğuliyyət tapasınız. Yoxsa sonunu gətirə bilmədiyiniz suallara ilişib qalırsınız.
Aynur
2016-05-13
salam.menim 23 yasim var.21 yawimda ana olmuwam.usaq olannan sonra mende yaddaw prablemi var.buna gore ne ede bilerem?
Cavab: Salam Aynur xanım. Qidalanmağınıza, yuxu rejiminizə xüsusi diqqət etməyinizdə fayda var. Özünüzə zaman ayırmağa çalışın. Streslisinizsə, çalışın özünüzdə rahatlıq yaradasınız. Beyin çox kökləndiyi zaman zəifləyə bilir. Daim əndişə içindəsinizsə, bundan qurtulun.
Şehla
2016-05-13
Salam.menede kosalam.hekim meslehetlerinizi oxuyuram cox yungul rahat oluram men isleyirdim bir oglan meni sevirdi ve xeber gondedi men uz vermedim 4_il surunurdu dalimca usaq kimi men aile qurdum toy gunumde izlemisdi hara gelin oocduyumu bele bilirdi toymuzun ustunden bir ay kecdi evimize zeng geldi gordum hemen oglan deli oldum hergun zeng edirdi mehlemizde gezirdi masinla zeng edib deyirdi cix seni gorum herdefe sevdiyini deyirdi men hec inanmirdim ona cunki o cox imkanli idi men cox kasib idim neyse axir ele olduki mende onu sevdim daha dogrusu indide sevirem 10_ildi aileliyem bu insani ise 14ildi taniyiram whatsap olandanda hergun yazisirdiq sevgisini mene herdefe deyirdi mende biliremki aileme xeyanet edirem duzgun etmirem hergun axsam yatanda deyirem fso unudacam onu olmur seher acilir her yerde o gozume deyir belke ozumden cox sevirem onu iki usaqim var yoldasimi sevmirdim indide ancaq usaqlarimin atasidi deye hormet edirem ozumr heccure birseyi bagisliya bilmirem aileli ola ola sevdiyimle goruse cixdim cox pesmanam indiyene qeder basima vururam duzdu aramizda hecnr olmayib sadece elimden tutub deye yoldasimi uzunr baxa bilmitrm niye bele etdim qurban olum mene komrk olun basinizi agratdim derdimi bolusmeye adam axtariram sirimi heckese vermeyi sevmirdim amma ozumu cox pis hiss edirem
Cavab: Salam Şəhla xanım. Təssüf ki, bəzilərimiz səhv etdiyinin fərqində olmadığı kimi səhv etdiyinin fərqində olan da eyni şeyi etməyə davam edir. Yəni bunun fərqində olmaq demək çox da bizi günahsız etməz. Öncəliklə ağır olsa da qəbul edin ki, səhv yoldasınız və buna səbəb də sizsiz. Evə ilk zəng gəldiyi zaman yoldaşınıza deməmək buna başlanğıc verəcəyinizin ilk göstəricisi idi. Ancaq indiki vəziyyət belədir, gəlin düşünək. Siz istəsəniz zamanında onunla ailə qurardınız. Ancaq başqa biri ilə ailə qurdunuz. Qurduqdan sonra ona şans verməyə başladınız. Nəzərdən qaçırdığınız bir şey var, hazırda yoldaşınız olmasaydı siz yenə də o insana şans verməyəcəkdiniz. Çünki siz güvəni yoldaşınızdan aldıqdan sonra ona şans verdiniz. Ortada daha öncə güvən verəcək heç kəs olmadıqda bu adamın varlığı da bizə güvən verməmişdi. Ona görə də gəlin aldanmayaq və aldatmayaq. Hər gün bu gün sondu sabah danışmayacam demək edəcəyiniz tövbənin yarısı belə deyil. Kifayətsiz qalır. Bir anlıq yoldaşınızla onu müqayisə etməyi kənara qoyun. O adamın isə sizə verdiyi zövqü də unudun. Sadəcə onun etdiyi jest sizi meyxoş edib. Düşünürsünüz ki, kim indi evləndikdən sonra da üz verməyən birinin arxasıyca gəlir. Ancaq məsələ elə deyil. Yoldaşınızı bununla müqayisə etməyin. Sizə davranışına baxın. Və tapdığınız hər əskikliyi özünüzlə müqayisə edin nəinki onun tanımadığı yad kişi ilə. Ondan əskik saydığınız diqqət əgər sizdə tamdırsa, yəni siz ona qarşı gözlədiyiniz diqqəti tam göstərirsinisə, o zaman haqq sizin ola bilər. Ancaq biz özümüz də bu gün yoldaşımıza diqqət ayırmırıq. Hazırda bizə siz müraciət etmisiniz ancaq əminsiniz ki, bu yardıma sizin daha çox ehtiyacınız var? Bəs aldandığını, aldadıldığını öyrənən yoldaşınız kimə müraciət etsin? Bu sualı verməkdə məqsəd sizi ayıq salmaqdır. Ortada narahatlıq varsa bunu sizin yaratdığınızı bilin. Və bitirmək də sizin əlinizdədir. Necəsi isə artıq sizə məlumdur. Övladlarınızı Allah saxlasın, bu qədər söhbətin içində onların böyüdüyünü qaçırırsınız. Həyat hər zaman eynidir, hamı üçün eynidir. Biri üşüyər ucuz palto ilə isinər, digəri bahalı paltosuyla, ancaq əsas olan ikisinin də isinməsidir. Həyat hamıya eynidir onu səhv və düz yönə aparan bizlərik.
Teymur
2016-05-13
Salam hekim men 2 ilden artiqdir ki bir qiznan sevgiliyem ikimiz de bir birmizi cox sevirik ama arada men de nese olur qiz hecne etmir ama menim ozum de aglima neler gelir qizi da uzurem ona gore mene deyir nie edirsen derem hecne olmayib xaiw buna cavab yazasiz ?
Cavab: Salam Teymur bəy.Ola bilsin sizin keçmişdə yaşadıqlarınız buna səbəb olsun. Əgər həqiqətən qızın heç nə etmədiyindən əminiksə, deməli onun tərəfindən incidilməyəcəyimizə inanmalıyıq. Düşünürəm ki, anidən belə etməyimizə səbəb yenidən nələrinsə yaşanacağı əminliyidir. Məsələn ayrılıq kimi. Ancaq bunun özü elə qarşmızdakı insanı itirməyimizə səbəb ola bilər. Sadəcə özümüzü müdafiə etməyi kənara qoymalıyıq. Söhbət sevdiyimiz şəxsdən gedir. Ona qarşı niyə müdafiə ehtiyacı hiss edirik ki? Onun sizin üçün nələrə hazır olduğuna yaxud nələr etdiyinə diqqət edin. Əmin olun ki, gördüyünüzdən daha artığını edir. Çalışın səbəbini bilmədiyiniz yaxud da bildiyiniz fərq etməz nələrəsə görə sizi sevəni incitməyəsiniz. Başqası tərəfindən incinmiş olsaq belə insanların fərqli olduğunu unutmamalıyıq.Bu gün o bizi bağışlayırsa, bu o demək deyil ki, sonacan belə olacaq, yaxud bizim etdiyimiz yaxşı bir şeydir. Bu gün o sevdiyi üçün bağışlayır, sabah incindiyi duyğularına qulaq versə getməli olsa bir dəfəlik gedəcək. Adətən belə getmələr gücü topladıqdan sonra getmələr olur ki, geri qayıtma halı çox nadirən görülür. İtirmək istəmədiklərimizin dəyərini bilək, ancaq öncə itirmək istəmədiyimiz olub olmadığını düşünək.
Mehemmed
2016-05-12
Bu Aralar Cox Esebiyem Ne Ede bilerem Insanlari Doymek Isteyirem Qabagma Kim Cixir Doymek Isteyirem Cox Esebiyem Bir Care Tapn Xais Eleyirem Cavab gozleyirem Email : mehemmed-salam@box.az mehemmedsalam@hotmail.com whatsapp : 051-413-00-02
Cavab: Salam Məhəmməd bəy. Aqressiv olmağınız artıq ətrafınızdakı insanlara ziyan verməyi istəyəcək qədər irəliləyibsə mütəxəssis yardımı almağın zamanı çatmışdır deməkdir. Hər insan bu reaksiyaları göstərə bilər, sevinmək də, əsəbləşmək də insana xas bir şeydir, lakin özünü cilovlamaq da insana xasdır. Yox, əgər biz bunu tək bacarmırıqsa, çarəsini dəstəkdə görə bilərik. Zəhmət olmasa saxlayın sizi yönləndirsinlər: 0552572700
elmeddin))
2016-05-10
xaiw edirem mene bir meslehet verin )) ozude yanimda oturub onun yaninda yaziram. qadinin az daniwmagi ucun ne etmek lazimdi???)) daniwmag var daniwmag tay bu qederde yoxda))))
Cavab: Salam Elməddin müəllim. Bəzən insanlar dinlənildiklərinə inanana kimi danışarlar. Yəqin ki, biz onu buna gec inandırırıq. Məsələ elə onun yanımızda olduğu halda diqqətimizin telefonda olması isə aydın olur. Az danışmağı üçün metodlar axtarmayın, çox danışmasına səbəbə köklənin. İşiniz daha asan olar. Uğurlar
Adınız 
Sualınız 
1234567891011121314151617181920
2122232425262728293031323334353637383940
4142434445464748495051525354555657585960
6162636465666768697071727374757677787980
81828384858687888990919293949596979899100
101102103104105106107108109110111112113114115116117118119120
121122123124125126127128129130131132133134135136137138139140
141142143144145146147148149150151152153154155156157158159160
161162163164165166167168169170171172173174175176177178179180
181182183184185186187188189190191192193194195196197198199200
201202203204205206207208209210211212213214215216217218219220
221222223224225226227228229230231232233234235236237238239240
241242243244245246247248249250251252253254255256257258259260
261262263264265266267268269270271272273274275276277278279280
281282283284285286287288289290291292293294295296297298299300
301302303304305306307308309310311312313314315316317318319320
321322323324325326327328329330331332333334335336337338339340
341342343344345346347348349350351352353354355356357358359360
361362363364365366367368369370371372373374375376377378379380
381382383384385386387388389390391392393394395396397398399400
401402403404405406407408409410411412413414415416417418419420
421422423424425426427428429430431432433434435436437438439440
441442443444445446447448449450451452453454455456457458459460
461462463464465466467468469470471472473

LOGİN

 Email
 Parol
Qeydiyyat